İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi

 

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin ən qocaman nüfuzlu ali təhsil müəssisəsi olan İordaniya Universitetinin iki əlaçı tələbəsinə Heydər Əliyev təqaüdü təqdim edilmişdir.

Xarici ölkələrin ali təhsil müəssisələrinin təhsildə fərqlənmiş tələbələrinə Heydər Əliyev təqaüdlərinin təqdim edilməsi müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq həyata keçirilmişdir sevindirici haldır ki, bu hadisə ölkəmizlə dost qardaş olan İordaniyada baş vermişdir.

Təqaüdlərin təqdim edilməsinə həsr olunmuş İordaniya Universitetində təşkil edilmiş rəsmi mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti, zəngin siyasi irsi barədə məlumat vermiş, onun banisi olduğu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Təqaüdlərin təqdim edilməsi mərasiminin 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində həyata keçirildiyini xatırladan səfir, bunun təsadüfi olmadığını vurğulamış xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin formalaşdırılmasında milli dövlətçiliyin əsaslarının yaradılaraq möhkəmləndirilməsində müstəsna rol oynadığını söyləmişdir.

Azərbaycan ilə İordaniya arasındakı əməkdaşlığa toxunan səfir bu əlaqələrin inkişaf etdiyini, ölkələrimizin münasibətlərinin dərinləşdirilməsinə genişləndirilməsinə Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdullah ibn Hüseynin müstəsna töhfələr verdiklərini vurğulamışdır.

2007-ci ildə İordaniyaya səfəri zamanı Prezident İlham Əliyevin İordaniya Universiteti tərəfindən siyasi elmlər üzrə fəxri doktor adı ilə təltif edilməsini bu münasibətlə dövlətimizin başçısının universiteti ziyarət etməsini xatırladan səfir ümummilli lider Heydər Əliyevin adına təqaüdlərin məhz bu təhsil ocağının iki əlaçı tələbəsinə təqdim edilməsinin məntiqi olduğunu dilə gətirmişdir.

Sonra səfir universitetin tibb fakültəsinin 2-ci kurs tələbəsi İmad Dikkaya mühəndislik texnologiya fakültəsinin 2-ci kurs tələbəsi Dua Suuda təqaüdləri təntənəli şəkildə təqdim etmiş, onlara uğurlar diləmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan təqaüdlə təltif edildiklərinə görə Azərbaycan Prezidentinə hökumətinə minnətdarlıqlarını ifadə edən tələbələr, bununla üzərlərinə qoyulan məsuliyyəti doğruldacaqlarını bildirmişlər.

Sonra rektor X.Kəraki universitetin tələbələrinin belə yüksək təltifə layiq görülməsini Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Universitetinə qayğısının təzahürü kimi qiymətləndirmiş, buna görə dövlətimizin başçısına təşəkkürünü bildirmişdir.

Heydər Əliyev təqaüdlərinin təqdim edilməsi mərasimi barədə elə həmin gün İordaniyanın PETRA Milli xəbər agentliyinin İordaniya Universitetinin veb-səhifələrində məlumat yer almış, İordaniya televiziyası ilə reportaj verilmişdir.

 

 

  Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.1.