Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin British Council (Britaniya Şurası) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında yaranmış elmi-mədəni sahələrdə münasibətlərin möhkəmlənməsi və inkişafında British Councilin xüsusi rolu olmuşdur. British Council qeyri-mənfəət təşkilatıdır və Böyük Britaniyada xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmişdir. Təşkilatın himayədarı Böyük Britaniya Kraliçasıdır, onun müavini funksiyalarını isə Uels şahzadəsi icra edir.
British Council fəaliyyətində təhsil komponenti prioritet təşkil etməklə 3 aspektə xüsusi əhəmiyyət verir: islahatlar və stabillik; iqtisadiyyat və bacarıqlar; mədəniyyətlərarası dialoq.
British Council Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilatdır və o, dünyanın 110 ölkəsinin 250-dək şəhərində təmsil olunur. Şura Britaniyanın xarici ölkələrdəki səfirliklərinin mədəniyyət şöbələrinin funksiyalarını həyata keçirir. British Councilin ölkələrdən asılı olaraq dəyişən fəaliyyəti ümumilikdə aşağıdakı sahələri əhatə edir:
- insanların təhsilinə yardım, Britaniya ilə peşəkar əlaqələrin yaradılması;
- yüksək səviyyəli mütəxəssis hazırlığı və xarici ölkələrdə müştərək layihələrin həyata keçirilməsi;
- ingilis dilinin tədrisinə yardım;
- kitabxana və məlumatlarla təminat xidmətləri;
- Britaniyada təhsil, elm və texnologiyanın inkişafı;
- Britaniya incəsənəti və ədəbiyyatının təbliği.
Təşkilatların məqsədləri Birləşmiş Krallığın dünyada etibarlı tərəfdaş imicinin yüksəldilməsi, British Councilin dünyanın ən effektiv beynəlxalq mədəni əlaqələr təşkilatı kimi tanıdılması ilə bağlıdır. British Councilin dünyada 222
informasiya mərkəzi və kitabxanasının 340 min
üzvü vardır. İnformasiya mərkəzi və kitabxana
8 milyondan artıq kitab, audio-videokaset və sair vəsaitlərdən
ibarət resurslara malikdir. Təşkilat
xarici ölkələrdə aparılan ingilis dili
kurslarının yüksək standartlara uyğun olmasına nəzarət
edir və "Learn English" adlı xüsusi web səhifəsi
ilə maraqlananları lazımi məlumatlarla təmin edir.
British Council fəaliyyət
göstərdiyi ölkələrdə incəsənət, ədəbiyyat
və dizayn, təhsil və treninq, ingilis dilinin tədrisi,
dövlət və insan hüquqları və digər
mövzular üzrə məlumatları yayır, ictimai həyatın
müxtəlif sahələri üzrə seminarlar,
işçi qruplarının görüşləri, debatlar
və sair tədbirləri həyata keçirir.
British Council
Kembric Universitetinə ingilis dili imtahanları təklif etmək
səlahiyyətlərinə malik yeganə mərkəzdir. Kembric
Universiteti Yerli İmtahanlar Sindikatı 1913-cü ildən bu
günədək dünyada ən müfəssəl imtahanlar
təklif etməkdədir. British Council ilə
Kembric Universitetinin Yerli İmtahanlar Sindikatı arasında
1940-cı ildən uzunmüddətli əməkdaşlıq
mövcuddur. Təşkilatın xarici
ölkələrdə yerləşən mərkəzləri
Kembric Universiteti Yerli İmtahanlar Sindikatını uğurla
bitirənlərə şəhadətnamələr verir.
Adətən, bu şəhadətnamələri
Britaniya səfirləri təqdim edirlər. Qeyd etmək yerinə düşərdi ki, Kembric
Universitetinin şəhadətnamələri dünyada ingilis
dilinin mükəmməlliyini bildirən sənəd kimi qəbul
edilir.
