Ümumtəhsil məktəblərinin
I sinfinə uşaqların vaxtından əvvəl
qəbulu Qaydaları
Təhsil Nazirliyinin 16.06.2010-cu il tarixli,
796 nömrəli əmri
ilə təsdiq edilmişdir.
1. Bu "Qaydalar" "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa uyğun hazırlanmışdır
və məktəb yaşına çatmayan uşaqların vaxtından
əvvəl I sinfə
qəbulu ilə bağlı prosedurları
müəyyən edir.
2. Ümumtəhsil məktəblərinin
I sinfinə, bir qayda olaraq, hər
il sentyabrın 15-dək
6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam
uşaqlar qəbul edilirlər.
3. İstisna hallarda 6 yaşı sentyabrın
15-dən oktyabrın sonunadək
olan müddətdə
tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış
komissiyanın rəyi
əsasında vaxtından
əvvəl I sinfə
qəbul edilə bilərlər.
4. Noyabr ayı ərzində 6 yaşı
tamam olmuş xüsusi istedadı ilə fərqlənən
uşaqların vaxtından
əvvəl I sinfə
qəbuluna avqustun əvvəlindən sentyabrın
10-dək Təhsil Nazirliyində
yaradılmış komissiya
tərəfindən baxılıb
müvafiq qərar qəbul edilir.
5. Komissiyanın rəyi əsas tutulmaqla vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmiş uşaqlar haqqında yerli təhsil orqanlarına məlumat göndərilir. Həmin uşaqların müvafiq
məktəblərin I sinfinə
qəbulu mövcud qaydalar üzrə rəsmiləşdirilir.
6. Naxçıvan MR ərazisində uşaqların
vaxtından əvvəl
I sinfə qəbulu bu "Qaydalar" əsasında Naxçıvan
MR Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir.
Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.2.