"Şərq bülbülü"
El içində
uğurları ilə
seçilib tanınmaq
peşəkarın seçdiyi
sahəyə vurğunluğu,
fədakar əməyi
ilə sıx bağlıdır. Şairlik, memarlıq, ...kimi el məhəbbəti
qazanan sənətkarlıq
isə İlahi Varlığın seçdiyi
bəndələrə tale payıdır. Eyni mühitdə, eyni ailədə həyata göz açıb böyüyən qardaş-bacılardan
ancaq birinin şaqraq, məlahətli,
şirin səsi olur. Çox vaxt bu İlahi nemətinə diqqət və qayğı olmayanda məhv olur, itib-batır. Məhz
buna görədir ki, müstəqil Azərbaycanda istedadlı gənclərin aşkara çıxarılmasına, inkişafına
böyük dövlət
qayğısı göstərilir.
Ulu öndər Heydər Əliyevin bu istiqamətdə başladığı
işlər davam etdirilir, genişləndirilir. Ümummilli lider
Heydər Əliyevin istedadını dəyərləndirib,
qayğısına diqqət
yetirdiyi səs sənətkarları sırasında
Simarə İmanova da var.
Azərbaycanın yayı bol günəşli Aranında - İmişlinin tarixi ənənələr gözlənilən, elm, sənət adamları ilə tanınan Əliqulular kəndində dünyaya göz açmış Simarə Cəmaləddin qızı ilk tamaşaçı-dinləyici alqışlarını məktəb tədbirlərində eşidib. 1993-cü ildə orta məktəbi bitirib, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunmuş S.İmanova xalq artisti Ağaxan Abdullayevin sinfində musiqi sənətinin əsaslarına, xanəndəliyin incəliklərinə yiyələnib.
Azərbaycan Dövlət Televiziyasının "Səhər" proqramında "Ah, bu gecə, bu gecə" mahnısı (Z.Əliyev) ilə geniş dinləyici-tamaşaçı marağı qazanan Simarənin sənət taleyində 1997-ci ilin 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən konsertin öz rolu olub. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsertdən sonra ulu öndər Heydər Əliyev səhnəyə çıxaraq hamı ilə görüşmüş, "Şahnaz" təsnifini oxumuş Simarənin istedadını yüksək qiymətləndirmişdir.
1997-ci ildə Səmərqənddə keçirilmiş "Şərq təranələri" Beynəlxalq muğam festivalında 46 ölkənin sənətçiləri arasında "Qran-pri" mükafatını, 19 yaşında respublikanın əməkdar artisti fəxri adını Simarə İmanova alıb.
Azərbaycan Opera və Balet Teatrı
səhnəsində ən
gənc Leyli Simarə olub.
34 yaşlı müğənninin
sənət yoluna onlarca xarici ölkədə uğurla
keçən konsertlərin
izi düşüb. İndiyə
qədər dövri mətbuat səhifələrində
- "Xalq qəzeti"ndə,
"Haqq yolu",
"Azərbaycan müəllimi",
"Səs", "İki
sahil", "Ekspress"
və s. qəzet səhifələrində bu
gözəl səsli,
milli dəyərlərə
varlığı ilə
bağlı müğənni,
gənc ana, ata başını ucaldan, elinə şöhrət qazandıran
Azərbaycan qızı
haqqında onlarca yazı dərc olunub. Bütün bu qələm məhsullarını səbr
və məhəbbətlə
toplayıb sistemləşdirmək,
xanəndənin həyat
yolundan məqamları
əks etdirən şəkilləri əldə
edib "Şərq bülbülü" kitabını
(Bakı: Yazıçı,
2010, 148 s.) araya-ərsəyə gətirmək Simarənin
keçmiş orta məktəb müəllimləri
Sərvaz Hüseynoğlu
("Ədəbiyyat qəzeti"nin
şöbə müdiri,
şair-publisist, Prezident
təqaüdçüsü) və Səxavət Tağların (Əliqulular
kənd məktəbinin
direktoru, respublikanın
əməkdar müəllimi)
istedadlı şagirdin
- xalq məhəbbəti
qazanmış müğənninin
sənətinə heyrətlərinin
nəticəsidir. Hasil Tağıyevin
ideyası ilə hazırlanmış toplu-kitabın
redaktoru Şəmsi Vəfadardır.
"Halal zəhmət, halal yurdun anası, Araz qollu, Kür qanadlı İmişli"nin Azərbaycan musiqi sənəti tarixinə bəxş etdiyi Azərbaycanın əməkdar artisti Simarə İmanovaya həsr olunmuş "Şərq bülbülü" kitabı sənətkara xalq məhəbbətinin təsdiqidir.
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2010.- 30 iyul.- S.4.