¹ Məktəb I Sinif Şagird II sinif Şagird V sinif
Şagird VI sinif Şagird Müəllim
1. Bakı şəhəri 7 nömrəli məktəb
4 87 4 75 3 84 3 69 14
2. Bakı şəhəri 23 nömrəli məktəb
5 167 6 184 5 133 5 166 16
3. Bakı şəhəri 27 nömrəli məktəb
6 194 5 157 6 143 5 130 14
4. Bakı şəhəri 7 nömrəli məktəb-lisey
5 151 7 169 2 74 6 172 11
5. Bakı şəhəri "
6. Bakı şəhəri "İstedad" Beynəlxalq
Təsil Kompleksi 4 100 5 138 4 98 4 102 14
7. S.C. Pişəvəri adına
Humanitar fənlər gimnaziyası 4 139 4 136 4 125 5 153 16
Cəmi: 35 1063 39 1056 31 817 34 924 100
British Council Azərbaycanda
1993-cü ildə "bp/STATOİL" alyansının maliyyə
dəstəyi ilə ingilis dili, biznes administrasiyası və
idarəetmə sahələrində təlimlərlə fəaliyyətə
başlamışdır.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev və
Böyük Britaniyanın Baş naziri Con Meycor tərəfindən
23 fevral 1994-cü ildə imzalanmış "Təhsil, elm və
mədəniyyət sahəsində əməkdaşlığa
dair saziş" Britaniya ilə Azərbaycan arasında mədəni
əməkdaşlığın hüquqi əsasını
qoymuşdur. Azərbaycan və Britaniya xalqları arasında
dostluq münasibətlərinin, eləcə də təhsil,
elm və mədəniyyət sahələrində əlaqələrin
inkişafında tarixi əhəmiyyət daşıyan bu
saziş imzalandığı gündən iki ölkə
arasında qarşılıqlı anlaşmaya geniş zəmin
yaratmışdır. Bundan sonra British
Council Azərbaycanda fəaliyyətini genişləndirmişdir.
Sazişin 14-cü maddəsinə əsasən
British Council iki ölkə arasında təhsil, elm və mədəniyyət
sahəsində əməkdaşlıqda Böyük Britaniya
hökumətinin əsas vasitəçisidir.
Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə British Councilin səmərəli fəaliyyəti
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və
Birləşmiş Krallığın Baş naziri Toni Bleyerin
1998-ci il iyulun 21-də imzaladıqları
birgə bəyannamədə də qiymətləndirilmişdir.
Bəyannamənin 10-cu maddəsində qeyd olunmuşdur: "Hər
iki lider British Councilin Azərbaycanda ingilis dilinin tədrisi, təhsil,
elm, texnika və mədəniyyət sahələrini əhatə
edən genişlənmiş fəaliyyətini xüsusilə
bəyəndilər".
1998-ci ilin
mayında British Council-in rəsmi dəvəti ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti
Böyük Britaniyaya səfər etmişdir. Səfər nəticəsində
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə British
Council arasında əməkdaşlıq haqqında Saziş və
Niyyət Memorandumu imzalanmışdır. Bu
Memorandum Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndə
heyətinin Böyük Britaniyanın Təhsil Sahəsində
Mübadilələr üzrə Mərkəzi Büro
arasında keçirilmiş görüşün və fikir
mübadilələrinin nəticəsində
imzalanmışdır. Görüş
British Council tərəfindən təşkil edilmişdir.
Həmin görüşdə Təhsil Sahəsində
Mübadilələr üzrə Mərkəzi Büronun
direktorluğunu Qraham Devid təmsil etmişdir. Görüş zamanı qarşılıqlı
maraq kəsb edən məktəblər və kolleclər
arasında əlaqələr, ingilis dilinin tədrisi, müəllim
və məktəb rəhbərlərinin mübadiləsi kimi
məsələlər müzakirə edilmişdir.
Memoranduma əsasən tərəflər
1998-ci ilin may-dekabr ayları ərzində
aşağıdakı tədbirlərin həyata keçirilməsi
haqqında razılığa gəlmişlər:
1. Təhsil sahəsində
mübadilə üzrə Mərkəzi Büro Azərbaycanın
məktəb və kollecləri üçün Böyük
Britaniyada tərəfdaş məktəblərin
axtarılmasında köməklik göstərəcəkdir. Əsas diqqət ümumtəhsil sektoruna yönəldiləcəkdir.
