Təhsil haqqında dövlət
sənədlərinin nümunələri
və onların verilməsi Qaydalarının
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını elan edirəm:
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar ¹ 82
Bakı şəhəri, 29 aprel 2010-cu il
"Təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi
Qaydaları"nın təsdiq edilməsi haqqında
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının
1.23-cü bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1.
"Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində
təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi
Qaydası" təsdiq edilsin (əlavə olunur).
2.
"Orta ixtisas təhsili pilləsində təhsil haqqında
dövlət sənədlərinin nümunələri və
onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə
olunur).
3.
"İlk peşə-ixtisas təhsili pilləsində təhsil
haqqında dövlət sənədlərinin nümunələri
və onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə
olunur).
4.
"Ümumi təhsil pilləsində təhsil haqqında
dövlət sənədlərinin nümunələri və
onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə
olunur).
5.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 N-li qərarının icrası ilə
əlaqədar
ƏMR EDİRƏM:
1.
Təhsil Nazirliyinin müvafiq şöbələri,
Naxçıvan MR Təhsil Nazirliyi, şəhər (rayon) təhsil
şöbələri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərləri bu qərarı
icra üçün əldə rəhbər tutsunlar.
2.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.02.2001-ci il
tarixli 92 N-li əmri 2010/2011-ci tədris ilindən qüvvədən
düşmüş hesab edilsin.
3.
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin nazirliyin İnternet səhifəsində
və "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını təmin etsin.
4. Əmrin
icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
2 iyun 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.2.