"Azərbaycan milli mətbuatının dünəni və bu günü"

 

Naxçıvan Özəl Universitetində Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş "Azərbaycan milli mətbuatının dünəni və bu günü" mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açdı.   Sonra filologiya elmləri üzrə fəlsəfə doktoru Rafiq Babayev "Azərbaycan milli mətbuatının yaranması və inkişafı tarixi" mövzusunda məruzə etdi.

Qeyd olundu ki, ölkəmizdə azad mətbuatın yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun apardığı uzaqgörən siyasətin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, milli mətbuatımız XX əsrin sonunda hərtərəfli inkişaf yoluna qədəm qoydu. Azad, demokratik, dünyəvi cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərən mətbuatın müstəqil ictimai fikrin, düşüncə tərzinin formalaşmasında özünəməxsus xidmətləri var.

Sonra magistr, pedaqoji fakültənin tyutoru Anar Abuzərli "Azərbaycan milli  mətbuatının bu günü" mövzusunda məruzə etdi.

 

 

 Mina QASIMOVA

 

 Azərbaycan müəllimi.- 2010.- 23 iyul.- S.1.