2. Məktəblər arasında
stabil və qarşılıqlı faydalı əlaqələr
yaradılandan sonra Mərkəzi Büro tərəfdaş tədris
müəssisələri arasında eksperimental məktəb rəhbərləri
mübadiləsi layihəsinə yardım məsələsinə
baxacaqdır.
3. Azərbaycan
Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının
Böyük Britaniyadakı səfirliyi vasitəsilə Azərbaycanda
fəaliyyət göstərən Böyük Britaniya şirkətləri
haqqındakı məlumatı həmin şirkətlərə
beynəlxalq təhsil layihəsinə sponsorluq
üçün müraciət etmək məqsədi ilə
təmin edəcəkdir.
4. Müvafiq fondlar mövcud
olduğu təqdirdə, ingilis dili sahəsində birtərəfli
konsultativ yardım proqramlarının həyata keçirilməsi
məsələsinə Mərkəzi Büro tərəfindən
baxılacaqdır. Həmin proqramda iştirak etmək
niyyətini bildirən Müəllim Təşkilatları
haqqında məlumatı Təhsil Nazirliyinə
çatdırmaq məqsədilə Azərbaycan
Respublikasının Böyük Britaniyadakı səfirliyinə
təqdim ediləcəkdir.
5. Avropa Komissiyası
(TASİS), Avropa Yenidənqurma və İnkişaf Bankı və
ya digər maliyyə mənbələri tərəfindən
Azərbaycanda təhsilin inkişafına müəyyən
fondlar ayrıldığı təqdirdə, Böyük
Britaniyada ikitərəfli və çoxtərəfli layihələrdə
iştirak etmək məqsədilə mümkün tərəfdaşların
müəyyən edilməsində Mərkəzi Büro
öz yardımını göstərəcəkdir.
British Council Azərbaycanda
aşağıdakı istiqamətlərdə fəaliyyət
göstərir:
-Müəllimlərin təkmilləşdirilməsi
üzrə seminarların keçirilməsi;
İngilis dili müəllimlərinin
Britaniyada yay məktəblərində təkmilləşmə
kursları keçməsinin maliyyələşdirilməsi;
-Şirkətlər və
qeyri-hökumət təşkilatları üçün idarəetmə-menecment
üzrə təlimlər;
-İncəsənət və
elm sahələrində görüşlər və informasiya
mübadiləsi;
-Britaniyada təhsil, incəsənət
və mədəniyyət haqqında seminarların təşkil
olunması;
-Təhsilin maliyyələşdirilməsi,
ingilis dilinin tədrisi mərkəzlərində keyfiyyətə
nəzarət sahələrində mütəxəssislərin
başqa ölkələrə səfərlərinin maliyyələşdirilməsi;
- Təhsil Nazirliyi ilə
birlikdə ali və orta məktəblərdə
müəllimlər üçün "İngilis dilinin tədrisi
metodikası", "Böyük Britaniyada təhsil və mədəniyyət
tarixi" mövzusunda seminarların keçirilməsi;
- British Council ekspertləri tərəfindən
ali təhsil müəssisələrinin
ingilis dili müəllimləri üçün
"İngilis dilinin tədrisinin müasir metodikası"
üzrə seminarların keçirilməsi;
- İngilis dilinin tədrisi
üçün dərsliklərin və vəsaitlərin
hazırlanması;
- İngilis dilinin tədrisi
ilə məşğul olan dövlət və qeyri-dövlət
təşkilatlarına tədris metodları haqqında
kitabların və müəllimlər üçün ingilis
dili kursları, lüğətləri və məlumat
kitabçalarının hədiyyə edilməsi;
- İncəsənət
sahəsində tədbirlərin maliyyələşdirilməsi.
