"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi

 

Dizayn, quruluş məzmun baxımından müvafiq tələblərə cavab verən yeni sayt "Azərbaycan müəllimi" qəzetinin ictimaiyyət arasında daha geniş yayılması işinə xidmət edir dövlətin təhsil siyasətinə uyğun olaraq görülən işləri əks etdirən materialların, operativ informasiyaların, ölkə təhsilində əldə olunan uğurlar qarşıda duran vəzifələr haqqında dolğun məlumatların, pedaqoji yazıların, təhsil nazirinin əmrlərinin, müsahibə çıxışlarının, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yeniliklərin təhlilinə aid məqalələrin vahid mənbədə cəmləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Struktur, funksionallıq zəngin məlumat bazası ilə fərqlənən saytda istifadəçilər Azərbaycan Respublikası Prezidentinin təhsil sahəsinə aid Fərman Sərəncamları, Heydər Əliyev Fondunun ölkə təhsilinin inkişafına verdiyi töhfələr, idman yenilikləri ilə bağlı bütün gərəkli məlumatları ala bilərlər. Fotoqalereya bölməsi ölkəmizin təhsil həyatındakı dinamik inkişaf prosesini, baş verən əlamətdar hadisələri yenilikləri əks etdirən şəkillərlə zəngindir. Aktuallığını nəzərə alaraq təhsil nazirinin çıxışları dünya universitetləri haqqında "Azərbaycan müəllimi" qəzetində dərc olunmuş yazılar üçün ayrıca banerlər yaradılıb.  

Saytın istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib. Mükəmməl axtarış sistemi zəngin arxiv sayəsində istifadəçilər hər hansı bir məlumatı asanlıqla əldə edəcəklər. Eləcə , müallim@edu.gov.az elektron ünvanı istifadəçilərin ixtiyarına verilib. 

Saytda yerləşdirilmiş faydalı banerlər vasitəsilə istifadəçilər ölkə həyatına və təhsilin müxtəlif sahələrinə aid daha ətraflı məlumatlar ala biləcəklər.

 

 

 Azərbaycan müəllimi.- 2010.- 12 mart.- S.1.