Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan
tədbir
İyunun 4-də Azərbaycan
Müəllimlər İnstitutunda "Rəsul Rzanın 100
illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 14 yanvar 2010-cu il tarixli 681 nömrəli
sərəncamının icrası ilə bağlı tədbir
keçirildi.
Tədbirdə AMİ-nin
professor-müəllim heyəti, tələbələr, Azərbaycan
Yazıçılar Birliyi İdarə heyətinin üzvü
Q.Nəcəfzadə, Yazıçılar Birliyinin üzvü,
Rəsul Rzaya həsr olunmuş yubileylərin keçirilməsi
ilə əlaqədar komissiyanın üzvü, şair
Dayandur iştirak edirdi.
Tədbiri giriş
sözü ilə açan institutun rektoru, professor Aqiyə
Naxçıvanlı
mürəkkəb və
çoxşaxəli
yaradıcılıq
yolu keçmiş Rəsul Rzanın poeziyaya
gəlişindən
danışdı. O,
xalq şairi Rəsul
Rzanın yarım əsrdən çox bir müddət ərzində axtarışlar apararaq
yeni tipli, tamamilə
müasir, epik, novator poeziyanı yaratması və
bir növ, yüzilliyin poeziyasına yekun vurması ilə Azərbaycan
ədəbiyyatında
misilsiz iz qoyduğunu qeyd etdi.
Tədbirdə Rəsul
Rzanın həyat və yaradıcılığı, pedaqoji
görüşləri haqqında institutun dosentləri
V.Qurbanov, B.Həsənli, "Xalq şairi Rəsul Rza
yaradıcılığından nələri öyrənmişik"
mövzusunda Pedaqogika və filologiya fakültəsinin IV kurs tələbəsi
Şəfəq Məmmədova çıxış etdilər.
Çıxışlar arasında AMİ-nin özfəaliyyət
kollektivinin tələbələri Rəsul Rzanın şeirlərini
və sözlərinə yazılmış mahnıları səsləndirdilər.
Tədbirin sonunda qonaqlar
da xalq şairi Rəsul Rzanın
yaradıcılığına öz münasibətlərini
bildirdilər və şairin yubileyinin yüksək səviyyədə
keçirilməsinə görə institutun rektoru Aqiyə
Naxçıvanlıya və institutun bütün kollektivinə
minnətdarlıqlarını bildirdilər.
Nabat OSMANOVA
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.8.