"Erməni genosidi"
mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycana və azərbaycanlılara
qarşı ermənilərin tarix boyu törətdiyi
soyqırımları, qəddarlıqları, qətliamları,
düşmənçiliyi tanıtmaq, böyüməkdə
olan uşaq və gənclərdə erməni terroruna, erməni
millətçiliyinə barışmaz münasibət
formalaşdırmaq məqsədilə
ƏMR EDİRƏM:
1.
Ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali məktəblərin
şagird və tələbələri arasında "Erməni
genosidi" mövzusunda respublika
rəsm müsabiqəsi keçirilsin.
2.
Müsabiqənin keçirilmə qaydaları haqqında əsasnamə,
təşkilat komitəsinin tərkibi təsdiq olunsun (Əlavə
1,2)
3. Təhsil
müəssisələrinin rəhbərləri, şəhər,
rayon təhsil şöbələrinin, idarələrinin
müdirləri müsabiqənin yerlərdə təşkili
ilə əlaqədar lazımi təşkilati işlər
görsünlər.
4. Tərbiyə
və məktəbdənkənar müəssisələrlə
iş şöbəsi (A.İbrahimov) ən yaxşı rəsmlərin
30-31 mart 2010-cu il tarixlərində T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının
"Uşaq Dünyası" rəsm qalereyasında sərgisini
təşkil etsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması üçün 1680 (min altı yüz səksən) manat vəsait ayrılmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
7. Ümumi şöbə (H.Məhərrəmova) müsabiqə qaliblərinə hədiyyələrin alınmasını, əmr və əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
1 mart 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 5 mart.- S. 2.