"Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən
yaxşı müəllim"
müsabiqələri başa
çatdı
İyunun 21-də Təhsil
Nazirliyində "Ən
yaxşı ümumtəhsil
məktəbi" və
"Ən yaxşı
müəllim" müsabiqələrinin
Təşkilat Komitəsinin
yekun iclası oldu.
Hər iki müsabiqənin
nəticələrinə həsr
olunmuş iclası açan təhsil naziri, Təşkilat Komitəsinin sədri Misir Mərdanov son üç ildə sözügedən müsabiqələrin
uğurla keçirildiyini
diqqətə çatdırıb,
bu il də
həmin işin öhdəsindən layiqincə
gəldiklərinə, müəyyən
olunmuş qaydaya əsasən 47 məktəb
və 95 nəfər müəllimin müsabiqələrin
qalibi kimi seçilməsi prosesinin obyektivlik və şəffaflıq şəraitində
həyata keçirilməsinə
görə Təşkilat
Komitəsinin üzvlərinə
təşəkkürünü bildirdi və onların bir neçəsinin adını
xüsusi qeyd edib, zəhmətlərini
yüksək qiymətləndirdi.
3 il ərzində müsabiqələrin Təşkilat Komitəsi tərəfindən ədalətlə keçirildiyini söyləyən təhsil naziri buna baxmayaraq qiymətləndirmədə obyektivliyin tam təmin olunması üçün növbəti ildən müsabiqədə çoxluq təşkil edən ibtidai sinif və xarici dil müəllimlərinin dərslərinin müxtəlif məktəblərdə ayrı-ayrı ekspert qrupları tərəfindən deyil, eyni ekspert qrupu tərəfindən dinlənilib qiymətləndirilməsini təklif etdi. Ümumi fikrə əsasən irəli sürülən təklif Təşkilat Komitəsinin digər üzvləri tərəfindən də müdafiə olundu və növbəti ildən nəinki ibtidai sinif və ingilis dili müəllimlərinə, digər fənləri təmsil edənlərə də şamil olunması məqsədəuyğun sayıldı. Təhsil naziri Misir Mərdanov həmin ekspertlərin seçilməsi barədə də öz fikirlərini açıqladı, onların ciddi seçim əsasında müəyyənləşdirilməsinin və irəli sürülən təkliflərə əsasən xüsusi treninqlərdən keçirilməsinin məqsədəuyğun olduğunu söylədi.
Sonra təhsil naziri bir neçə aydan bəri davam edən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin yekunlarını, seçimlə bağlı bəzi məqamları diqqətə çatdırdı.
Nazir öncə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin yekunları haqqında məlumat verdi. Bildirdi ki, müsabiqədə iştirak üçün respublikanın əksər bölgələrini təmsil edən 123 məktəb Təşkilat Komitəsinə müraciət etmişdir. Onlardan 49-u (57 faiz) Bakı şəhərinin məktəbləri olmuşdur. Builki müsabiqədə Təhsil Nazirliyi nəzdindəki ümumtəhsil müəssisələrindən yalnız respublika incəsənət gimnaziyası iştirak etmiş, qalan 73 məktəb isə 34 kənd rayonunu (65 məktəb) və 3 şəhəri (8 məktəb) təmsil etmişdir.
Nazir diqqətə çatdırdı ki, müsabiqədə iştirak üçün İsmayıllı, Yevlax, Ağstafa, Ağsu rayonlarının hər birindən 4, Sumqayıt və Şirvan şəhərlərinin, Cəlilabad, Tovuz, Masallı, Hacıqabul, Kürdəmir, Quba rayonlarının hər birindən 3, Gəncə şəhərinin, Qubadlı, Qazax, Qəbələ, Göyçay, Neftçala, Ucar, Saatlı rayonlarının hər birindən 2, 17 rayondan (Şamaxı, Qax, Şəmkir, Samux, Beyləqan, Lənkəran, Xaçmaz, Salyan, Şəki, Bərdə, Ağcabədi, Abşeron, Goranboy, Göygöl, Qusar, İmişli, Sabirabad) 1 məktəb müraciət etmişdir.
