Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.

 

I. Açıq tender aşağıdakı 27 lot üzrə keçirilir.

II.  Tenderdə nəşr və çap sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı olan nəşriyyat-poliqrafiya müəssisələri (müəllif və ya müəlliflər qrupu ilə birlikdə) iştirak edə bilərlər.

III. Tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və qiymətləndirilmə meyarları «Əsas şərtlər toplusu»nda öz əksini tapır.

IV.  Tenderdə İddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən 27.07.2010-cu il tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidir:

Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

 İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

Dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti;

Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında Şəhadətnaməsinin notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti;

Nizamnaməsinin (Əsasnaməsinin) notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti.

Vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış (sənədlərin təqdim edildiyi tarixə);

Son bir ildəki maliyyə dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

Son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş balansı (forma ¹2 ilə birlikdə) və ya vergi bəyannaməsi.

 Nəşr və çap işləri sahəsindəki təcrübəsi barədə məlumat.

Sənədlər təqdim olunan vaxta Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı.

Nəşriyyatın (mətbəənin) işçiləri, avadanlıqları və çap maşınları haqqında məlumat.

Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat.

İşin icrası ilə bağlı subpodratçı qismində başqa mətbəələrdən istifadə olunub- olunmayacağı barədə məlumat. Əgər istifadə olunacaqsa həmin mətbəə ilə tender iştirakçısı arasında bağlanmış müqavilənin (və ya hüquqi sənədin) təsdiq olunmuş surəti əlavə olunur.

 

Qeyd: İddiaçı təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.       

V.        Tenderdə iştirak haqqı aşağıdakı kimi müəyyən edilmişdir:

I         lot üzrə - 765 manat (yeddi yüz altmış beş manat)

II        lot üzrə - 815 manat (səkkiz yüz on beş manat)

III       lot üzrə - 85 manat (səksən beş manat)

IV       lot üzrə - 150 manat (yüz əlli manat)

V         lot üzrə - 70 manat (yetmiş manat)

VI       lot üzrə - 50 manat (əlli manat)

VII      lot üzrə - 775 manat (yeddi yüz yetmiş beş manat)

VIII     lot üzrə - 570 manat (beş yüz yetmiş manat)

IX        lot üzrə - 775 manat (yeddi yüz yetmiş beş manat)

X         lot üzrə - 70 manat (yetmiş manat)

XI        lot üzrə - 130 manat (yüz otuz manat)

XII      lot üzrə - 55 manat (əlli beş manat)

XIII     lot üzrə - 55 manat       (əlli beş manat)

XIV     lot üzrə - 840 manat (səkkiz yüz qırx manat)

XV      lot üzrə - 1000 manat (min manat)

XVI     lot üzrə - 95 manat (doxsan beş manat)

XVII    lot üzrə - 145 manat (yüz qırx beş manat)

XVIII   lot üzrə - 80 manat (səksən manat)

XIX     lot üzrə - 45 manat (qırx beş manat)

XX       lot üzrə - 815 manat (səkkiz yüz on beş manat)

XXI     lot üzrə - 1050 manat (min əlli manat)

XXII    lot üzrə - 45 manat (qırx beş manat)

XXIII   lot üzrə - 845 manat (səkkiz yüz qırx beş manat)

XXIV   lot üzrə - 1285 manat (min iki yüz səksən beş manat)

XXV     lot üzrə - 115 manat (yüz on beş manat)

XXVI    lot üzrə - 105 manat (yüz beş manat)

XXVII   lot üzrə - 50 manat (əlli manat)

 

Tenderin «Əsas şərtlər toplusu» tenderdə iştirak edəcəyi hər bir lot üzrə müəyyən edilmiş məbləğdə iştirak haqqı ödəyən iddiaçıya veriləcəkdir.

