Xüsusi istedada malik şagirdlərin
aşkara çıxarılması tədbirləri haqqında
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan Respublikası
Prezidentinin 17 aprel
2006-cı il tarixli,
1414 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı
üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı nazirliyin Fəaliyyət planına (2.4 və
7.4-cü bəndlər) əsasən
yerlərdə riyaziyyat,
fizika, kimya və biologiya fənləri üzrə aşkara çıxarılmış
istedadlı VIII-X sinif
şagirdləri arasından
ən istedadlılarını
müəyyənləşdirmək məqsədilə 2010-cu ilin
mayında Bakı şəhərində tanınmış
alim və mütəxəssislərin iştirakı
ilə təkrar seçim aparılmışdır.
Seçim prosesində
riyaziyyat fənnindən
311, fizika fənnindən
209, kimya fənnindən 171,
biologiya fənnindən
250 nəfər, cəmi
941 nəfər şagird
iştirak etmişdir.
Yekun turunda 1 nəfər
IV (riyaziyyatdan Bakı
şəhəri 76 nömrəli
məktəbin şagirdi
Ömərov Faiq İlham oğlu), 6 nəfər XI sinif şagirdi də könüllü olaraq iştirak etmişdir. Şagirdlərə
riyaziyyat, fizika, kimya fənlərinin hər birindən 50, biologiya fənnindən 60 test təklif olunmuş, nəticələr
100 ballıq sistemlə
qiymətləndirilmişdir.
287 nömrəli
"Zəkalar" liseyinin X sinif şagirdləri Şahlar Məmmədov, Faiq Hüseynov, Əli Əliyev, Qoşqar Məmmədzadə (hər
biri 95 bal), Heydər Əliyev adına liseyin XI sinif şagirdləri Eltun Mirzəzadə, Aqil Zeynallı (hər biri 90 bal), Şəmkir şəhər Füzuli adına orta məktəbin VIII sinif şagirdi Kərəm Əsgərov, Bakı Avropa Liseyinin VIII sinif şagirdi Vüsal İbrahimli, Şəki şəhəri
5 nömrəli orta məktəbin X sinif şagirdi Dərya Həkimzadə, bilavasitə
nazirlik nəzdindəki
fizika-riyaziyyat və informatika təmayüllü
liseyin X sinif şagirdləri İzzət
Mansuroğlu, Aqşin
Namazov (hər biri 86 bal), Qəbələ
rayonu Zarağan kənd 1 nömrəli orta məktəbin X sinif şagirdi Rəsul Həmidli (85
bal) riyaziyyatdan,
Bakı şəhəri
312 nömrəli orta məktəbin X sinif şagirdi Yusif Padarov (84 bal), Biləsuvar rayonu Nərimankənd kənd orta məktəbinin X sinif şagirdi Cavad Məmmədbəyli (80 bal), Bakı
Avropa Liseyinin VIII sinif şagirdi Vüsal İbrahimli, Bakı Dövlət Universitetinin nəzdindəki
"Gənc istedadlar"
liseyinin X sinif şagirdi Orxan Həsənli (hər biri 72 bal), Bakı şəhəri 134 nömrəli
Beynəlxalq Təhsil
Kompleksinin X sinif şagirdi Mikayıl Quliyev (70 bal) fizikadan, Heydər Əliyev adına liseyin X sinif şagirdi Nərgiz Müştaqzadə
(84 bal), Qusar rayonu Yuxarı Zeyxur kənd orta məktəbinin IX sinif şagirdi Canmirzə Ağacanov (82 bal), Ağdaş
şəhər S.Vurğun adına 1 nömrəli məktəb-liseyin
X sinif şagirdi Şəlalə Mustafazadə,
287 nömrəli "Zəkalar"
liseyinin X sinif şagirdi Kamran Əliyev (hər biri 78 bal), Ağdaş rayonu təbiət, texniki və humanitar fənlər təmayüllü liseyin
IX sinif şagirdi Əhmədiyyə Tağıyev
(76 bal), Qəbələ rayonu
Nohurqışlaq kənd
orta məktəbinin X
sinif şagirdi Zeynəb Hacıbəyli
(74 bal) kimyadan,
Sumqayıt şəhəri
təbiət və texniki elmlər liseyinin müvafiq olaraq X, IX sinif şagirdləri Fatimə Camalova (78,3 bal), Türkan Sultanlı (71,6 bal), A.S.Makarenko
adına humanitar fənlər təmayüllü
gimnaziyanın VIII sinif
şagirdi Sevid Məmmədzadə (71,6 bal), Bakı
şəhəri akademik
Zərifə Əliyeva
adına orta məktəbin X sinif şagirdi Leyla Cəfərova, Qəbələ
rayonu Vəndam qəsəbə 1 nömrəli
orta məktəbin IX sinif şagirdi Elnarə Xeyrəddinli (hər biri 70,0 bal) biologiyadan ən yüksək nəticə
göstərmişlər.
Yekun seçim turunda ötən illə müqayisədə 321 nəfər, o cümlədən riyaziyyatdan 92, fizikadan 78, kimyadan 41, biologiyadan 110 nəfər artıq şagird iştirak etmişdir. Əvvəlki illərlə müqayisədə göstəriciləri yüksək olan şagirdlərin sayı da xeyli artmışdır. Seçim turunda nazirlik tabeliyindəki Heydər Əliyev adına, Bakı Avropa, fizika-riyaziyyat və informatika təmayüllü liseylərin, akademik Zərifə Əliyeva adına orta məktəbin, Bakı şəhəri 134 nömrəli Beynəlxalq Təhsil Kompleksinin, 287 nömrəli "Zəkalar" liseyinin, 191, 312 nömrəli məktəblərin, Quba rayonu texniki təmayüllü liseyin, Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın, təbiət və texniki elmlər liseyinin, Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli, Biləsuvar rayonu Nərimankənd kənd, Şəmkir şəhər Füzuli adına, Şəki şəhəri 5 nömrəli orta məktəblərin şagirdlərinin göstəriciləri daha yüksək olmuşdur.
