Üzeyir Hacıbəyovun
125 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 23 fevral tarixli, 753 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilkin peşə ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
4. Ümumi şöbə (H.Məhərrəmova) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
9 mart 2010-cu
il
Azərbaycan müəllimi.- 2010. -19 mart.- S. 2.