Muzeydə "açıq dərs"
Tədris etdiyim Azərbaycan dili və
ədəbiyyat fənləri
üzrə tez-tez
"açıq dərs"lər
təşkil edirəm.
İnteraktiv təlim metodlarının
tələblərinə uyğun
olaraq tədris etdiyim mövzularda fəndaxili və fənlərarası əlaqələr
yaradıram.
Direktorun Azərbaycan
dili və ədəbiyyat müəllimlərinin
iştirakı ilə Azərbaycan dili fənnindən "Felin təsriflənməyən
formaları", ədəbiyyat
fənnindən F.Kərimzadənin
"Xudafərin körpüsü"
romanı, Ş.İ.Xətainin"
Dəhnamə" poeması,
"M.P.Vaqifin həyat
və yaradıcılığı"
mövzularında keçdiyim
"açıq dərs"lərdə
interaktiv təlim metodlarından istifadə etməklə yüksək nəticələr əldə
etmişəm. Dərslərimin bir-birinə bənzəməməsi
üçün müxtəlif
yanaşma üsullarından
istifadə etməyə
çalışıram. Səkkizinci sinifdə son "açıq
dərs"im Azərbaycanın
ilk xalq şairi S.Vurğunun ev-muzeyində
oldu. Dərsdə muzeyin əməkdaşları,
Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak
edirdilər. Şagirdləri "Vətən", "Xalq",
"Torpaq" adlı
qruplara bölərək,
dərsin ilk mərhələsində
dahi şairin öz ifasında "Bahar" şeirini səsləndirdim. Sonra isə
klaster metodundan istifadə edərək şagirdlərə tapşırıq
verdim. Müəyyən
olunan vaxt bitdikdən sonra "Xalq" qrupunun lideri Aynurə Əliyeva sualları cavablandırdı. "Vətən" qrupundan Emin və Jalə
"Azərbaycan" şeirini
söylədilər. Şagirdlər
şeiri ifa etdikcə proyektorla Vətənimizin
gözəl mənzərələrini
nümayiş etdirdim.
Dərsin birinci mərhələsində
qrupları qiymətləndirib,
onlara BİBÖ cədvəli
təqdim etdim. Şairin həyat və yaradıcılığı
haqqında bildiklərini
və bilmək istədiklərini, öyrəndiklərini
yazmağı tapşırdım.
Bura şairin şeirlərinin,
həyatı haqqında
məlumatların, müasirlərinin
S.Vurğun haqqında
fikirlərinin, şair
haqqında xatirələrin
də aid olduğunu bildirdim. "Xalq"
qrupundan Sənanın
sazla ifa etdiyi həzin aşıq havasının
sədaları altında
Aynurə "Yadıma
düşdü" şeirini,
"Vətən" qrupundan
Aysel və Lalə şairin müharibə mövzusunda yazdığı
şeirini
söylədilər. "Torpaq" qrupundan Nərmin və Dilarə müasirlərinin
şair haqqında xatirələrini danışdılar.
Pərviz unudulmaz şairimizin adının əbədiləşdirilməsindən söz açdı.
Dərsin ikinci mərhələsində şagirdlərin
biliklərini qiymətləndirdim,
üçüncü mərhələdə
isə qruplara krossvordlar verdim. Şagirdlərin cavablarını qiymətləndirib, onlara şairin həyat və yaradıcılığından
bəhs edən testlər verdim. İKT vasitəsilə şairin sözlərinə
bəstələnmiş "Bir diyarın eşqinə" mahnısını
səsləndirdim. Şagirdlər musiqi sədaları altında testləri cavablandırdılar. Liderlərin təqdimatlarını
dinləyib, meyarlar üzrə şagirdləri
qiymətləndirdim. Dərsdə fəal iştirak edən qrupu elan etdim. Sonra şagirdlər S.Vurğunun
"Vaqif" mənzum
dramından bir parçaya tamaşa etdilər. S.Vurğun haqqında şagirdlərə
geniş məlumat verdim. Dərsi ulu öndərimiz Heydər Əliyevin
1996-cı il martın 7-də şairin
90 illik yubileyində söylədiyi sözlərlə
bitirdim: "Səməd
Vurğun böyük
şairdir. Şərq aləmində şair
həmişə ən
yüksək hörmətə
layiq olubdur. Azərbaycan dilini hər bir azərbaycanlı üçün doğma,
şirin, sevimli dil edibdir. Bu da S.Vurğunun
Azərbaycan xalqı qarşısında göstərdiyi
böyük xidmətlərdən
biridir".
Dərsin sonunda muzeyin əməkdaşları şagirdlərə
S.Vurğunun şeirlər
kitabını hədiyyə
edib, muzeydəki eksponatlar haqqında məlumat verdilər.
Təranə BAĞIROVA
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.12.