"Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim"

 

Dünya təhsilinə inteqrasiya olunan bir zamanda, başqa fənn müəllimləri kimi, ədəbiyyat müəllimi öz fəaliyyətində dönüş yaratmalı, daha səmərəli metod, priyom, vasitələr tapmalıdır. Bunun ən optimal yolu yeni texnologiyalardan istifadədir. Qloballaşan təhsil əsrində bəlli olur ki, müəllim mütləq mənada yeganə bilik mənbəyi deyil; şagird subyektdir; ənənəvi təlimin faydalı tərəfləri yeni yanaşmalarla uzlaşdırılmalıdır... Bu istiqamətdə görüləsi işlərin elmi-metodik şərhini əks etdirən vəsaitə müəllimlərin böyük ehtiyacı vardır.  Orta məktəbdə çalışanların ehtiyacını ödəmək baxımından Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Soltan Hüseynoğlunun "Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim" (Bakı. 2009, 200 s.) müəllim üçün vəsaiti vaxtında çap olunmuş zəngin informasiyalı, orijinal təhlil şərh üslubunda yazılmış dəyərli bir əsərdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 noyabr 2009-cu il tarixli 1327 nömrəli əmri ilə müəllim üçün metodik vəsait kimi təsdiq olunmuş kitabın elmi redaktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri, əməkdar müəllim Aydın Əhmədov, rəyçilər Təhsil Nazirliyinin şöbə müdiri, filologiya elmləri namizədi, dosent Faiq Şahbazlı, TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin direktoru, dosent Ənvər Abbasovdur.

"Redaktordan" başlığı altında verilmiş hissədə islahata başlanan vaxtdan təhsildəki uğurlar problemlər ümumiləşdirilmiş, fəal/interaktiv dərsin məzmun quruluşundakı fərqlər vurğulanmışdır.

Dosent S.Hüseynoğlu kitabdakı yeganə fəsli belə adlandırıb: "Fəal/interaktiv təlim: mahiyyəti tətbiqi yolları". Mövcud pedaqoji-psixoloji ədəbiyyata, metodik tövsiyələrə əsaslanan müəllif bir çap vərəqi yarım hissədə (paraqrafda) fəal/interaktiv təlimin mahiyyətini təsvir, şərh etmiş, mübahisəli polemika doğuran məsələlərə aydınlıq gətirmişdir. Problem vəziyyətin yaradılması; dialoq əməkdaşlığın zəruriliyi; şagird-tədqiqatçı, müəllim-bələdçi; psixoloji dəstək: hörmət etibar kimi mövzuların şərhi öyrədicidir.

Bu baxımdan fəal dərsin mərhələləri ilə bağlı metodik şərhlər, mövcud mənbələrdəki fikirlərin təhlili kitabın elmi-praktik dəyərini təşkil edən tərəflərdəndir.

Ənənəvi təlim fəal/interaktiv təlim arasında fərqlərin açıqlanması, fəal/interaktiv dərsin başlıca xüsusiyyətləri təşkili məsələləri haqqında müəllimlərin metodik tövsiyələrə, nümunə dərslərinə böyük ehtiyac var.

Əsərin ikinci paraqrafında müəllif fəal/interaktiv dərsin başlıca xüsusiyyətləri təşkili məsələlərinə aydınlıq gətirmişdir.

Müəllimlərin ehtiyacını nəzərə alan dosent S.Hüseynoğlu fəal/interaktiv təlimin tətbiqi yollarını tərcümeyi-hal materiallarının öyrədilməsi, epik, lirik dramatik əsərlərin, icmal materialların tədrisi nümunələrində çox orijinal bir məzmunda işləmişdir.

Oxucu-müəllimlə canlı söhbət təsiri bağışlayan metodik vəsaitin sonluğu - "Nəticə əvəzi" zəngin məktəb təcrübəsi əsasında işlənmiş əsərin metodik epiloqu təsiri bağışlayır. Azərbaycan təhsilinin tarixi ənənələrinə söykənməklə müəllimin çağdaş dövrün dəyərlərindən istifadə edərək daha böyük nailiyyətlər qazanacağına dərin inam sonluğun sosial-pedaqoji dəyərini təmin edir.

 

 

Şamxəlil MƏMMƏDOV,

pedaqoji elmlər üzrə fəlsəfə doktoru,

 

Elman ƏBDÜLOV,

ADPU-nun dissertantı

 

Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.12.