O, yaşıdları
arasında ən güclü
şahmatçı kimi tanınır
Masallı rayonunda fəaliyyət
göstərən Uşaq-Gənclər Şahmat Məktəbinin
uğurlarından danışarkən məktəbin yetirməsi
Sücaət Orucovu xususi qeyd
etmək lazımdır. O,
Respublika Şahmat Mərkəzində
bu il martın 22-dən aprelin 2-dək yeniyetmələr
arasında keçirilən ölkə birinciliyində ən
yüksək nəticə göstərərək çempion
adına layiq görülüb. Hazırda idman ustalığına namizəd olan bu yeniyetmə 2 dəfə
Azərbaycan Şahmat
Olimpiadasının qalibi, 3 dəfə "Prezident
kuboku"nun mükafatçısı, dəfələrlə
respublika turnirlərinin qalibi, 2007-ci ilin gümüş
medalçısı, I Beynəlxalq Şahmat
Festivalının - "Gəncə-Open"in qalibi, 2007-ci ildə Yunanıstanda keçirilmiş məktəblilərin
dünya birinciliyində 2-ci yerin sahibi, "Bakı-Open"
turnirinin və digər yarışların mükafatçısıdır.
Bu gün Sücaət
Orucov 16 yaşlılar arasında Azərbaycanın ən
güclü şahmatçısı kimi tanınır. O,
iyun ayında Avropa birinciliyində və oktyabrda Yunanıstanda
keçiriləcək dünya birinciliyində ölkəmizi
təmsil edəcək. Eyni zamanda
avqustda Türkiyədə keçiriləcək
dünya olimpiadasında da nəyə
qadir olduğunu bir daha göstərəcək.
Biz həmin
yarışlarda daha
böyük qələbə qazanmaq üçün gənc
idmançıya uğurlar diləyirik.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.8.