Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu

 

Çin Xalq Respublikasının Sias Beynəlxalq Universitetində Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu keçirilmişdir.  Asiya qitəsinin Sakit okean hövzəsinin 26 ölkəsi beynəlxalq simpoziumda iştirak etmişdir. Naxçıvan Dövlət Universiteti Asiya Universitetlər Assosiasiyasının üzvü olduğu üçün universitetin rektoru, akademik İsa Həbibbəyli həmin beynəlxalq simpoziumda Azərbaycan Respublikasını təmsil etmişdir.

Asiya Universitetləri Assosiasiyasının prezidenti, professor Umlay beynəlxalq simpoziumda "Asiya universitetlərində beynəlxalq əlaqələr innovasiyalar" mövzusunun müzakirə ediləcəyini bəyan etmiş əsas prinsiplər barədə məlumatlar vermişdir.

Beynəlxalq simpoziumda ev sahibliyi vəzifəsini yerinə yetirən Çin Xalq Respublikasının Sias Beynəlxalq Universitetinin rektoru, professor Şan Kenin "Çin universitetlərində əməkdaşlıq imkanları: nəticələr perspektivlər" mövzusunda məruzəsi dinlənilmişdir

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin beynəlxalq forumda "Universitetlərarası əlaqələrin yeni ünvanı: Asiya" mövzusunda etdiyi məruzə maraqla qarşılanmışdır. Həmçinin Naxçıvan Dövlət Universiteti ilə Sias Beynəlxalq Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalanmışdır.

Asiya Universitetlərinin beynəlxalq simpoziumunda Çin Xalq Respublikası, Cənubi Koreya, Vyetnam, Malayziya, Filippin, Hindistan, Banqladeş, Sinqapur, Tailand, Laos, Kamboca başqa ölkələrin nümayəndələri məruzələrlə çıxış etmişlər.

Simpoziumda Asiya universitetlərinin qarşılıqlı əlaqələrinə birgə əməkdaşlığına dair layihə müzakirə olunmuşdur.

Təşkilatçılar məşhur Çin səddinə Şanlin məbədgahlarına səfər təşkil etmişlər.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.5.