123 məktəbin təqdim etdiyi sənədlər ekspertizadan keçirildikdən sonra 96 məktəbin müsabiqənin II mərhələsinə buraxılması nəzərdə tutulmuşdur ki, onlardan da 47-si Bakı şəhərinin, 4-ü İsmayıllı rayonunun, hər birindən 3 olmaqla Sumqayıt və Şirvan şəhərlərinin, Quba, Hacıqabul, Ağstafa rayonlarının, hər birindən 2 olmaqla Gəncə şəhəri, Tovuz, Qəbələ, Ucar, Qazax, Kürdəmir, Qubadlı rayonlarının və hər birindən 1 olmaqla 15 rayonun (Şamaxı, Qax, Şəmkir, Yevlax, Lənkəran, Salyan, Masallı, Göyçay, Bərdə, Goranboy, Neftçala, Qusar, İmişli, Saatlı, Cəlilabad) məktəbləri və respublika incəsənət gimnaziyası olmuşdur. O da qeyd olundu ki, müəyyən nöqsanlara görə direktorları cəza almış Bakı şəhəri 94 və 151 nömrəli məktəblər ekspertizadan keçsələr də Təşkilat Komitəsi onların müsabiqənin II mərhələsində iştirakını məqsədəuyğun bilməmiş və beləliklə də II mərhələyə 94 məktəb buraxılmışdır.
Müsabiqənin hər üç mərhələsinin yekununa görə, 47 məktəbin qalib hesab edildiyini söyləyən təhsil naziri onlardan 28-nin Bakı şəhərinin, 4-nün İsmayıllı rayonunun, 3-nün Sumqayıt şəhərinin, 3-nün Şirvan şəhərinin hər birindən 1 məktəb olmaqla Gəncə şəhərinin, Qəbələ, Ucar, Göyçay, Qax, Tovuz, Şəmkir, Quba rayonlarının məktəbləri və respublika incəsənət gimnaziyası olduğunu bildirdi.
İclasda habelə qaliblərin siyahısında toplanmış
ballara görə ilk
10 yeri tutan məktəblərin adları
açıqlandı, qalib
məktəblərin ayrı-ayrı
mərhələlərdə göstərdiyi nəticələr
diqqətə çatdırıldı. Qeyd olundu ki, II mərhələdə
Sumqayıt şəhərindən
18, 21, 25 nömrəli məktəblər,
Bakı şəhərinin
169, 7, 5, 258, 49, 225, 304, 80, 213, 62 nömrəli
məktəbləri, Qəbələ
şəhər 1 nömrəli,
Ucar şəhər 1
nömrəli məktəbləri
fərqlənmişlər. Müsabiqənin III mərhələsində,
yəni məktəb direktorlarının təqdimatı
mərhələsində isə
ən yüksək nəticəni Sumqayıt şəhəri
25 nömrəli məktəbin
direktoru Əvəz Mahmudov, Bakı şəhəri 225 nömrəli
məktəbin direktoru
Sevda Eminova, İsmayıllı şəhər
5 nömrəli
məktəbin direktoru
Fərman Bəşirov
və həmin rayonun - Culyan kənd orta məktəbinin direktoru Eyvaz Mürsəlov göstərmiş, onların
hər birinin təqdimatı 10 balla qiymətləndirilmişdir.
Nazir dedi ki, Bakı şəhərinin
5, 7, 95, 149, 164, 177, Gəncə şəhərinin 26, Sumqayıt
şəhərinin 18, 21, Şirvan
şəhərinin 18, Göyçay
rayonunun 1 nömrəli,
İsmayıllı rayonunun
Mican və Təzəkənd, Hacıqabul
rayonunun Rəncbər,
Tovuz rayonunun Bozalqanlı kənd orta məktəblərinin
direktorlarının təqdimatları
da maraqla qarşılanmış və
onlara yüksək bal
verilmişdir.
İsmayıllı rayonundan (4 məktəb), Sumqayıt və Şirvan şəhərlərindən (hər birindən 3 məktəb) təqdim edilmiş məktəblərin hər birinin müsabiqənin qalibi adını qazanmasını nazir müsbət hal kimi qiymətləndirdi.
O da qeyd olundu ki, Bakı şəhərinin bir sıra məktəbləri (234, 281, 157, 13 və s.), Göygöl, Şəki, Xaçmaz, Şəki rayonlarının məktəbləri müsabiqədə zəif iştirak etmişlər. Nazir, eyni zamanda builki müsabiqədə Mingəçevir və Naftalan şəhərlərindən, Ağdaş, Astara, Balakən, Biləsuvar, Oğuz, Qobustan, Daşkəsən, Şabran, Zaqatala, Zərdab, Yardımlı, Gədəbəy, Lerik, Tərtər, Siyəzən rayonlarından iştirak üçün müraciət edən məktəblərin olmamasını təəssüf doğuran hal sayıb, bu barədə düşünmək lazım gəldiyini söylədi.
