Bağça 65 yetirməsini məktəbə
yola saldı
İyunun 10-da Bakının
yeddinci mikrorayonunda yerləşən 272 nömrəli körpələr
evi-uşaq bağçasında "Əlvida, bağça,
salam, məktəb" adlı mərasim keçirildi.
Bağçanın
bütün tərbiyəçi və uşaq kollektivinin,
valideynlərin və çoxlu qonağın
qatıldığı bayram şənliyi təkcə məzunların
məktəbə yola salınmasına həsr
olunmamışdı, həmin gün həm də tərbiyə
ocağı özünün 20 yaşını qeyd edirdi.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsindən və digər
bağçalardan gəlmiş qonaqlar əvvəlcə
bağçanı gəzib burada yaradılmış yüksək
təlim-tərbiyə şəraiti ilə
Bayram şənliyini
bağçanın müdiri, bacarıqlı məktəbəqədər
təhsil mütəxəssisi Şəfiqə Əliyeva
açaraq tədbir iştirakçılarını
salamladı, rəhbərlik etdiyi müəssisənin 20 illik
fəaliyyət yolundan, son illər təlim-tərbiyə
işlərinin keyfiyyətini yüksəltmək
üçün həyata keçirdikləri tədbirlərdən,
əldə etdikləri uğurlardan söz açdı.
Qeyd olundu ki, 1990-cı ildə
31 uşaq və bir neçə tərbiyəçi ilə fəaliyyətə
başlamış 272 nömrəli körpələr
evi-uşaq bağçasında hazırda 7 qrupda 150-dək
uşaq tərbiyə olunur və məktəb təliminə
hazırlanır. Bağçada bütün yaş
dövrlərini əhatə edən həm Azərbaycan, həm
də rus qrupları var. Müasir dövrdə məktəbəqədər
təhsilin qarşısında duran vəzifələri
yaxşı bilən tərbiyəçilər mövcud
proqramın tələblərini nəzərə almaqla
yaradıcı çalışır, məktəbəqədər
təhsil sistemindəki bütün yenilikləri və qabaqcıl
təcrübə nümunələrini öyrənib öz fəaliyyətlərində
tətbiq edirlər. Təlim-tərbiyə işində
qazandığı uğurlarına görə bağça,
onun rəhbərliyi və tərbiyəçilər Təhsil
Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin, digər qurumların 50 fəxri fərmanı
ilə mükafatlandırılıb. Bağça Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin bu ilin
may ayında Əl oyunları sarayında keçirdiyi "Təhsil,
zaman və biz" sərgisində zəngin mündəricəli
işi ilə paytaxtın məktəbəqədər təhsil
müəssisələrini yüksək səviyyədə təmsil edib.
Bu il 272 nömrəli körpələr evi-uşaq bağçasından 65 uşaq məktəbə gedəcək. Bayram şənliyini öz çıxışları ilə rövnəqləndirən də 3 məktəbəhazırlıq qrupunun məzunları olan həmin uşaqlar idi. Balaca istedadlar böyük məharətlə ifa etdikləri şeirlərlə, mahnı və rəqslərlə, göstərdikləri maraqlı səhnəciklərlə bağçada xeyli şey öyrəndiklərini, məktəbə getmək üçün artıq hazır olduqlarını nümayiş etdirdilər. Uşaqlar üçün çıxış etdikləri mahnı və rəqs nömrələrinə uyğun gözəl geyimlər hazırlanmışdı.
Məzunlar əvvəlcə Dövlət himnimizi ifa etdilər. Sonra
dövlətimizin atributlarına dair söylədikləri
şeirlərlə onları yaxşı
tanıdıqlarını sübut etdilər. Bir neçə
mahnı və rəqs nömrəsindən sonra meydana sinələrinə
müxtəlif rəqəmlər yazılmış uşaqlar
çıxdılar. Onların sıra ilə düzülməsindən
"1990-2010" ədədləri alındı. Bu,
onların qoynunda tərbiyə tapdıqları
bağçanın 20 yaşına işarə idi.
Balaca Əli müəllimə həsr edilmiş şeir dedi və əlindəki gül dəstəsini tərbiyəçisinə təqdim etdi. Hər üç qrupun tərbiyəçisi çıxış edib öz yetirmələrini məzun olmaları münasibəti ilə təbrik etdi, onlara məktəbdə yaxşı oxumağı arzuladı. Uşaqların elmin-biliyin faydasını artıq dərk etdikləri onların göstərdiyi kiçik bir səhnədən aydın oldu.
Tərbiyəçi Hicran
Bağırlı Cəfər Cabbarlının məşhur
"Ana" şeirini böyük məharətlə söylədi.
Arzu, Sevinc, digər uşaqlar bağçalarının 20
illiyi ilə əlaqədar kollektivin rəhbəri Şəfiqə
Əliyevanı, tərbiyəçilər Mehparə Əsədovanı,
Pəri Cəfərovanı, Cavahir Aşinovanı, Tatyana
Alimovanı, musiqi rəhbəri Mehriban Lətifovanı və
b. tərbrik etdilər, onları əsl ana kimi sevdiklərini
bildirdilər.
Mərasimin ən maraqlı
nömrələrindən biri üç valideyn arasında
"Kim uşağını məktəbə tez yola
salır" mövzusunda keçirilən yarış oldu.
Qalib valideynə hədiyyə təqdim olundu.
Beləcə, bayram mərasimi
balaca istedadların, onların tərbiyəçilərinin
bir-birindən maraqlı nömrələri ilə davam etdi və
iştirakçılara xoş anlar yaşatdı.
Bayram mərasimində bağçanın müdiri Şəfiqə Əliyevaya, nümunəvi işi ilə fərqlənən bir qrup tərbiyəçiyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri fərmanları təqdim olundu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Məktəbəqədər təhsil sektorunun müdiri Leyla İmanova kollektivi hər iki əlamətdar hadisə münasibəti ilə təbrik etdi. Tədbirin yüksək səviyyədə və maraqlı hazırlandığını, ümumiyyətlə bağçada aparılan tərbiyə, təlim işlərinin günün tələblərinə cavab verdiyini bildirən L.İmanova kollektivə minnətdarlıq edib gələcək fəaliyyətində daha böyük uğurlar arzuladı.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.13.