Tədbirlər planının təsdiqi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 30.08.2005-ci il tarixli, 982 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Gəncliyi Dövlət Proqramı" nda nəzərdə tutulmuş bəzi tədbirlərin icrasını daha dolğun təmin etmək məqsədilə 

 

ƏMR EDİRƏM:

 

1. "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın icrası ilə bağlı 2010-2012-ci illər üçün Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər Planının icrasına məsul qurumlar hər ilin noyabr ayında görülmüş işlər haqqında rəhbərliyə məlumat təqdim etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

24 iyun 2010-cu il

 

 

Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.2.