"Əlvida, bağça,
salam, məktəb"
Bakıdakı 175 nömrəli
uşaq bağçasında 6 qrupda 150-dən çox
uşaq tərbiyə
olunur. Onlardan 38-i
2010-2011-ci dərs ilində
ilk dəfə əlinə çanta alıb məktəbə gedəcək.
Bu münasibətlə iyunun 24-də tərbiyə
ocağında "Əlvida bağça, salam
məktəb"
adı altında tədbir
keçirildi. Tədbirdə Təhsil Nazirliyindən, yerli
icra hakimiyyətindən nümayəndələr, millət vəkilləri və
digər qonaqlar iştirak
edirdilər.
Tədbiri giriş
sözü ilə məktəbə hazırlıq
qrupunun tərbiyəçisi
Sevinc Behbudova açaraq balaca fidanları və onların valideynlərini təbrik etdi. Tədbir
iştirakçıları alqışlarla balacaları səhnəyə
dəvət etdilər. Fidan məzunlar bir-birindən
maraqlı rəqs nömrələri, səhnəciklər
göstərərək tədbiri unudulmaz xatirəyə
çevirdilər.
Tədbirdə iştirak
edən Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov balaca fidanları və onların valideynlərini təbrik etdi. Bu gözəl tədbirin yüksək səviyyədə
hazırlanmasına görə
tərbiyə ocağının
rəhbəri Zemfira xanıma və kollektivə təşəkkürünü
bildirdi.
Mərasimin sonunda balacalar "Əlvida bağça" şeiri
ilə tərbiyə ocağına əlvida dedilər.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.11.