British Council Təhsil
Nazirliyi ilə əməkdaşlıq çərçivəsində
Azərbaycanda təhsil sahəsində çoxsaylı layihə
və proqramlar həyata keçirir. Həmin layihə və
proqramlar barədə məlumatları diqqətə
çatdırmaq istərdim.
Azərbaycan İngilis
Dili Müəllimləri Assosiasiyasına dəstək (AzETA)
layihəsi. Bu layihə British Councilin Azərbaycanda həyata
keçirdiyi əhəmiyyətli layihələrdən
biridir. Layihə 2003-cü ildən
başlanmışdır. Əsas məqsəd
Azərbaycan İngilis Dili Müəllimləri
Assosiasiyasının geniş tanınması və davamlı
infrastrukturunun qurulmasına kömək etməkdir. Layihə
çərçivəsində İcra Şurası
yaradılmış, Bakıda baş ofis və 4 regionda -
Şəki, Xaçmaz, Mingəçevir, Gəncədə
yerləşən filiallardan ibarət infrastruktur, xüsusi
maraq qrupları təşkil edilmiş, İnternet saytı
(www.az-eta.org) yaradılmışdır. Hazırda
AzETA-nın 600-dən çox üzvü vardır.
Hazırda
"Gənc ingilis dili müəllimləri" layihəsi
AzETA tərəfindən həyata keçirilir. Eyni zamanda bu təşkilat
ingilis dili müəllimləri üçün seminarlar, təlimlər,
konfranslar təşkil edir, ingilis dilinin tədrisi
metodikasının təkmilləşdirilməsi istiqamətində
səylər göstərir.
İngilis
dilinin tədrisi sahəsində layihələr. British Council
Azərbaycanda ingilis dilinin tədrisi sahəsində layihələr
həyata keçirir. Bu layihələr
vasitəsilə British Council Azərbaycanda ingilis dili müəllimlərinin
təkmilləşdirilməsi vasitəsilə müəllimlərin
peşəkar inkişafını dəstəkləyir. Layihə müasir təlimin aspektləri, dərsliklərin
qiymətləndirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi,
yeni ingilis dili kurikulumunun nəzərdən keçirilməsi,
innovativ layihə modulu, tədrisin təkmilləşdirilməsi,
dərsin səmərəli planlaşdırılması və
müşahidə, müəllimlərin ixtisasının
artırılması və digər sahələri əhatə
edir.
Müəllimləri Təkmilləşdirmə
Layihəsi (İNSETT - in-service teacher training). I
mərhələ. Layihə 2003-2005-ci illəri
əhatə etmişdir. Həmin müddət
ərzində ümumilikdə 100 kaskad təlim sessiyası
keçirilmişdir. 19 təlimçi
müəllim kaskad təlim seminarlarını aparmış,
500 nəfər ingilis dili müəllimi kaskad təlimlərindən
keçmişdir. Layihə çərçivəsində
12000 nəfər şagird yeni metodologiya və təlim
materiallarının istifadəsi ilə keçilən dərslərdən
faydalanmışdır.
Müəllimləri Təkmilləşdirmə
Layihəsi (İNSETT) II mərhələ. Bu mərhələ
2005-2006-cı illəri əhatə etmiş, layihə çərçivəsində
Ucar, İsmayıllı və Şirvan şəhərlərindən
olan 22 ingilis dili müəllimi 5 birhəftəlik intensiv
seminarda iştirak etmişdir. 20 kaskad təlim
sessiyası keçirilmişdir. 19 təlimçi
müəllim kaskad təlim seminarlarını aparmışdır.
240 nəfər ingilis dili müəllimi kaskad təlimlərindən
keçmişdir. Layihə çərçivəsində
5000 nəfər şagird yeni metodologiya və təlim
materiallarının istifadəsi ilə keçilən dərslərdən
faydalanmışdır.
Müəllimləri Təkmilləşdirmə
Layihəsi (İNSETT) III mərhələ. Bu mərhələ
2007-2008-ci illəri əhatə etmişdir. Layihə
çərçivəsində Azərbaycan Müəllimlər
İnstitutunun 11 filialından 25 müəllim və metodist 5
birhəftəlik intensiv seminarda iştirak etmişdir. 100 kaskad təlim sessiyası keçirilmişdir.
