Məktəbli rəssamın
fərdi sərgisi
Martın
6-da Ucar şəhər
Mədəniyyət Evində
Azərbaycan Respublikasının
Qızıl Aypara Cəmiyyətinin yaranmasının
90 illiyi və "Ekologiya ili" ilə əlaqədar Ucar şəhər 2 nömrəli orta məktəbin 6-cı sinif
şagirdi Əhmədov
İslam Aslan oğlunun fərdi rəsm sərgisi keçirilib.
Tədbirdə çıxış
edən rayon icra hakimiyyəti başçısının
müavini Nazir Mirzəliyev rayonda aparılan abadlıq işlərindən və
Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsindən danışaraq balaca rəssamın bu mövzuya da toxunduğunu qeyd edib.
Rayon təhsil şöbəsinin
müdiri Fuad İsrafilov istedadlı şagirdlərin üzə
çıxarılmasında belə tədbirlərin böyük əhəmiyyəti
olduğunu bildirib.
Azərbaycan Respublikası Qızıl
Aypara Cəmiyyətinin
Mingəçevir regional mərkəzinin
koordinatoru Aydın Nəsibovun sərgi haqqında söylədiyi
fikirləri balaca rəssamın sənət
uğurundan xəbər
verir. Azərbaycan Respublikası Qızıl
Aypara Cəmiyyətinin
Ucar rayon bölməsinin
sədri Əlimirzə
Mustafayev isə balaca İslamı müxtəlif hədiyyələrlə
sevindirib. Çıxış edənlər balaca
rəssamı təbrik
edib və ona gələcək işlərində uğurlar
diləyiblər.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2010.- 19 mart.- S.23.