"Təbiəti
qoruyaq" mövzusunda
"dəyirmi masa"
Saatlı rayonundakı 1
nömrəli orta məktəbdə "Ekologiya ili"nə
aid "dəyirmi masa" keçirilib.
Tədbiri məktəbin
direktoru, respublikanın əməkdar müəllimi Oqtay Məmmədov
açaraq qeyd edib ki, ətrafımızda
gördüyümüz bütün canlı və cansız
aləm təbiətin tərkib hissəsi olduğu kimi, insan
da bu aləmin bir nümayəndəsidir. Kəsilən hər
bir ağac təbiətə vurulan bir yaradır. Bu gün
dünyada geniş yayılmış xəstəliklərin
bir çoxu ətraf mühiti çirkləndirməyin nəticəsində
meydana çıxmışdır. Bax bugünkü "dəyirmi
masa"nın keçirilməsində məqsəd də bu
məsələnin öyrənilməsidir.
Tədbirdə 7 nömrəli Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin ekoloji təbliğat üzrə məsləhətçisi İlham Rüstəmov çıxış edərək bildirib ki, iqtisadi inkişafla bərabər, ölkənin ekoloji təmizliyini saxlamaq, şəhər və qəsəbələrimizi yaşıllığa qərq etmək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində önəmli yer tutur. Məhz son illər Prezidentin müvafiq sərəncamı ilə bir neçə qoruq və milli parklar yaradılıb. Sonra o qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr təbiətin qorunması və yaşıllıqların salınmasına böyük töhfələr verir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 12 mart.- S.5.