20 nəfər təlimçi müəllim
kaskad təlim seminarlarını aparmışdır. 425 nəfər ingilis dili müəllimi kaskad təlimlərindən
keçmişdir. 35000 nəfər
şagird yeni metodologiya və təlim materiallarının
istifadəsi ilə keçilən dərslərdən
faydalanmışdır. AMİ və onun
filiallarından 22 təlimçi müəllim təlimlərdən
keçmişdir.
Layihə Təhsil Nazirliyi,
Azərbaycan Müəllimlər İnstitutu və British
Council əməkdaşlarından ibarət xüsusi
yaradılmış idarə heyəti tərəfindən idarə
olunur. Müəllimləri təkmilləşdirmə layihələri
aşağıdakı nəticələrin əldə edilməsinə
zəmin yaratmışdır:
-İNSETT komandası
uzunmüddətli ingilis dili təlimi proqramını
hazırlamış və AzETA, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan
Müəllimlər İnstitutu və Azərbaycan Dillər
Universiteti kimi yerli təşkilatlar tərəfindən həyata
keçirilməsi üçün təqdim etmişdir;
-təlim proqramı
üçün yeni materiallar toplanmışdır;
-ayrı-ayrı
müəllimlər tərəfindən 2-illik proqram zamanı
bütün müəllimlərin istifadə edə biləcəkləri
layihələr tərtib edilmişdir;
-gələcək trenerlərin
hazırlanması üçün təlimlər apara biləcək
İNSETT sertifikatı olan 42 nəfərdən ibarət
peşəkar və təcrübəli trenerlər
komandası yaradılmışdır;
-Azərbaycanda müasir
ingilis dili tədrisinin hərtərəfli hesabatını
özündə əks etdirən tədqiqat aparılmışdır;
-layihə
çərçivəsində işlənib
hazırlanmış materiallar İnternetdə yerləşdirilməklə
bütün müəllimlərin istifadəsinə
verilmişdir.
Gənc ingilis
dili müəllimləri layihəsi (NQT). Bu regional layihə
gənc ingilis dili müəllimləri üçün təlimləri
nəzərdə tutur. AzETA bu layihənin
həyata keçirilməsində əsas tərəfdaşdır.
Layihə 50 nəfər Gəncə,
40 nəfər Sumqayıt, həmçinin 60 nəfər
Bakı məktəb və liseyindən olan gənc ingilis dili
müəllimlərini əhatə edir. Təlimlər
Rumıniya və Bolqarıstanda təlim keçmiş 6 yerli
mütəxəssis tərəfindən uğurla həyata
keçirilmişdir. İlk seminar Gəncə,
Sumqayıt və Bakıda 2007-ci ilin yanvarında, növbəti
seminar həmin ilin aprel ayında olmuşdur.
İngilis
dilinin tədrisi sahəsində İNSETT heyətinin işləyib
sınaqdan keçirdiyi uzunmüddətli ixtisasartırma
proqramı milli səviyyədə yayılaraq AMİ tərəfindən
mənimsənilib. AMİ bu təcrübədən
yararlanaraq yalnız ingilis dili müəllimlərinin deyil, digər
fənn müəllimlərinin ixtisasının
artırılması sahəsində də yeni sistemi tətbiq
etmişdir.
British Councilin
Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi müəllimlərin
təkmilləşdirilməsi layihələri uğurlu
olmuşdur. Həmin layihələrin məqsədi Azərbaycanda
təhsil islahatlarına uyğun olaraq ingilis dili müəllimləri
üçün ingilis dilinin tədrisi sahəsində ən
son nailiyyətləri əks etdirən müasir və effektiv
ixtisasartırma/təkmilləşdirmə sisteminin
yaradılması, ingilis dilinin tədrisində fəal/interaktiv
təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqidir.
