Yerləşir:
Fransa Respublikası,
Yaranma tarixi: 1794-cü
il
Tipi: Dövlət
İşçi heyəti: 800 akademik, 350
inzibati
Tələbələrin sayı: 2300 nəfər
Rəsmi saytı: www.ens.fr
Paris Ali Normal Məktəbi
Parisin 6 ali məktəbindən ibarət
olan "
Tarixi
Paris Ali Normal Məktəbi
30 noyabr 1794-cü ildə Fransa inqilabı dövründə
1903-cü ildə
Paris Ali Normal Məktəbi Paris Universitetinin tərkibinə
qatılır.
Məktəb yalnız 1954-cü ildə müstəqillik
əldə edir. 1962-ci ildə Paris Ali Normal Məktəbi
vaxtilə ali təhsil ocağının məzunu
olmuş Baş nazir Jorj Pompidu tərəfindən yüksək
qiymətləndirilir.
1985-ci ildə
Sevrdə yerləşən qızlar üçün Ali Normal
Məktəbi Paris Ali Normal Məktəbinə birləşdirilir. Buna baxmayaraq hələ
həmin məktəblər birləşməzdən öncə
də qızlar Paris Ali Normal Məktəbində keçirilən
müsabiqələrdə iştirak etmək hüququna malik
idilər. Məsələn,
tanınmış filosof Simona Veyl Paris Ali Normal Məktəbinə
1928-ci ildə, akademik Jaklin de Romilli isə 1933-cü ildə qəbul
olublar.
26 avqust 1987-ci
ildə Paris Ali Normal Məktəbində dekret qəbul olunur. Dekretdə deyilir:
"Yüksək səviyyəli mədəniyyət və təhsilə
malik olan Ali Normal Məktəbi fundamental və tətbiqi elmi-tədqiqat
işləri apara, ali və orta məktəblərdə dərs
verə bilən, ümumilikdə, dövlət, inzibati,
kütləvi müəssisələrdə və şirkətlərdə
fəaliyyət göstərəcək mütəxəssislər
hazırlayır".
2001-ci ildə
Paris Ali Normal Məktəbinin İnternet portalı
yaradılır. Burada 2000-dən çox mühazirə və
seminarlar yerləşdirilir.
Universitet bu gün
Paris Ali Normal Məktəbinin
kampusları haqqında məlumat verərkən onların yerləşdiyi
əsrarəngiz və kosmopolit şəhəri
xatırlatmamaq qeyri-mümkündür. Parisin mükəmməl
elmi, intellektual və mədəni irsi şəhəri
canlı auditoriyaya çevirir. Kölgəli
ağaclarla örtülmüş bağlar və bulvarlar,
Böyük Müdafiə Arkası, Belvilldə
hay-küylü bazar dükanları, Montmartrenin çay
daşından salınmış dolanbac yolları, ümumiyyətlə,
hər bir küçə şəhərin unikal irsindən
xəbər verir.
Paris Ali Normal Məktəbinin
mülkiyyəti 110000 km2 ərazidə - Sent-Jenevyev
dağında, Jurdan bulvarında, Monruj və Fontenbloda yerləşir. Məktəbin kampusu əsl
tələbə şəhərciyidir və əlverişliliyi
ilə digər ali məktəblərin
kampuslarından daha səmərəlidir. Buranın
sakinləri yalnız departamentlər və laboratoriyaların
yaxınlıqda yerləşməyindən xeyir əldə
etmir, həmçinin intellektual cəmiyyət yaradır və
onlarla dostluq qururlar. Məktəbin əsas
kampusu (Rue dTUlm) Parisin Latın kvartalının mərkəzində
yerləşir. İkinci kampus Montsouris
parkının yanında Jurdan ərazisində,
üçüncü kampus isə Monruj ərazisində və
ona yaxın şəhərətrafı qəsəbələrdə
yerləşir. Latın kvartalındakı
Rue dTUlm kampusunda əsasən humanitar elmlər departamentlərinin
qədim binaları, Grande Salle tarixi kitabxanası yerləşir.
Kampusun mərkəzindəki böyük
dördbucaq meydan tələbə və müəllimlərin
qeyri-rəsmi görüş, söhbət yeridir. Monruj kampusunda tədqiqat mərkəzləri yerləşir.
Dünyanın bir çox ölkələrindən
gələn tədqiqatçılar bu kampusda məskunlaşırlar. Hər kampusun
özünün ayrıca tələbə yataqxanası, bir
neçə restoranı, kafeləri, kinoteatrları, musiqi və
rəqs studiyaları, tennis kortları, idman kompleksləri var.
