Mahnı teatrında musiqili kompozisiya

  

Mayın 29-da  Rəşid Behbudov adına  Mahnı Teatrında  Bakı Şəhər Gənclər İdman Baş İdarəsi ilə  46 nömrəli orta məktəbin  28 May Respublika Gününə həsr olunmuş birgə "Mənim Azərbaycanım" adlı bayram mərasimi keçirildi.

Tədbir Dövlət himninin ifası ilə başlandı. Sonra 46 nömrəli məktəbin bir qrup istedadlı şagirdi böyük şairimiz  Səməd Vurğunun  "Azərbaycan" şeirini ifa etdi.

Görkəmli müğənni Rəşid Behbudovun  əsrarəngiz səsi salona yayıldı. Unudulmaz sənətkarımızın  ifasında  "Azərbaycan" mahnısı səslənirdi. Səhnəyə çıxan məktəbli aparıcılar 92 il öncə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti, onun fəaliyyət göstərdiyi qısa dövr ərzində həyata keçirdiyi tədbirlər haqqında danışdılar. Müstəqilliyimizin yenidən bərpa olunmasında, demokratik Azərbaycan dövlətinin inkişafında  dünyada tanınmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri qeyd olundu. Onun müdrik siyasətinin bu gün ölkəmizin  Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi  vurğulandı.

Sonra yenidən meydan 46 nömrəli məktəbin şagirdlərinə verildi. Onlar vətənə, torpağa, müstəqilliyimizə həsr olunmuş  şeirlər söylədilər, mahnılar oxudular. "Azərbaycan inciləri" ansamblının çıxışı,  balaca istedadların   söylədikləri  görkəmli  şairlərimiz  Məmməd  Arazın,  Qabilin "Azərbaycan", "Azərbaycan əsgəri" şeirləri  iştirakçılar tərəfindən   alqışlarla   qarşılandı.

Bayram tədbirində iştirak  edən Bakı Şəhəri üzrə Təhsil  İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova uşaqların çıxışlarını yüksək qiymətləndirib, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Bayram tədbirinin yüksək səviyyədə  hazırlanması  keçirilməsində  Bakı Şəhəri Gənclər İdman Baş İdarəsinin şöbə müdiri Nəcəf Nəcəfovun, 46 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Ağazadənin, dil-ədəbiyyat müəllimi İradə Ağayevanın, Mədəniyyət Turizm Nazirliyinin  əməkdaşı  Zemfira  Bağırovanın zəhmətləri xüsusi qeyd olundu.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.8.