Həmin layihələrdən ümumilikdə 2000-dək
müəllim, 54000 şagird faydalanmış, layihələr
çərçivəsində 250 kaskad təlimləri
keçirilmiş, 77 nəfər təlimçi
hazırlanmış, 23 nəfər "öyrədənlərin
öyrədəni" təcrübə mübadiləsi məqsədilə
xarici ölkələrdə, o cümlədən Böyük
Britaniyada səfərdə olmuş, layihələrə cəlb
olunmuş müəllimlər tərəfindən təlim
materialları və tədris vəsaitləri
hazırlanmışdır. İngilis dilinin tədrisi
sahəsində layihələr üzrə nailiyyətlərin
əldə edilməsində, ingilis dili müəllimlərinin
ixtisasının artırılması üzrə səmərəli
sistemin yaradılmasında British Councilin proqramlar üzrə rəhbəri
Gülşən Hüseynovanın xüsusi xidmətləri
olmuşdur.
Müəllimlərin
təkmilləşdirilməsi üzrə British Council tərəfindən
həyata keçirilən layihələr Azərbaycanda öz
peşəkarlığı və səriştəliliyi ilə
fərqlənən, müasir təlim texnologiyalarına, fəal/interaktiv
təlim metodlarına yiyələnmiş ingilis dili müəllimlərinin
formalaşmasına zəmin yaratmışdır. Təhlil
göstərir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən 2008-ci ildən keçirilməyə başlayan
"Ən yaxşı müəllim" müsabiqəsində
iştirak edənlər arasında ingilis dili müəllimləri
daha üstünlük təşkil edir. Belə ki,
2008-ci ildə keçirilən müsabiqədə 45 ingilis
dili müəllimi iştirak etmiş, onlardan 18 nəfəri ən
yaxşı 100 müəllim sırasına daxil olmuşdur. 2009-cu ildə də 69 ingilis dili müəllimi
müsabiqə iştirakçısı olmuş, onlardan 21 nəfəri
qalib adını qazanmışdır.
İngilis
dilinin intensiv tədrisi layihəsi. Azərbaycan müstəqillik
əldə etdikdən sonra dünya birliyinə inteqrasiya meyillərinin
artması, beynəlxalq əməkdaşlığın genişlənməsi
xarici dillər sahəsində müvafiq kompetensiyalara malik gənc
nəslin formalaşdırılmasını daha zəruri
etmişdir. Bu amil isə xarici dillərin tədrisinin
təkmilləşdirilməsini, beynəlxalq təcrübədə
uğurla istifadə olunan metodikaların ölkəmizdə də
tətbiqini xeyli aktuallaşdırmışdır. İndiki zamanda bir və ya bir neçə xarici dil
bilmək artıq həyati tələbat hesab olunur.
Təəssüflə
qeyd etmək istərdim ki, sovet dövründəki təlim ənənəsinə
uyğun olaraq müstəqillik illərində də xarici dillərin
tədrisi şagirdlərdə nitq bacarıqlarının
formalaşdırılmasından çox qrammatik qaydaların
mənimsədilməsinə xidmət etmişdir. Bu səbəbdən,
sirr deyil ki, əksər hallarda şagirdlər xarici dili məktəbdə
yox, daha çox həmin dilin daşıyıcıları
olan insanlarla ünsiyyətdə öyrənirlər.
Təhlil göstərdi ki,
ölkəmizin ümumtəhsil məktəblərində
xarici dillərin tədrisi sahəsində mövcud olan problemlər,
əsasən, proqram və dərsliklərin, tədris
metodikasının müasir tələbləri ödəməməsi
və sagirdyönümlü olmaması, bir çox müəllimlərin
peşəkarlıq səviyyəsinin, mövcud
ixtisasartırma sisteminin müasir tələblərə cavab
verməməsi ilə bağlıdır.
Mövcud
problemlərin aradan qaldırılması üçün
xarici dillər intensiv tədris edilməli, bunun
üçün ünsiyyət əsaslı (kommunikativ)
yanaşma metodikasına üstünlük verilməsi, müəllimlərin
peşəkarlıq səviyyəsinin artırılması sahəsində
müasir və effektiv ixtisasartırma/təkmilləşdirmə
sistemi tətbiq edilməlidir.