 

 İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

 

Bakı şəhəri, Az 1008, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, Beynəlxalq Bankın Mərkəzi Filialı, VÖEN: 9900001881, Kod 805722, Müxbir hesabı 0137010002944, S.W.I.F.T. - Bik IBAZAZ 2 X, MN-DXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi, VÖEN: 1700986181,

Hesab ¹ 33205019449328518204

Qeyd: İştirakçıların iddiaçı statusu almaq üçün tender keçirənə ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.

VI. İddiaçılar tender elanında və ya «Əsas şərtlər toplusu»nda göstərilən bütün lotlar və ya hər lot üzrə yalnız bir təklif verə bilər. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir və həmin lot üzrə təqdim olunan tender təklifləri (texniki və maliyyə təklifi) olan zərflər (bağlamalar) açılmır.

VII.Hər bir lot üzrə vahid tender təklifi təqdim olunmalıdır: Buna məzmun (keyfiyyət) və maliyyə qiymətləndirilməsi üçün verilən tender təklifləri daxildir:  

- İddiaçı iştirak etdiyi hər bir lot üzrə təklifin təqdimat vərəqəsi ilə birlikdə hazırladığı dərsliyin son çap versiyasını özündə əks etdirən tam həcmdə rəngli maketini 5 (beş) nüsxədə (termoyapışqanla cildlənmiş şəkildə), dərsliklərin mətn və üz (cild) kağızlarının keyfiyyətini, cildləmə üslubunu, formatını, ümumi həcmini nümayiş etdirən hazır boş modelini 1 (bir) nüsxədə təqdim etməlidir.

-  Dərsliyin rus dilinə olan tərcüməsi isə son çap versiyasını özündə əks etdirən 1 (bir) çap vərəqi həcmində (formata müvafiq olaraq 16 və ya 8 səhifə, cildi ilə birlikdə) olan mətn şəklində və rəngli maketi 1 (bir) nüsxədə təqdim olunmalıdır. Hər bir lot üzrə təqdim olunan dərsliyin maket və modelləri (Azərbaycan və rus dillərində) bir bağlamada (zərfdə və ya qutuda) təqdim olunur.

- Bağlamanın (zərfin) üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lot nömrəsi qeyd olunmalı, bağlandıqdan (yapışdırıldıqdan) sonra iddiaçı tərəfindən imzalanmalı və möhürlənməlidir.

- Dərsliklərin üzərində və içərisində iddiaçının və ya müəlliflərin adını açıqlayan hər hansı bir məlumat və ya müəllifin soyadı və adının qeyd olunacağı yerə işarəetmə, qeyd və digər şərti işarə olmamalıdır. Təqdim olunan komplektlərin cildləri plyonkasız və laminasiyasız olmalıdır.

- Dərsliklərin cildinin son səhifəsində pulsuz sözü yazılmalıdır.

Qeyd: Yalnız boş modellərin üzərinə onun hansı lota aid olduğunu bildirən, texniki şərtləri əks etdirən yarlıq (etiket) vurulmalı və onların bloku sap-tikişlə olmalı, üzlüyü (cildi) isə termoyapışqanla bərkidilərək laminasiya edilməlidir.

- İddiaçı iştirak etdiyi hər bir lot üzrə dərsliyə dair qiymət təklifini (maliyyə təklifini), təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 2%-i həcmində olan bank təminatını, «Dövlət satınalmaları haqqında» Qanunun və «Əsas şərtlər toplusu»nun tələblərinə uyğun hazırlayaraq bir ədəd «Əsli» və bir ədəd «Surəti» olmaqla ayrı-ayrı zərflərə qoyur və həmin zərfləri isə digər bir zərfə qoyaraq təqdim edir. Hər bir zərf iddiaçı tərəfindən imzalanmalı, möhürlənməli, üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lot nömrəsi qeyd olunmalıdır.

