Respublika baxış-müsabiqəsinə
yekun vuruldu
İyunun 24-də T.İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının Uşaq
Rəsm Qalereyasında
"Azərbaycanı sev
və öyrən"
mövzusunda turist-diyarşünaslıq
ekspedisiyasının respublika
baxış müsabiqəsi
keçirildi. Müsabiqəni keçirməkdə məqsəd
gənc nəslə doğma diyarı sevdirmək, onlara vətənpərvərlik hissləri
aşılamaq, məktəblilər
arasında turizm-diyarşünaslıq
işini təbliğ
etməkdən ibarətdir.
Tədbiri giriş
sözü ilə açan Respublika Gənc Turistlər və Diyarşünaslıq
Mərkəzinin direktoru
Alik Məmmədov məlumat verərək bildirdi ki, müsabiqə
7 bölmə üzrə
2 mərhələdə keçirilmişdir.
Bu bölmələr üzrə
final mərhələsinə 305-dən çox iş
təqdim edilmiş və onlardan 21 nəfəri qalib müəyyən edilmişdir.
Sonra Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələrlə
iş şöbəsinin
müdiri Ağababa İbrahimov çıxış
edərək təhsil
naziri Misir Mərdanovun salamını
və təbrikini qaliblərə çatdırdı.
A.İbrahimov belə müsabiqələrin
keçirilməsini təqdirəlayiq
hal kimi qiymətləndirərək qeyd
etdi ki, gənclərimizin Azərbaycanı
yaxından tanıması
və onun hər bir bölgəsi
haqqında ətraflı
məlumat əldə
etməsi vacib amillərdəndir. Qeyd edildi
ki, belə müsabiqələrin gələcəkdə
də keçirilməsi
qarşıda duran vəzifələrdən biridir.
Müxtəlif nominasiyalar üzrə I,
II, III yerləri tutmuş
qaliblər Təhsil Nazirliyinin diplom və hədiyyələri
ilə mükafatlandırıldılar.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.11.