Respublika müsabiqəsinin qalibi

 

Əşrəf Paşayev Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə yaxşı qiymətlərlə oxumaqla bərabər, rayon texniki yaradıcılıq mərkəzinin dərnək üzvüdür.

"Əyləncəli fizika" dərnəyinin rəhbəri Fazil Alıyev onun gələcəyinə böyük ümidlər bəsləyir. Təsadüfi deyildir ki, Əşrəf dəfələrlə bu ümidləri doğruldaraq rayon, zona, respublika müsabiqələrində I yeri tutmuşdur. Onun hazırladığı məişət texnikası modeli 2010-cu ilin aprelində Təhsil Nazirliyinin səmərələşdirici ixtiraçılıq diplomuna layiq görülüb.

Hazırda Əşrəf yeni modellər üzərində işləyir.

 

 

Elnay QALİBOĞLU,

 

Cavid ƏMRAHOV

 

Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.8.