- Qiymət (maliyyə) təklifinin dəyərinə dərsliyin hazırlanması, nəşr və çap xərcləri, bütün poliqrafik materialların dəyəri, hazır məhsulun müəyyən edilmiş təyinat məntəqəsinə təhvil verilməsi, sığorta, müəllif (müəlliflər) və elmi redaktorun qonorarı, mövcud qanunvericiliyə uyğun olaraq bütün vergilər, rüsumlar, eləcə də Dövlət Sosial Müdafiə Fonduna ödəniş və s. xərclər daxildir.

- Verilən təklifdə (maliyyə təklifində) bütün rəqəmlər (və ya təklifin ümumi məbləği) həm də sözlə yazılmalıdır. Tələb olunduğu təqdirdə hər bir lotun dəyərinə dair kalkulyasiya təqdim olunmalıdır.

- İddiaçının tender təklifinin qüvvədə olma müddəti zərflər (bağlamalar) açıldığı gündən sonra azı 30 bank günüdür.

- Qiymət təklifinin dəyərinin 2%-i həcmində olan bank təminatının (bu təminat səlahiyyətli bankdan olmalıdır) qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən 60 bank günü artıqdır.

 

VIII.Qiymətləndirilmə:

 

Dərsliklərin model və maketləri olan zərflər (bağlamalar), yəni texniki tender təklifi Tender komissiyasının iclasında açılır və sənədləşdirilir, kodlaşdırılır və məzmun (keyfiyyət) qiymətləndirilməsinə təqdim olunur. Qiymət təklifi (maliyyə təklifi) olan zərflər isə açılmadan saxlanılır.  

Məzmun (keyfiyyət) qiymətləndirilməsinin nəticələri Tender Komissiyasının iclasında elan edilir və bundan sonra kodlar açılır. Yalnız keçid balını toplamış dərsliklərin maliyyə təklifi olan zərf (zərflər) açılır və sənədləşdirilir. Qiymət təklifləri Tender Komissiyası tərəfindən təhlil edilir.

Keçid balını toplamamış iddiaçıların tender təklifi rədd edilmiş sayılır və onlara bildiriş göndərilir.

IX. Məzmun (keyfiyyət) üzrə tələb olunan keçid balını toplamış iddiaçılardan ən sərfəli (ən aşağı) qiymət təklif edəni tenderin qalibi hesab edilir və bu barədə ona bildiriş göndərilir. Tenderdə dempinq (dəyərindən çox aşağı) qiymət verən iddiaçının təklifi qiymətləndirmədən kənarlaşdırılır. İddiaçının tenderə təqdim etdiyi maliyyə təklifində dempinq qiymətin verilməsi Tender komissiyası və komissiyanın bu işə cəlb etdiyi peşəkar qiymətləndiricilər (ekspertlər) tərəfindən malların ehtimal olunan qiyməti əsasında müəyyən edilir.

Satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin “Əsas şərtlər toplusu”na öz təşəbbüsü ilə və ya hər hansı iddiaçının sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin “Əsas şərtlər toplusu”nu almış bütün iddiaçılara göndərilir. Dəyişikliklər və əlavələr bütün iddiaçılar üçün məcburi qüvvəyə malikdir.   

X.İddiaçıların hər bir lot üzrə dərsliyin model və maketləri olan təklif (texniki təklifi) zərfləri (bağlamalar) və dərsliklərin qiymət təklifi (maliyyə təklifi) olan zərfləri birlikdə 28 fevral 2011-ci il saat 18:00 - dək Tender komissiyasına təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri qəbul edilmir.

Tender təklifləri (texniki təklif) olan zərflərin (bağlamaların) açılışı 01 mart 2011-ci il tarixdə, saat 15:00 – da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyində keçirilir

XI.Bütün tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır.

 

Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti 49, II mərtəbə, 206-jı otaq, Dərslik və nəşriyyat şöbəsi.

 

Əlaqə

tel: 496-34-97, 489-99-86;

Faks: (+99412) 496-93-29; 496-34-83,

http://www.edu.gov.az

e-mail: office@edu.gov.az

 

 

Tender Komissiyası

 

 Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.19.