"Yol hərəkəti qaydalarını
öyrənirik"
Dünya Bankının Azərbaycan
nümayəndəliyinin maliyyə
dəstəyilə "Oriqami"
Uşaq və Yeniyetmələr İctimai
Birliyi iyunun 3-dən Suraxanı rayonu ərazisində yerləşən
5, 19, 268, 313 nömrəli körpələr
evi - uşaq bağçalarında "Yol
hərəkəti qaydalarını
öyrənirik" layihəsinin
icrasına başlamışdır.
Layihə avqustun 8-dək
davam edəcəkdir.
Yolda nəqliyyat vasitələrinin
hərəkəti uşaqlar
üçün həm
maraqlı, həm də təhlükəlidir. Uşaqlar
üçün marağın
çox, təhlükənin
az olması
və yol hərəkəti qaydaları
haqqında müəyyən
anlayışların qavranılması
məqsəd ilə onlara məktəbəqədər
yaş dövründə
hərəkətin təhlükəsizliyi
qaydalarını öyrətmək
və uşaqlarda yol hərəkəti qaydalarına əməl etmə vərdişlərini
tərbiyə etmək
lazımdır. Bu məqsədlə
"Oriqami" Uşaq
və Yeniyetmələr
İctimai Birliyi Dünya Bankının Azərbaycan nümayəndəliyi
ilə Suraxanı rayonunda yerləşən
məktəbəqədər təhsil müəssisələrində
2 ay müddətində "Yol hərəkəti qaydalarını öyrənirik"
layihəsini həyata
keçirir.
Layihə çərçivəsində 5 məktəbəqədər uşaq
müəssisəsinin yuxarı
yaş (4-5) və məktəbəhazırlıq (5-6) qruplarında tərbiyə
olunan uşaqlarda təhlükəsiz hərəkət
davranışlarının öyrədilməsi nəzərdə
tutulmuşdur.
Qruplarda, - açıq
havada və ya məşğələ
otaqlarında, uşaqlara
əyləncəli oyun
şəklində, yol
hərəkətinin təhlükəsizliyi
barəsində yeni biliklərin aşılanması
nəzərdə tutulur.
Türkan NƏSİBOVA
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.4.