Qeyd olunanlarla yanaşı, seçimin yekunlarına dair hazırlanmış reytinq cədvəlindən aydın olur ki, seçim turuna bir sıra rayonlardan (Sabirabad, İmişli, Salyan, Ağsu, Lerik, Daşkəsən, Yevlax, Xaçmaz), həmçinin BSU-nun nəzdindəki humanitar, Memarlıq və İnşaat Universiteti nəzdindəki fizika-riyaziyyat təmayüllü liseylərdən və Odlar Yurdu Universitetinin nəzdindəki "Britaniya məktəbi"ndən bu tədbirdə iştirak üçün istedadı ilə fərqlənənlər deyil, təsadüfi şagirdlər göndərilmişdir. Həmin şagirdlərin cavabları aşağı balla, bəziləri isə hətta "0" balla qiymətləndirilmişdir. Belə hallar, ilk növbədə, müvafiq təhsil şöbələrinin və məktəb direktorlarının Dövlət Proqramında icrası nəzərdə tutulan bu vacib məsələyə məsuliyyətsiz və laqeyd münasibətlərinin nəticəsi kimi qiymətləndirilməlidir.
Göstərilənləri nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Xüsusi istedada
malik olan şagirdlərin aşkara
çıxarılması ilə
bağlı 2010-cu ilin
26-27 may tarixlərində
Bakı şəhərində
keçirilmiş yekun
seçim turunun nəticələri nəzərə
alınsın (əlavə
olunur).
2. Seçimin
yekunlarına görə I, II, III yerlər tutmuş
şagirdlər müvafiq diplomlarla təltif edilsinlər.
3. Seçim
keçirilmiş fənlər üzrə aparılan
qiymətləndirmənin nəticələri barədə
məlumat (reytinq cədvəli) müvafiq rayon
(şəhər) təhsil şöbələrinə
(idarələrinə) və bilavasitə nazirlik
nəzdindəki təhsil müəssisələrinə
göndərilsin.
4. Bakı
Şəhəri üzrə Təhsil İdarəsi,
Gəncə Şəhər Təhsil İdarəsi, rayon
(şəhər) təhsil şöbələri,
bilavasitə nazirlik nəzdindəki ümumtəhsil
müəssisələrinin direktorları:
4.1. Bu əmrin məzmununu pedaqoji
kollektivlərə çatdırsınlar, istedadı ilə
fərqlənən şagirdlərin aşkara
çıxarılması və inkişafı sahəsində
məqsədyönlü tədbirlərin davam etdirilməsini
müntəzəm nəzarətdə saxlasınlar.
4.2. Hər bir məktəbdə
ayrı-ayrı fənlər üzrə istedadı ilə
fərqlənən VI-X sinif
şagirdlərini müəyyən edib, məktəb, rayon
(şəhər) üzrə "İstedad bankı"na
daxil etsinlər və onlar haqqında məlumatı 2010-cu il
dekabrın 15-dək nazirliyə göndərsinlər.
4.3. Dövlət Proqramı
çərçivəsində çap olunmuş və
yerlərə çatdırılmış "Elementar
riyaziyyatın əlavə fəsilləri və olimpiadalar. I kitab", "Riyaziyyatdan
olimpiada iştirakçıları
üçün 200 variant",
"Kimyadan olimpiada məsələləri", "Uşaqlarda
istedadın müəyyənləşdirilməsi
və inkişaf etdirilməsi", "İstedadlı
uşaqların psixoloji
təminatı", "İstedadın
psixoloji diaqnostikası"
və başqa ədəbiyyatlardan səmərəli
istifadə üçün
zəruri tədbirlər
görsünlər.
4.4. İstedadlı
şagirdlərin rəğbətləndirilməsi, onlara
təqaüdlərin və barələrində dövri
mətbuatda yazıların verilməsi istiqamətində
lazımi tədbirlər həyata keçirsinlər.
4.5. "Kiçik Akademiyalar"
vasitəsilə xüsusi istedada malik şagirdlərin
tədqiqatçılıq qabiliyyətlərinin inkişaf
etdirilməsi üçün müxtəlif səviyyəli
elmi-təcrübi konfransların, kiçik olimpiadaların
və digər bilik yarışlarının
keçirilməsini təşkil etsinlər.
4.6. Bu əmrin 3-cü
bəndində qeyd olunan məlumatları ətraflı
təhlil edib, seçimin yekunlarına görə
şagirdlərin zəif nəticə
göstərmələrinin səbəblərini
araşdırıb müvafiq qərar qəbul etsinlər.
4.7. Əmrin yerinə
yetirilməsinin gedişi vəziyyəti barədə 2010-cu
ilin dekabrında nazirliyə ətraflı arayış
göndərsinlər.
5. Aparatın
rəhbəri (İ.Pirməmmədov), Kənd rayonları
üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov), Ali və orta ixtisas təhsili
şöbəsi (İ.Mustafayev) birlikdə seçim
tədbirlərində daha yüksək nəticə
göstərmiş şagirdlərin görkəmli
alimlərlə görüşlərinin təşkil olunması,
onların həmin alimlər tərəfindən elmi
himayəyə götürülməsi istiqamətində
ardıcıl iş aparsınlar.
6. İctimaiyyətlə
əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində və
"Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına
nəzarət nazir müavini İ.İsgəndərova
həvalə olunsun.
Misir
MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
29 iyun
2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 2 iyul.- S.2.