Bakı Tikiş Evində dövlət imtahanı

 

3 nömrəli Bakı Peşə Məktəbinin  uğurları əvvəlki illərlə müqayisədə son illər xeyli artıb. Məktəbin maddi bazası ildən-ilə möhkəmlənib, qorunubinkişaf etdirilib. Burada müəllim və şagirdlərin qüvvəsi ilə təşkil edilən, valideynlərin köməyi nəticəsində zənginləşdirilən fənn kabinetləri   laboratoriyalar fəaliyyət göstərir və   bütün dərslər kabinet  sistemində  keçilir. Məktəbdə avtomobil təmiri üzrə çilingər, kompüter üzrə  operator, inşaatçı-dülgər-xarrat, tikişçi, tikiş avadanlığının operatoru, qadın bərbəri, manikürçü, kişi bərbəri və mühasib- fərdi kompüter operatoru  ixtisasları  üzrə kadr hazırlanır.

Biz  bu deyilənlərlə bir daha yaxından tanış olmaq üçün  Təhsil Nazirliyinin  aparıcı məsləhətçisi Elxan Cəfərovla birlikdə iyunun 17-də 3 nömrəli Bakı  Peşə Məktəbində olduq. Öyrəndik ki,  peşə məktəbinin 179-cu  qrup  şagirdləri   Bakı Tikiş Evində tikişçitikiş avadanlığının operatoru ixtisası üzrə dövlət imtahanı verirlər. Həmin imtahanda iştirak etdik.  Məlum oldu ki, imtahan verən bu  şagirdlər imtahanqabağı istehsalat təcrübəsini də  elə Bakı Tikiş Evində  keçiblər və burada işləyən təcrübəli  müəllimlərdən öz peşələrinin sirrini dərindən öyrənə bilmişlər.

Həmin gün  peşə məktəbini bitirən şagirdlərdən Xəyalə Qafarova, Aynurə Rüstəmova, İbadət Bəşirzadə və Ülkər İsrafilova dövlət  imtahanındanla" qiymət aldılar.

Peşə məktəbinin direktoru Sabir Əliyev bu uğurların qazanılmasında  istehsalat təlimi ustası Ədilə Rüstəmovanın, fənn müəllimi Nahidə Əhlimanovanın, tədris-istehsalat işləri üzrə direktor müavini  Şəfiqə Vəliyevanın böyük zəhmətlərini qeyd etməklə bərabər, Bakı Tikiş Evinin rəhbərliyindən və  orada   baş usta vəzifəsində çalışan Nigar Əlibəyovanın peşə məktəbinin şagirdlərinə göstərdikləri qayğıkeşlikdən də razı qaldığını dedi.

 

 

 Şakir CƏFƏROV

 

 Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.7.