Paris Ali Normal Məktəbinin
nəzdində 14 humanitar və dəqiq elmlər departamentləri,
40 tədqiqat mərkəzi və 100-dən çox tədqiqat
institutu və laboratoriyaları fəaliyyət göstərir. Dəqiq elmlər departamentlərinə
riyaziyyat və onun tətbiqi, fizika, informatika, biologiya, kimya,
yer haqqında elmlər, koqnitiv tədqiqatlar kafedraları,
humanitar elmlər departamentlərinə isə fəlsəfə,
ədəbiyyat və dillər, tarix və Avropa İnstitutu,
antik elmlər, sosial elmlər və
Paris İqtisadiyyat Məktəbi, coğrafiya, tarix və incəsənət
nəzəriyyəsi kafedraları daxildir. Bu departamentlərə
əlavə olaraq məktəbdə dünya ölkələri
dilləri və mədəniyyəti, tarix və fəlsəfə
elmləri bölmələri, ətraf mühit və cəmiyyət
arasında qarşılıqlı əlaqə fənlərarası
mərkəzi,
sağlamlıq imkanları məhdud tələbələr
üçün linqafon kabinetləri mövcuddur. Paris Ali Normal Məktəbi Parisin digər universitetləri
ilə birgə 60 magistr və 23 doktorluq proqramı təklif
edir. Məktəbdə yapon, İsveç, polyak, hind,
türk, fars dilləri daxil olmaqla 15
müasir dil öyrədilir.
Paris Ali Normal Məktəbində
Tibb Mərkəzi fəaliyyət göstərir. Mərkəz
bir qrup insanlara profilaktika və müalicə məsələlərini
tədris edir, tələbələrin
rastlaşdığı psixoloji problemlərin aradan
qaldırılması məqsədilə konfranslar təşkil
edir.
Paris Ali Normal Məktəbi
çox zəngin kitabxana sisteminə malikdir. Burada antik elmlərdən
başlayaraq müasir dəqiq, ictimai, humanitar elmlərə
aid materiallar, alman fəlsəfəsi, Kastler, Dorival arxivləri
mövcuddur. Məktəbin əsas
kitabxanasının açılışı 1847-ci ildə
baş tutub və açılış mərasimində dahi
yazıçı Viktor Hüqo iştirak edib. XIX əsrin sonlarında universitetin üç şəhərciyində
yeni kitabxanalar yaradılıb. 12 kitabxanadan ibarət olan
sistemə ümumilikdə 800000-dən çox kitab, milyonlarla
sənəd və s., kitabxananın İnternet şəbəkəsinə
yüz minlərlə elektron kitab, lüğətlər, 2800
dövri nəşr, elektron resurs, 25 biblioqrafik verilənlər
bazası daxildir. Bütün bu resursların
sayı mütəmadi olaraq çoxalmaqdadır. Təkcə 2006-cı ildə eksperimental elmlər,
riyaziyyat və informatika üzrə tədqiqatçılar tərəfindən
1000-dən çox nəşr dərc edilib. 2008-ci tədris ilindən Paris Ali Normal Məktəbinin
kitabxanası Sorbon Universitetinin kitabxanası tərəfindən
idarə edilən yeni "CADIST" - "Klassik Tədqiqatlar
Proqramı" ilə əməkdaşlıq edir.
Hazırda Paris
Ali Normal Məktəbinin prezidenti Pyer-Lyuis Lionsdur. O, bu vəzifəyə
2009-cu ildə seçilib. Məktəbin
direktoru isə xanım Monika Kanto-Sperberdir. Qeyd edək ki, Paris Ali Normal Məktəbinin
direktorunu ölkə prezidenti təyin edir. M. Kanto-Sperber
bu vəzifəyə 2005-ci ildə sabiq prezident Jak Şirak tərəfindən
təyin edilib. Məktəbin administratoru isə
Valuqa Koralidir.
Paris Ali Normal Məktəbi bir çox universitet və tədqiqat mərkəzləri
ilə əməkdaşlıq edir. Məktəbdə
həmin mərkəzlər tərəfindən yüksək
qiymətləndirilən, dünyada böyük nüfuza malik
alim və tədqiqatçılar fəaliyyət göstərir.
Məktəbdə çalışan 800
professor-müəllim (onların 200-ə yaxını əcnəbilərdir)
təhsil müəssisəsinin parlaq elmi və akademik həyatına
öz töhfəsini verir. Bir çox tədqiqatçı
alim və akademiklər məktəbdə dərs deməklə
yanaşı, başqa təşkilatlarda da (hakim qüvvələrdə
və dövlət orqanlarında) çalışırlar.
Hər il dünyanın bir çox
universitetlərindən yüzlərlə alim və tədqiqatçı
bu məktəbdə mühazirələr oxuyur və seminarlar
təşkil edir. Paris Ali Normal Məktəbində
çalışan inzibati və texniki işçilərin
sayı 350 nəfərdir. Onlar əsasən
məktəbin şöbələrində, laboratoriyalarda,
kitabxanalarda və digər xidmət mərkəzlərində
çalışırlar.
