Yeniyetmə rəssamlarımız
beynəlxalq müsabiqələrdə
uğur qazanırlar
Paytaxtın Nizami rayonundakı
Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzində fəaliyyət
göstərən dərnəklərin
üzvləri
şəhər, respublika
əhəmiyyətli tədbirlərdə,
beynəlxalq müsabiqə,
sərgi və festivallarda da fəal iştirak edirlər. Xüsusilə gənc rəssamlar Hindistan, Yaponiya, İngiltərə, Yunanıstan,
Polşa, Rumıniya, İran və s. ölkələrdə keçirilən
beynəlxalq
rəsm müsabiqələrində
iştirak edərək
mükafatlar, diplomlar,
hədiyyələr qazanıblar.
Bu günlərdə mərkəz
daha bir şad xəbər alıb. Yunanıstanın Xanti
bələdiyyəsi tərəfindən
keçirilən "4-cü Biennale" dünya uşaq rəsm müsabiqəsinə göndərilmiş
rəsm dərnəyinin
üzvü Tural Həsənovun və Cahid Əziminin əl işləri I, Arzu Məmmədovanın,
Nərmin İsmayılzadənin,
Mərcan Məmmədovanın
əl işləri II, Nicat Məmmədovun
rəsmləri isə III yerə layiq görülüb.
Bu böyük
uğura görə Yunanıstandan qaliblərə
diplomlar, medallar, müsabiqənin kataloqu və "5-ci
Biennale" dünya uşaq
rəsm müsabiqəsində iştirak
etmək üçün
xüsusi dəvətnamələr
göndərilib. Sevindirici
haldır ki, müsabiqəyə təqdim
olunan dünya uşaqlarının rəsm
əsərləri arasından
seçilərək məhz
mərkəzin yeniyetmə
rəssamı Arzu
Məmmədovanın əsəri kataloqun üz qabığına vurulmuşdur.
Nizami Rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin
direktoru Lalə Qəti bildirdi ki, Rusiyada, Türkiyədə,
Çexiyada və Polşada keçiriləcək beynəlxalq rəsm müsabiqələrinə də yeniyetmə və gənc rəssamlar öz əl işlərini təqdim ediblər. İnanırıq ki, bu müsabiqələrdə də
yetirmələrimiz uğur
qazanaraq bizi sevindirəcəklər.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2010.- 5 mart.- S.6.