Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə
"Heydər Əliyev
və müstəqil Azərbaycan" mövzusunda
ümumtəhsil məktəblərinin
şagirdləri arasında
rəsm müsabiqəsinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Heydər Əliyevin Azərbaycan
xalqı və dövləti qarşısında misilsiz tarixi
xidmətlərini, o cümlədən xalqımızın
müstəqillik arzusunun həyata keçməsində, milli
dövlətçilik ideyasının gerçəkləşməsində
və müasir Azərbaycan dövlətinin
yaradılmasında müstəsna rolunu böyüməkdə
olan nəslə daha dolğun çatdırmaq, gənclərdə
Heydər Əliyev dühası haqda daha geniş təsəvvür
yaratmaq məqsədilə
ƏMR EDİRƏM:
1.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümü münasibətilə "Heydər Əliyev
və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil
məktəblərinin şagirdləri arasında respublika rəsm
müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi
təsdiq olunsun (əlavə
olunur).
3. İqtisadiyyat şöbəsi
(Ş.Əliyev) müsabiqənin
yekun tədbirinin keçirilməsi, qaliblərin
mükafatlandırılması üçün nazirliyin mərkəzləşdirilmiş tədbirləri üçün
nəzərdə tutulmuş
vəsait hesabına
840 (səkkiz yüz qırx) manat vəsait ayrılmasını
təmin etsin.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmr və əsasnamənin "Azərbaycan
müəllimi" qəzetində
dərc olunmasını
təmin etsin.
5. Ümumi şöbə (H.Məhərrəmova) hədiyyələrin
alınmasını, əmr
və əsasnamənin
çoxaldılaraq yerlərə
göndərilməsini təmin
etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
1 mart 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 5 mart.- S. 2.