"Heydər Əliyev siyasəti
və vətəndaş mövqeyinə dövlət
qayğısı"
İyunun 22-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) "Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı" mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə institutun professor-müəllim heyəti, BDU-nun Sosiologiya kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, ADPU-nun Ümumi tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Vəli Əliyev və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açaraq, dahi şəxsiyyətin müasir Azərbaycan dövlətinin yaranmasında və dünya ölkələri içərisində tanınmasında göstərdiyi misilsiz xidmətlərindən danışdı. Qeyd edildi ki, müstəqilliyimizin ilk illərində yaranmış xaos və hərc-mərclik dövlətimizi məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Belə bir şəraitdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müdrik siyasəti və qəti tədbirləri sayəsində dövləti məhv olmaq təhlükəsindən xilas etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir siyasətçidir. Böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev nəinki xalqımızın, bütün dünya xalqlarının qəlbində daim yaşayacaqdır.
Sonra söz professor İzzət
Rüstəmova verildi. O, Heydər
Əliyevin rəhbərliyi
altında çalışdığını
və ulu öndərlə dünyanın
bir çox ölkələrində olduğunu
vurğulayaraq, xatirələrini
tədbir iştirakçıları
ilə bölüşdü.
Heydər Əliyevin dünyada
böyük nüfuza
və hörmətə
malik olduğunu qeyd edən İ.Rüstəmov onunla hər bir azərbaycanlının
fəxr etdiyini bildirdi. Dövlətimizin durmadan artan
uğurlarının qazanılmasında
ümummilli liderin xidmətlərini yüksək
qiymətləndirdi. Bu
gün möhtərəm
Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir.
Tədbirdə çıxış edən
professor Vəli Əliyev
dövlətçilik tarixindən
danışdı. O, Heydər
Əliyevi müasir Azərbaycanımızın qurucusu
olduğunu və onun ideyaları əsasında formalaşan
dövlətimizin sürətlə
inkişaf etdiyini bildirdi. Ömrünü Vətəninə və dövlətinə həsr
edən ulu öndərin bütün
sahələrə olduğu
kimi, təhsil sahəsinə verdiyi töhfələrdən danışan
natiq, Heydər Əliyevin elm adamlarına
və təhsil işçilərinə göstərdiyi
diqqət və qayğını yüksək
qiymətləndirdi
Digər çıxış edənlər
ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən və
azərbaycançılıq ideyalarından danışdılar.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.10.