Daha sonra təhsil naziri Misir Mərdanov
"Ən yaxşı
müəllim" müsabiqəsi
üzrə bəzi məlumatları diqqətə
çatdırdı. Bildirdi ki, müsabiqədə iştirak üçün
460 nəfər müəllim
sənəd təqdim
etmiş, müsabiqə
şərtlərinə uyğun
gəlmədiyi üçün
9 nəfərin sənədləri
qəbul edilməmiş,
nəticədə 451 nəfərin
sənədləri ekspertizadan
keçirilmişdir.
Məlumat verildi ki, ekspertizanın nəticələrinə görə,
203 müəllim növbəti
mərhələdə iştirak
etmək hüququ qazanmış, digərləri
isə keçid balı toplaya
bilməmişdir. 3 nəfər isə obyektiv səbəblərdən
müsabiqənin ikinci mərhələsinə
gəlməmişdir.
Təhsil naziri çıxışında
müsabiqə iştirakçılarının
fənlər üzrə
tərkibini də açıqladı. Bildirdi ki, ikinci mərhələnin 200 iştirakçısından
47-si ibtidai sinif,
40-ı ingilis dili,
19-u tarix, 17-si Azərbaycan
dili və ədəbiyyat, 15-i riyaziyyat,
12-si coğrafiya, 9-u biologiya,
8-i fizika, 7-si informatika,
7-si rus dili (rus bölməsi), 6-sı
kimya, 5-i fiziki tərbiyə, 3-ü alman
dili, 1-i əmək hazırlığı, 1-i fransız
dili, 1-i musiqi, 1-i rus dili (Azərbaycan
bölməsi), 1-i təsviri
incəsənət müəllimi
olmuşdur.
Təhsil naziri müsabiqənin ikinci mərhələsinin gedişi
barədə də məlumat verərək qeyd etdi ki,
bu mərhələdə
müəllimlərin sınaq
dərslərinin təşkili
üçün Bakı
şəhərində 26 məktəb
müəyyənləşdirilmiş, böyük əksəriyyətinin
tərkibi 3 nəfərdən
ibarət olmaqla fənn komissiyaları yaradılmışdır. Müsabiqənin
ikinci mərhələsi
2010-cu il aprelin 20-də başlanıb
23-də yekunlaşdırılmış,
hər bir sınaq dərsi videolentə alınmış,
dərs bitdikdən dərhal sonra müzakirə olunub qiymətləndirilmişdir.
Nazir bildirdi ki, müsabiqənin
üçüncü mərhələsində
üzrlü səbəbdən
iki nəfər iştirak edə bilməmiş, yekun mərhələdə 198 müəllimin
təqdimatı dinlənilib
qiymətləndirilmişdir. Yekunda hər üç mərhələnin balları
əsasında yekun bal çıxarılmış
və ən yüksək nəticə
göstərən 95 nəfər
müəllim qalib hesab olunmuşdur.
Qaliblərdən 50-si (52,63 faiz)
Bakı şəhərinin,
18-i nazirlik nəzdindəki,
8-i Sumqayıt şəhərinin,
3-ü İsmayıllı, 2-si Qazax rayonunun, 2-si BSU nəzdindəki humanitar liseyin və hər birindən 1 nəfər olmaqla Mingəçevir şəhəri,
Abşeron, Ağsu, Bərdə, Füzuli, Hacıqabul, Kürdəmir,
Laçın, Şəmkir,
Siyəzən, Tovuz, Xaçmaz rayon məktəblərini
təmsil edir. Onlardan 27-si ibtidai sinif, 19-u ingilis dili, 8-i tarix, 7-si Azərbaycan dili və ədəbiyyat,
6-sı fizika, hər birindən 4 nəfər olmaqla coğrafiya, fiziki tərbiyə, informatika, kimya, riyaziyyat, 3-ü biologiya,
2-si rus dili və ədəbiyyat, hər birindən bir nəfər olmaqla əmək hazırlığı, fransız
dili və təsviri incəsənət
müəllimləridir.
Nazir habelə sınaq dərsləri və təqdimatları ən yüksək balla qiymətləndirilmiş müəllimlərin
adlarını çəkdi,
bəzi digər məqamlara da toxundu.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.1, 3.