Bununla əlaqədar
British Councilə müraciət etdik və birgə layihənin
reallaşdırılması barədə razılığa gəldik. 2008-2009-cu dərs ilindən
layihənin həyata keçirilməsi üçün ilkin
olaraq Bakı şəhərində 7 pilot məktəbi
müəyyənləşdirdik: Bakı şəhərindəki
7, 23, 27 nömrəli məktəblər, 6 nömrəli məktəb-lisey,
Ankara məktəb-lisey, "İstedad" Beynəlxalq Təhsil
Kompleksi (134 nömrəli məktəb) və S.C.Pişəvəri
adına Humanitar fənlər gimnaziyası. Bu məktəblər
təsadüfən seçilməmişdir, çünki həmin
məktəblərdə uzun müddət xarici dillər, o
cümlədən ingilis dili dərindən öyrədilmişdi
və lazımi kadr potensialı var idi.
Layihə ilkin mərhələdə
7 məktəb üzrə 41 sinifdə 1085 birinci sinif, 37 sinifdə
1077 beşinci sinif şagirdi olmaqla ümumilikdə 78 sinfi,
2162 şagirdi əhatə etmişdi.
British Council ilə
birlikdə müəyyənləşdirilmiş məktəblərin
direktorları, ingilis dili müəllimləri ilə
çoxsaylı görüşlər keçirildi. Məktəblərin
I və V siniflərində ingilis dilinin intensiv tədrisinə
başlanılması üçün yeni tədris
planları tərtib edildi, proqramları hazırlandı və
təsdiq edildi, dərsliklər müəyyənləşdirildi.
Qabaqcıl ingilis dili müəllimləri
və British Council ilə müzakirələrdən sonra həmin
siniflərdə tədris prosesində istifadə ediləcək
milli dərsliklərlə yanaşı, Kembric Universitetinin nəşr
etdiyi və Böyük Britaniyada uğurla tətbiq edilən,
Azərbaycan üçün məqbul olan dərslik komplektləri
müəyyənləşdirildi. Hazırda
müəllimlər və şagirdlər həmin dərslik
komplektləri ilə təmin olunmuşdur. Bu mərhələdə
ən əhəmiyyətli məsələlərdən biri də
pilot siniflərində dərs deyəcək müəllimlərin
seçilməsi idi. Məktəb rəhbərləri
ilə birlikdə ingilis dilini intensiv tədris edəcək 55
müəllim seçildi. British Councilin təcrübəli
və səriştəli təlimçiləri tərəfindən
təlim seminarlarının proqramı hazırlandı. Böyük Britaniyadan mütəxəssis dəvət
edilməklə həmin müəllimlər üçün
üç təlim seminarı keçirildi və onlara British
Council və Təhsil Nazirliyinin müvafiq sertifikatları təqdim
olundu.
Onu da qeyd etmək
lazımdır ki, ingilis dilinin intensiv tədrisi layihəsi
British Councilin mütəxəssisləri tərəfindən
daim müşahidə olunur. Daha geniş monitorinq
isə 2009-cu ilin noyabrında aparılmışdır.
Monitorinq prosesində pilot məktəblərin ingilis dilini tədris
edən bütün müəllimlərinin dərsləri dinlənilmiş
və geniş təhlil edilmişdir. Monitorinqin
nəticələrinə əsasən hər bir müəllimin
fəaliyyətinin təhlilini və müvafiq tövsiyələri
özündə əks etdirən geniş hesabat
hazırlanıb Təhsil Nazirliyinə təqdim edilmişdir.
Bu hesabatlar pilot məktəblərin rəhbərləri və
müəllimlərlə birlikdə müzakirə edilmiş
və fəaliyyətdə nəzərə alınması
üçün müvafiq məktəblərə təqdim
edilmişdir. Eyni zamanda monitorinqin nəticələri
ingilis dilini intensiv tədris edən müəllimlər
üçün daha bir təlim seminarının keçirilməsi
üçün də əsas olmuşdur.