Məktəbin fəxri
doktorlarından İtaliyanın 10-cu prezidenti Karlo Adzelio
Çampini, Nobel mükafatı laureatları Toni Morrisonu (ədəbiyyat),
Çen Nin Yanı (fizika), Əhməd Zevaili (kimya), məşhur
riyaziyyatçı Luis Kafarellini, kinorejissor Abbas Kiarostamini və
s. qeyd etmək olar.
Paris Ali Normal Məktəbində
hazırda 2300-dən
çox tələbə, 650 doktorant təhsil alır. Məktəbdə dünyanın 46 ölkəsindən
olan 300 əcnəbi tələbə qeydə alınıb.
Onların əksəriyyəti magistratura və
doktorantura pilləsində oxuyan, Avropa ölkələrindən,
ABŞ-dan və Çin Respublikasından olan gənclərdir.
Məktəbin məzunları 11304 nəfərdən
ibarət şəbəkə yaradıb və bu rəqəm
ilbəil artır.
Paris Ali Normal Məktəbinə
qəbul zamanı əcnəbi abituriyentlərdən
fransız dilini xüsusi bilmək tələb olunmur, lakin məktəbin
tələbəsi olduqdan sonra fransız dili kurslarına
yazılmaq vacibdir.
Məktəbə qəbul
olunan tələbələr 4 il təhsil
almaq imkanı qazanır və 1250 avro dəyərində təqaüd
alır. Dünyanın ali məktəblərindən
seçilmiş əcnəbi tələbələr məktəbdə
üç il təhsil alır. Onlar təxminən
1000 avro təqaüd alır. Burada Erasmus
proqramı çərçivəsində də tələbələr
oxuyur.
Paris Ali Normal Məktəbinin
Tələbə Təşkilatı bu təhsil müəssisəsinə
yeni qəbul olunmuş tələbələrə köməklik
edir. Burada
himayə sistemi mövcuddur - hər il
yuxarı kurs tələbələri yeni qəbul olunmuş gəncləri
bir neçə həftə ərzində məktəblə
Paris Ali Normal Məktəbində
hər 4 ildən bir tələbələr tərəfindən
seçilən Baş Nümayəndə (General Delegation) fəaliyyət
göstərir. Baş Nümayəndə tələbələrin
gündəlik həyatına, onların sosial təminatına,
tələbə təşkilatlarına və s. nəzarət
edir. Tələbələr məktəbin
ictimai həyatında fəal iştirak edir, inzibati işlərdə
yardım edirlər.
Məktəbdə fəaliyyət
göstərən Tədris Komissiyası müəllimlər və
inzibati işçilərlə tələbələr arasında səmərəli
dialoqlar təşkil edir.
Universitet həyatına aid bütün məsələlər,
kurs işləri və s. bu komissiya çərçivəsində
müzakirə edilir.
Paris Ali Normal Məktəbi
yarandığı gündən məşhur əməkdaşları,
tədqiqatçıları və məzunları ilə diqqəti
cəlb edib.
Onların arasında 12 Nobel, 9 Filds Medalı (beynəlxalq
mükafat, hər 4 ildən bir 40-dan çox yaşı
olmayan gənc riyaziyyatçı alimlərə verilir) laureatları, eləcə də
digər mükafatlara layiq görülmüş şəxslər var.
Paris Ali Normal Məktəbinin
direktoru xanım Monika Kanto-Sperber işlədiyi təhsil
müəssisəsini belə xarakterizə edir: "Paris Ali
Normal Məktəbi zəngin tarixə malikdir. Fransanın
intellektual həyatında məktəbin müstəsna xidmətləri
var. Məktəb qətiyyətlə gələcəyə
addımlayır".
Universitetin məşhur məzunları
Jorj Pompidu Fransanın
sabiq prezidenti
Alain Juppe Fransanın
sabiq Baş naziri
Laurent Fabius Fransanın sabiq
Baş naziri
Leon Blum
Fransanın
ilk sosialist Baş naziri
Eduard Herriot Fransanın sabiq
Baş naziri
Paul Painleve Fransanın
sabiq Baş naziri
Qabriel Lippmann fizika üzrə
Nobel mükafatı laureatı
Paul Sabatier kimya üzrə
Nobel mükafatı laureatı
Romen Rolland ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Jan-Baptist Perrin fizika üzrə
Nobel mükafatı laureatı
Henri Berqson ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Jan-Pol Sartr ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Alfred Kastler fizika üzrə
Nobel mükafatı laureatı
Samuel Bekket ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Lyuis Nil fizika üzrə
Nobel mükafatı laureatı
Jerard Debryu iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı
Pyer-Qills de Gennes fizika üzrə Nobel
mükafatı laureatı
Klod Con-Tannoudji fizika üzrə Nobel mükafatı
laureatı
Albert Fert fizika üzrə
Nobel mükafatı laureatı
Vendelin Verner Filds Medalı laureatı
Loran Lafforqu Filds Medalı
laureatı
Jan Pyer Serr Filds Medalı
laureatı
Loran Şvars Filds
Medalı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 12
mart.- S.6.