Təhsil ocağının 18 illiyi qeyd edildi
Bakı Avrasiya Universitetinin yaranmasının
18 illiyi münasibəti
ilə Rəşid Behbudov adına
Mahnı Teatrında keçirilmiş tədbirdə
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin, həmçinin TÜRKSOY-un nümayəndələri,
müxtəlif ali təhsil müəssisələrinin
rəhbərləri iştirak
etmişlər. Mərasimdə
çıxış edən
natiqlər təhsil ocağının tarixinə
nəzər salmış,
18 il ərzində
əldə edilən uğur və nailiyyətlərdən bəhs
etmişlər.
Qeyd edildi ki, universitet hazırda Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər
Universitetləri Birliyi,
Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri
Beynəlxalq Münasibətlər
Universiteti Assosiasiyasi,
Qara dəniz hövzəsi Universitetləri Birliyinin üzvüdür. Dünyanın 25-dən çox ölkəsinin
(ABŞ, Böyük Britaniya,
Fransa, Almaniya, Türkiyə, Yaponiya, Rusiya və s.) qabaqcıl
ali məktəbləri
ilə tələbə,
müəllim və təcrübə mübadiləsi
aparılır.
Tədbirdə xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən
qılınc" əsəri göstərilmiş, konsert
səsləndirilmişdir.
Rüstəm RAMAZANOV
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.8.