İstedadlı şagirdlər üçün
xüsusi lisey siniflərinin təşkili
barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə
təsdiq olunmuş
"Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı
üzrə Proqram(2006-2010-cu
illər)"dan irəli gələn müddəaları, maddi dəyərləri, ölkənin
iqtisadi potensialını
insan kapitalına çevirmək barədə
dövlət başçısının
konseptual xarakterli göstərişini rəhbər
tutaraq, istedadlı şagirdlər üçün
səmərəli və
keyfiyyətli təhsil
şəraiti yaratmaq və onların davamlı inkişafını
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Bölgələr üzrə müəyyən
olunmuş şəhər
və rayonların qeyd edilən təhsil müəssisələrinin
bazasında 2010-2011-ci dərs
ilindən xüsusi istedadı ilə fərqlənən şagirdlər
üçün 1 (bir)
V sinif açılsın:
1.1. Gəncə
şəhər 27 nömrəli
fizika-riyaziyyat və informatika təmayüllü
lisey.
1.2. Sumqayıt
şəhər təbiət
elmləri təmayüllü
gimnaziya.
1.3. Mingəçevir
şəhər İ.Qayıbov
adına 10 nömrəli orta məktəb.
1.4. Şirvan
şəhər S.Hüseynov
adına 1 nömrəli orta məktəb.
1.5. Lənkəran
şəhər S.Kazımbəyov
adına 6 nömrəli məktəb.
1.6. Şəki
şəhər 19 nömrəli
orta məktəb.
1.7. Quba şəhər A.Məmmədov
adına təbiət fənləri
təmayüllü 2 nömrəli
məktəb-lisey.
1.8. Ağdaş
şəhər S.Vurğun
adına 1 nömrəli
orta məktəb.
2. Həmin siniflər üçün nəzərdə
tutulmuş tədris planı təsdiq edilsin (əlavə olunur).
3. Göstərilən şəhər
və rayonların təhsil şöbələrinin
müdirlərinə (M.Əliyev,
V.Bağırov, N.Sultanov,
P.Nəbiyev, S.Abdullayev,
F.İbrahimov, S.Aslanov,
L.Paşayev) tapşırılsın:
3.1. Gələcəkdə
xüsusi istedada malik şagirdlər üçün V-XI sinifləri
əhatə edən liseylərə çevriləcəyini
nəzərə alaraq,
bu təhsil müəssisələrində 2010-2011-ci dərs ilindən etibarən I siniflərə
şagird qəbulunu dayandırsınlar, həmin
siniflərin yaxınlıqda
yerləşən digər
məktəblərdə açılması
və aidiyyəti müəllimlərin müvafiq
qaydada işlə təmin olunması istiqamətində tədbirlər
görsünlər.
3.2. Qeyd olunan təhsil müəssisələrində xüsusi istedadlı şagirdlər üçün
V sinif açılması
barədə valideynlər
arasında məlumatlandırma
xarakterli işlər aparılmasını, yerli
qəzetlərdə və
digər informasiya vasitələrində elanlar
verilməsini təmin
etsinlər.
3.3. Nəzərdə
tutulmuş V sinfə şagird qəbulunu həyata keçirmək məqsədilə təcrübəli
təhsil işçilərindən
ibarət müsabiqə
komissiyası yaratsınlar,
həmin sinifdə bütün fənləri,
xüsusilə də ana dili, riyaziyyat,
Azərbaycan tarixi, xarici dil fənlərini
nüfuzlu və yüksək peşəkarlıga
malik müəllimlərin
tədris etmələrinə
nail olsunlar.
3.4. Cari il avqustun
sonunadək şagirdlərin
və müəllimlərin
seçilməsi, habelə
həmin V sinfin komplektləşdirilib məktəbdaxili
əmrlə rəsmiləşdirilməsini
başa çatdırsınlar.
3.5. Şagirdlərin
seçimini aparan müsabiqə komissiyasının
iş qrafikini hazırlayıb iyul ayının 30-dan gec olmayaraq nazirliyə təqdim etsinlər.
4. Nazirlik Aparatının rəhbəri (İ.Pirməmmədov),
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov) istedadlı
şagirdlər üçün
V siniflərin açılması
ilə bağlı zəruri tədbirlərin
həyata keçirilməsində
qeyd olunan şəhər və rayonların təhsil orqanlarına yaxından əməli kömək göstərsinlər, müsabiqə
komissiyalarının işində
iştirak etmək məqsədilə nazirliyin
əməkdaşlarının və digər mütəxəssislərin yerlərə
ezam olunmasını nəzərdə tutsunlar.
5. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsi (F.Qədirov)
həmin V siniflərdə
dərs deyəcək
müəllimlərin xüsusi
testlər vasitəsilə
seçilməsini təmin
etsin.
6. Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) şagirdlərin
seçiminin obyektiv və psixoloji-metodiki əsasda aparılması üçün 1 ay müddətinə
bir neçə variantda ana dili,
riyaziyyat fənlərindən,
eləcə də məntiqi xarakterli nümunəvi testlər hazırlayıb təqdim etsin.
7. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov)
qeyd olunan məktəblərin növbəti
dərs ilindən
"Elektron məktəb"
layihəsinə daxil edilməsini nəzərdə
tutsun, bu müəssisələrin İKT avadanlığına ehtiyacını
müəyyənləşdirib ödənilməsi istiqamətində
tədbirlər görsün.
8. Nəzərə alınsın
ki, göstərilən
təhsil müəssisələri
TSİİL çərçivəsində
pilot məktəblər siyahısına
daxil olunmuşdur və onların təmirlə bağlı
ehtiyaclarının aradan
qaldırılması, eləcə
də idarəetmənin
və kitabxanaların
fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində zəruri
tədbirlər həyata
keçiriləcəkdir.
9. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) qeyd olunan müəssisələrdə
istedadlı uşaqlarla
işin təşkili
məsələlərinə aid eksperiment və tədqiqatların aparılmasını
təmin etsin, həmin V siniflər üçün "Nitq mədəniyyəti" və
"Məntiq" kurslarının
(həftədə 1 saat)
nümunəvi proqramlarını,
habelə əmək hazırlığı üzrə
bütün təhsilalanlar
üçün zəruri
hesab olunan həyati bacarıqları
əhatə edən fənn proqramını 1
ay müddətinə hazırlayıb
nazirliyə təqdim etsin.
10. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını
təmin etsin.
11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
22 iyun 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.2.