2009-2010-cu dərs ilindən
layihənin əhatə dairəsi daha da genişləndirilmiş,
7 pilot məktəbin həm I, V, həm də II, VI siniflərində
ingilis dili intensiv tədris edilməyə
başlanmışdır. Hazırda pilot məktəblərin
35 I sinfində 1063 şagird, 39 II sinfində 1056 şagird, 31 V
sinfində 817 şagird, 34 VI sinfində 924 şagird ingilis
dilini intensiv öyrənməkdədir. Həmin
siniflərdə 100 müəllim ingilis dilini tədris edir.
British Council ingilis dili tədrisi
ilə bağlı Azərbaycanda digər xidmətləri də
həyata keçirir: təşkilatın Tədris Mərkəzində
bütün bilik səviyyələri üçün ingilis
dili üzrə təlim kursları; ingilis dilini Böyük
Britaniyada öyrənməyi arzulayanlar üçün yerləşdirmə
xidmətləri; ingilis dilinin öyrənilməsi və tədrisini
dəstəkləməklə Böyük Britaniyada təhsil
almaq imkanları haqqında məlumatın verilməsi və
bu yönümdə imtahanların təşkil edilməsi.
Təbiət fənləri
üzrə müəllimlərin təlimləri layihəsi. Məhz ingilis
dili müəllimlərinin ixtisasının
artırılması üzrə yaradılmış səmərəli
sistem və toplanmış təcrübə bp və British
Council tərəfindən Azərbaycanda yeni bir əhəmiyyətli
layihənin - təbiət fənləri üzrə müəllimlərin
təlimləri sahəsində layihənin başlanması
üçün əsas olmuşdur. Layihə
2007 - 2010-cu illəri əhatə edir. Layihənin
əsas məqsədi fizika, kimya, biologiya fənləri üzrə
interaktiv təlim metodlarının tətbiqini inkişaf etdirərək
Azərbaycan məktəblərində tədris və öyrənmə
təcrübəsində müsbət dəyişikliklərə
dəstək verməkdir. Perspektivdə bu layihənin məqsədi
hər bir müəllimi interaktiv təlim metodları ilə
İkinci mərhələdə
5 rayonun hər birində daha 5 məktəb layihəyə cəlb
olunmuş və onların hər birində 6 müəllim təlimdən
keçmişdir. Əsas təlimçi qrupu təbiət
fənləri üzrə 250 müəllimə təlim
kursları keçmişdir.
Üçüncü
mərhələdə təbiət fənləri üzrə
yeni kurikulumun tətbiqinə dəstək üçün tədris
materialları işlənib hazırlanacaq. Layihənin
sonuna 3000-dən artıq müəllim interaktiv təlim
metodları üzrə treninqlərdən keçəcək
və əldə edilən təcrübəni bütün
ölkə üzrə təbiət fənn müəllimləri
arasında yayacaq.
Britaniya Çivninq Təqaüdü
Proqramı. Bu təqaüdlər xarici tələbələrə
Birləşmiş Krallıqda təhsil
bp təqaüdü
Proqramı. Azərbaycanın iqtisadi-sosial
inkişafı və əhalinin rifahının
yaxşılaşdırılması məqsədilə
müxtəlif sahələrdə yerli gənc mütəxəssislər
üçün Böyük Britaniyada magistr və
qısamüddətli kurslar proqramıdır. 2007-2008-ci illərdə həyata keçirilən
proqram gənc azərbaycanlı mütəxəssislərə
respublikanın dayanıqlı inkişafı üçün
töhfə vermək məqsədilə peşəkarlıq
səviyyəsini artırmağa imkan vermişdir. İştirak şərtləri Çivninq
Proqramında olduğu kimidir və bu Proqram ictimai idarəetmə,
iqtisadiyyat, bank işi, maliyyə və mühasibat sahələrini
əhatə edir. Həyata keçirildiyi
müddətdə Proqram üzrə Azərbaycan
üçün 8 təqaüd ayrılmışdır.
(Ardı var)
Misir MƏRANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor
Azərbaycan müəllimi.- 2010.- 19 mart.- S.4-5.