Azərbaycanın Milli
Qəhrəmanları
Aqarunov Albert Aqarunoviç
1969-cu il aprelin 25-də Bakı şəhərində
anadan olub. Suraxanı rayonundakı 154 nömrəli
orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 101 nömrəli texniki peşə məktəbində
sürücü-mexanik peşəsinə
yiyələnib. O, 1987-ci ildə hərbi xidmətə çağırılıb,
əsgəri borcunu Gürcüstanda yerinə
yetirib və tank komandiri olub. 1989-cu ildə ordu
sıralarından tərxis
olunaraq Vətənə
dönüb. Albert bir müddət Bakının Suraxanı rayonunda maşınqayırma
zavodunda çalışıb. Vətənimiz erməni
işğalına məruz qaldığı günlərdə
o, könüllü olaraq cəbhəyə
yollanıb.
İlk gündən çevikliyi
və diqqətli olması, hərbi tapşırıqları vaxtında
və düzgün yerinə yetirməsi, xüsusilə döyüş
texnikasından bacarıqla
istifadə etməsi ona olan rəğbəti
qat-qat artırmışdı. Bütün
bu yüksək səviyyəyə, intizamlı
davranışa, hərtərəfli
hazırlığa malik
olduğuna görə
də A.Aqarunov tank komandiri təyin edilərək,
A.Aqarunov 1992-ci il mayın 8-də
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç
ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında
dəfn olunub. Vaxtilə təhsil
aldığı 154 nömrəli
məktəb onun adını daşıyır.
Məktəbin önündə büstü qoyulub.
Babayev Nazim
Abbas oğlu
1975-ci il fevralın 7-də Salyan rayonunun Aydıngün kəndində
dünyaya göz açıb, 1992-ci ildə
kəndlərindəki orta
məktəbi bitirib. 1993-cü ilin aprelində
Milli Ordu sıralarında hərbi xidmətə çağırılıb.
Bu zaman qaniçən erməni işğalçıları
müqəddəs torpaqlarımızın
sinəsinə dağ
çəkir, kəndlərimizi
yandırır, yerlə
yeksan edir, evləri viran qoyurdular.
Nazim torpaqlarımızın erməni
işğalçılarından müdafiə olunması uğrunda gedən döyüşlərdə iştirak
etmək üçün
cəbhəyə yollanıb. O, doğma
Azərbaycanımızın ayrılmaz bir hissəsi olan Qarabağın Füzuli və Tərtər bölgəsində gedən ağır
döyüşlərdə erməni faşistlərinə
qarşı vuruşub.
Torpaqlarımızı azad, sərhədlərimizi
bütöv görmək
istəyi, arzusu ilə yaşayan bu mübariz döyüşçü erməni
quldurlarına qarşı
hər an mərdliklə
vuruşub. Vətən, xalq qarşısında
öz övladlıq borcundan ləyaqətlə
çıxıb.
Nazim həmçinin 1995-ci ilin
məlum mart hadisələri
zamanı dövlət
çevrilişinə cəhdin
qarşısının alınması,
silahlı dəstələrin
tərksilah edilməsində
də fəal iştirak edib. Həmin
il martın
15-də dövlətçiliyimizin müdafiə olunması uğrunda gedən döyüşdə qəhrəmancasına
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Babayev Nazim Abbas
oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Qaraçala kənd Şəhidlər
xiyabanında dəfn olunub.
Salyan şəhərindəki küçələrdən
biri onun adını daşıyır. Salyan şəhər
parkında büstü
qoyulub.
Babayev Çingiz
Adil oğlu
1964-cü il oktyabrın 2-də
Bakı şəhərində
anadan olub. Yasamal rayonundakı 20 nömrəli
orta məktəbi bitirib. Sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub ,
1986-cı ildə təhsilini
başa çatdıraraq
təyinatla "Azərelektroterm"
Zavodunda əmək fəaliyyətinə başlamışdı.
Çingiz eyni zamanda işlədiyi müddətdə Azərbaycan
Dövlət Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə illik kursu da
bitirib.
Həmin zamanlar mənfur ermənilərin ata-baba yurdlarımıza təcavüzü
qeyrətli bir oğul kimi Çingizi də hiddətləndirib. Vətən sevgisi, Vətən
məhəbbəti onu
torpaqlarımızın yağı
düşməndən müdafiəsinə
səsləyib. 1992-ci ildə könüllü olaraq Milli Ordu
sıralarında hərbi
xidmətdə olub, bir müddət hərbi hissələrdən
birində qərargah rəisi vəzifəsində
çalışıb. 1994-cü ildə isə Azərbaycan Müdafiə
Nazirliyinin əmri ilə C.Naxçıvanski
adına liseyə dəyişdirilib.
