Növbəti xarici səfər: müqavilələr, görüşlər

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov bu yaxınlarda Latviyada xidməti ezamiyyədə olmuşdur. Əməkdaşımız səfərlə əlaqədar professor Asəf Zamanovdan müsahibə almışdır. Həmin müsahibədən bəzi məqamları dərc etməyi məqsədəuyğun saydıq.

 

- Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasət, fəaliyyətin bütün sahələrində olduğu kimi, elm təhsil sahəsində özünü göstərir. Elm ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin davamlı inkişafı, Azərbaycan alimlərinin dünyanın ən nüfuzlu elm təhsil mərkəzlərinin təşkil etdikləri beynəlxalq elmi konfranslarda, simpoziumlarda, qurultaylarda iştirakı məhz həmin bu siyasətin böyük uğurlarındandır. Biz bir ali məktəb olaraq beynəlxalq əməkdaşlığı fəaliyyətimizin prioritet istiqamətlərindən hesab edirik.

Təhsil naziri, professor Misir Mərdanovun məsləhətləri və tapşırığı əsasında Latviyanın müvafiq ali təhsil müəssisələri ilə də əməkdaşlıq imkanlarını araşdırmışıq. Qeyd edim ki, informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə tədris prosesinin təşkili (distant təhsil) sahəsində Latviyanın aparıcı ali məktəblərinin xeyli təcrübəsi var. Onlardan biriRiqa Texniki Universitetidir. Adıçəkilən universitetin rektoru, akademik İvars Knetsmüvafiq mütəxəssisləri ilə bizim institutda ixtisasartırmanın və təkmilləşdirmənin distant yolla da həyata keçirilməsinə dair məsələləri müzakirə etdik. Yaxın gələcəkdə bu layihəni reallaşdırmağı planlaşdırırıq.

Sosial iş və menecment ixtisasları üzrə mütəxəssislər hazırlamaq, müxtəlif beynəlxalq təhsil proqramları və layihələri çərçivəsində, müəllimlərin peşə fəaliyyətində ixtisaslarının artırılması sahəsində, elmi-tədqiqat və təhsil fəaliyyəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə olan maraqlarımızı nəzərə alaraq Latviyanın Sosial iş və Sosial Pedaqogika Ali Məktəbi ilə əməkdaşlığa dair həmin təhsil müəssisəsinin rektoru, professor Ayna Vilçinya ilə müqavilə imzaladıq.

Sosial statusundan, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir insanın sosial qəyyumluğa ehtiyacı var. Bu sosial qəyyumluq yaşlanmaya sağlamlığın funksional pozulması səbəbindən insanın özünə sosial təminatında obyektiv çətinliklər yaradır. Sosial qəyyumluq evdə, pasiyentin yaşayış yerində  s. göstərilə bilər. Sosial qəyyumluq üzrə mütəxəssisin pasiyenti yaşlı, fiziki imkanları məhdud, əqli zəif insanlar, həmçinin uşaqlar ola bilər.

Sosial qəyyumluq üzrə mütəxəssisə  bütün ölkələrdə ehtiyac vardır. Bu sahədə peşəkar fəaliyyət göstərən mütəxəssislərin hazırlanması Təhsil Nazirliyi tərəfindən bizim instituta həvalə edilib. Biz də göstərilən etimadı doğrultmaq üçün bu sahədə dünya təcrübəsini öyrənməyi və uğurla tətbiq etməyi qarşımıza məqsəd qoymuşuq. Sosial Sosial Pedaqogika Ali Məktəbi  "ATTİSTİBA" ilə əməkdaşlığımızın əsas məqsədlərindən biribudur. Bu ali məktəb təhsil prosesinin təşkilində unikalmüasir yanaşmalardan istifadə edərək əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması sahəsində 20 illik təcrübəyə malikdir.

Müqavilə əsasında tərəflər elmi-pedaqoji kadr potensialı, həmçinin maddi-texniki bazalarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik məsləhət və informasiya, pedaqoji kadrların ixtisaslarının artırılması, sosial işçi ixtisası üzrə yenidənhazırlanma təhsilinin həyata keçirilməsi sahəsində, Azərbaycanda və Latviyada beynəlxalq konfransların, simpoziumların, treninqlərin təşkili, təhsil sahəsində rəhbər kadrların təlimi və ixtisaslarının artırılması, yeni pedaqoji texnologiyaların tətbiqi, müxtəlif beynəlxalq təşkilatların maliyyə köməyi ilə təhsil layihələrinin reallaşdırılmasında birgə iştirak edəcəklər.

2010-cu ilin oktyabr ayında Bakıda Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan və Belarusun müvafiq ali məktəblərinin təşkilatçılığı ilə "İnnovasiya, inkişaf, keyfiyyət" mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda bu ali məktəbin rəhbərliyi və mütəxəssisləri də iştirak edəcəklər. Qeyd etmək yerinə düşər ki, bu müqavilə beynəlxalq əməkdaşlığı öz fəaliyyətində mühüm istiqamətlərdən hesab edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun son iki il ərzində imzaladığı onuncu müqavilədir. Belə ki, 2008-ci ildən Ukrayna, Rusiya, Belarus və Fransanın doqquz ali təhsil müəssisəsi ilə əməkdaşlığa dair müqavilələr imzalamışıq.

Səfərimizin əsas məqsədlərindən biri də Kompozit materiallar mexanikası üzrə XVI Beynəlxalq elmi konfransın təşkilat komitəsinin sədri, akademik V.P.Tamujun dəvəti əsasında adıçəkilən beynəlxalq konfransda iştirak etmək idi. Kompozit materiallar mexanikasının aktual problemlərinə həsr edilmiş, dünyanın 26 ölkəsindən 150-yə qədər görkəmli alimlərin iştirak etdiyi beynəlxalq konfransın 6 bölməsindən birinə - "Kompozit strukturlar"a rəhbərlik mənə həvalə olunmuşdu. Elmi rəhbərlik etdiyim aspirantlarla (doktorantlarla) birgə son vaxtlar aldığımız elmi nəticələr əsasında konfransda 2 məruzə ilə çıxış etdim.

Həmçinin AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun tövsiyəsi əsasında Latviyanın Elmlər Akademiyasının prezidenti, akademik Yuris Ekmanis ilə elmi əməkdaşlığa dair məsələləri də müzakirə etdik. Bundan sonra da elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi sahəsində bütün mövcud imkanlardan maksimum istifadə edəcəyik.

 

Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.7.