Səhnəciklər bayram əhvalını yüksəltdi
İyunun 1-də Bakıdakı
68 nömrəli körpələr
evi-uşaq bağçasında
1 İyun Uşaqları
Beynəlxalq Müdafiə
Gününə həsr
olunmuş tədbir keçirildi. Tədbirdə
bağçanın kollektivi ilə birlikdə valideynlər də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan bağçanın müdiri
Ofelya İmamverdiyeva uşaqları əlamətdar
gün münasibətilə
təbrik edərək
onlara xoş arzularını bildirdi. Son illər ölkəmizdə
təhsilin ilkin pilləsi sayılan məktəbəqədər təhsilə
göstərilən diqqət
və qayğıdan danışan O.İmamverdiyeva
bu işdə möhtərəm Prezidentimiz
İlham Əliyevin misilsiz xidmətlərini vurğuladı.
O, bu il
bağça həyatına
əlvida deyərək
məktəbə qədəm
qoyacaq uşaqlara uğurlar dilədi və onları məktəb təliminə
hazırlayan tərbiyəçilərin,
xüsusilə Sevinc İskəndərova və
Gültəkin Dadaşovanın
əməyini yüksək
qiymətləndirdi.
Sonra uşaqlar musiqili-əyləncəli
oyunlar nümayiş etdirdilər. Orta yaş qrupu
uşaqlarının "Cücələrim"
mütəhərrik oyunu
tədbirə xüsusi
rəng qatdı.
Məktəbəhazırlıq qrupu uşaqlarının
nümayiş etdirdiyi
səhnəciklər bayram
ab-havasını daha da yüksəltdi.
Tədbirin sonunda valideynlər çıxış edərək
belə şəraitin
yaradılmasına görə
bağçanın rəhbərliyinə
və kollektivinə minnətdarlıq etdilər.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.8.