O, burada əvvəlcə
tağım komandiri, sonra bölük komandiri, daha sonra tərbiyə işləri üzrə müavin vəzifəsinə
irəli çəkilib.
Çingiz 1995-ci il oktyabrın 28-də
Bakının "Ulduz"
və " Nərimanov"
metrostansiyaları arasında
qəzaya uğrayan qatardakı sərnişinlərin
həyatını xilas
edərkən faciəli
surətdə həlak
olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 3 noyabr
1996-cı il tarixli 506 nömrəli Fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Yasamal rayon qəbiristanlığında
dəfn olunub. Şərəfinə metronun "Ulduz" stansiyasında abidə kompleksi ucaldılıb.
C.Naxçıvanski adına hərbi liseydə isə büstü qoyulub. Təhsil aldığı məktəbə
və yaşadığı
binanın önünə
xatirə lövhəsi
vurulub.
Bağırov Tahir Əminağa
oğlu
1957-ci il iyulun 14-də Türkmənistan Respublikasının
Krasnovodsk şəhərində
anadan olub. Elə həmin il ailə üzvləri
ilə birlikdə Azərbaycana - Əli Bayramlı ( Şirvan)
şəhərinə köçüb.
1972-ci ildə burada səkkizinci sinfi bitirərək, təhsilini peşə məktəbində davam etdirib. O, 1977-ci ildə
hərbi xidmətə
çağırılmış və 1979-cu ildə ordu sıralarından tərxis olunub. T.Bağırov 1988-ci ildə Milli
Azadlıq Hərəkatının
iştirakçısı olub.
1990-cı il 20 Yanvar faciəsi zamanı yaralı insanlara kömək edərək onların tibb məntəqələrinə,
təhlükəsiz yerlərə
aparılmasında xüsusi
fəallıq göstərib.
O, 1992-ci ildə
könüllü olaraq
müdafiə dəstələrindən
birinə üzv yazılmış və "N" saylı
hərbi hissədə
Mİ-24 vertolyotuna bort
atıcısı təyin
edilib. Erməni faşistlərinin törətdiyi Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin təhlükəli
zonadan çıxarılmasında
böyük rəşadət
göstərib. Tahir
Füzuli, Ağdərə,
Laçın rayonlarında
gedən döyüşlərdə
xüsusi fərqlənmişdi.1992-ci il oktyabrın
11-də Laçının Səfiyan kəndi istiqamətində gedən
döyüşdə vertolyot
ermənilər tərəfindən
vurularkən Tahir qəhrəmancasına həlak
olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 5 fevral
1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Bağırov Tahir Əminağa oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında
dəfn olunub. Həzi Aslanov
qəsəbəsindəki 59 nömrəli orta məktəbə onun adı verilib, büstü qoyulub. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrdən
biri onun adını daşıyır.
Bağırov Allahverdi Teymur oğlu
1946-cı il aprelin 22-də Ağdam şəhərində
anadan olub. 1965-ci ildə Ağdam şəhər 1 nömrəli
orta məktəbini bitirən Allahverdi " Qarabağ " futbol klubunda məşqçi kimi fəaliyyət göstərib.
O, 1988-ci ildə
Dağlıq Qarabağda
nankor ermənilərin
törətdikləri cinayətlərə
dözməyərək, Xalq
Hərəkatına qoşulub.
1990-cı il 20 Yanvar hadisələrindən
sonra A.Bağırov Ağdamda könüllülərdən
ibarət batalyon yaradıb. 1992-cı ildə düşmənin
mühasirəsində olan
kəndlərə kömək
etmək, dinc əhaliyə ərzaq çatdırmaq, onların
təhlükəsizliyini təmin
etmək üçün
o, bütün var-qüvvəsi
ilə çalışıb.
Erməni faşistlərinin törətdikləri
Xocalı faciəsi zamanı o, bir çox soydaşımızın
həyatını xilas
edib. 1992-ci il iyunun 12-də Allahverdinin batalyonunun güclü səyi nəticəsində
Aranzəmin, Naxçıvanik,
Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad
edilib. A.Bağırov
inanırdı kı,
qoşunlarımız tezliklə Xankəndinə
girəcək. Azərbaycanın bu cəsur övladı
gözətçi məntəqəsini
yoxlayıb geri dönən zaman sürücüsü ilə
birlikdə minaya düşərək həlak
olub.
Ailəli idi. Bir oğlu, iki
qızı var.
Azərbaycan Respublikası
Prezidentinin 24 fevral
1993-cü il tarixli 476 nömrəli Fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Ağdam rayonundakı Şəhidlər
xiyabanında dəfn olunub.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.24.