Konfransda Azərbaycan milli
mətbuatının keçdiyi tarixi
yol təhlil edildi
İyulun 20-də Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan milli mətbuatının
135 illik yubileyinə həsr olunmuş "Milli dərk aynasında özünüdərk"
mövzusunda elmi-praktik
konfrans keçirildi.
Konfransı giriş
sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov bildirdi ki, 135 illiyini qeyd etdiyimiz
Azərbaycan milli mətbuatı böyük və şərəfli
inkişaf yolu keçib və bütün dövrlərdə
qabaqcıl ideyaların
carçısı olmuşdur.
Hazırda mətbuatımız
mütərəqqi ənənələri
formalaşdıraraq cəmiyyət
qarşısında üzərinə
götürdüyü missiyanı
layiqincə yerinə yetirir.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdan ümummilli
lider Heydər Əliyev müasir və müstəqil Azərbaycan Respublikasının
əsasını qoyub.
Qeyd olundu ki,
bu dövrlərdə söz və mətbuat azadlığını məhdudlaşdıran
müxtəlif maneələr
aradan qaldırılıb,
KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik
bazası təkmilləşdirilərək senzura ləğv olunub.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
KİV-lərin maddi-texniki
bazasının möhkəmləndirilməsi,
jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi
xətti bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Sonra tədbirdə BDU-nun sosiologiya
kafedrasının müdiri,
professor İzzət Rüstəmovun
"Azərbaycanda maarifçilik
mədəniyyətinin nadir incisi - "Əkinçi",
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun Müşahidəçilər
Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Azərbaycan
milli mətbuatı-135: tarixi
nailiyyətlər və
perspektivlər", BPKİYİ-nin psixologiya kafedrasının müdiri,
psixologiya elmlər namizədi Hökümə
Əliyevanın "Əkinçi"-
mədəniyyət kodeksinin rəmzi kimi", BPKİYİ-nin
Redaksiya, nəşriyyat
və poliqrafiya şöbəsinin redaktoru
Qərib Əsgərovun
"Milli mətbuatın
inkişafının Heydər
Əliyev mərhələsi"
mövzularında məruzələri
və digər çıxışlar dinlənildi.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.-
23 iyul.- S.2.