Təhsil müəssisələrində
ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Naxçıvan Dövlət Universitetində
xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının
87-ci ildönümünə həsr olunan fakültələrarası viktorina keçirildi.
Bilik
yarışmasından əvvəl çıxış
edən
universitetin tərbiyə
işləri üzrə
prorektoru, fəlsəfə
elmləri doktoru Məmməd Rzayev viktorinanın keçirilməsində məqsədin tələbələrin dahi öndər, parlaq şəxsiyyət
Heydər
Əliyevin həyat
və fəaliyyətini dərindən öyrənmələrindən
və bu sahədəki biliklərinin artırılmasından
ibarət olduğunu diqqətə çatdırdı, bütün komandalara uğurlar dilədi.
NDU Tələbə
Gənclər Təşkilatının
sədri, Azərbaycan
TGTİ İctimai Birliyinin
sədr müavini Arzu Abdullayev yarışmanın məqsəd və vəzifələrindən
danışdı, viktorinanın şərtləri haqqında
ətraflı məlumat
verdi.
3 turdan ibarət olan yarışmada universitetin
10 fakültəsinin
və magistratura şöbəsinin komandaları birincilik uğrunda gərgin mübarizə apardılar.
Finala vəsiqə qazanan komandalar universitetin hüquq fakültəsinin
"Fikir", fizika-riyaziyyat
fakültəsinin "Şərqin
qapısı" və
iqtisad fakültəsinin
"Vətən" komandaları
oldular. Yüksək zəka
və fəallıq nümayiş etdirən
"Vətən" komandası birincilik qazandı.
Qalib komandalara NDU Tələbə
Həmkarlar Komitəsi
tərəfindən diplomlar
və xatirə hədiyyələri təqdim
edildi.
***
Naxçıvan Özəl Universitetində Heydər Əliyev lektoriyasının
növbəti məşğələsi
keçirilmişdir.
"Heydər Əliyevin işi və əməlləri yaşayır"
mövzusunda məşğələ
başlanmazdan əvvəl
ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Lektoriyanı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix elmləri namizədi, dosent İbrahim Kazımbəyli
açaraq dahi şəxsiyyət Heydər
Əliyevin müasir Azərbaycan dövlətinin
yaranmasında, inkişafı
və beynəlxalq aləmdə tanınmasında
göstərdiyi misilsiz
xidmətlərindən danışmışdır.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının
tarix boyu yetişdirdiyi nadir şəxsiyyətlərdən
biri olaraq bu gün də
milyonlarla insanın qəlbində yaşayır. Həyatının
mənasını xalqa
və dövlətə
xidmətdə görən
ulu öndərimiz bu müqəddəs amal
uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə
xatırlanır.
Bildirilmişdir ki, Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Bir daha vurğulanmışdır ki,
ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır.
Azərbaycan xalqı, bütün
türk dünyası
və qədirbilən
bəşəriyyət onu
heç vaxt unutmayacaqlar.
***
Aprelin 29-da Bakıdakı 42 nömrəli
orta məktəbdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə
"Bir dahinin ad günüdür" adı
ilə gül bayramı - təntənəli
tədbir keçirilib.
Məktəbin foyesində və
geniş dəhlizində
şagirdlərin Heydər
Əliyevin ildönümünə
həsr etdikləri müxtəlif səpgili əl işləri sərgilənib. Kətanlarda əl
ilə çəkilmiş
rəsmlər, toxuculuq
işləri, respublikamızın
dövlət atributlarını,
xəritəsini və
tarixi abidələrini
nəfis şəkildə
əks etdirən müxtəlif rəngli muncuqlardan hazırlanmış
işlər qonaqların
marağına səbəb
olub.
Sonra qonaqlar, məktəbin müəllim və şagirdləri akt zalına toplaşıblar. Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həmidova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, misilsiz
xidmətlərindən qısa
məlumat verib. Ümummilli liderin
anadan olmasının
87-ci ildönümü münasibətilə
belə tədbirlərin
bütün ümumtəhsil
məktəblərində və
digər sahələrdə
qeyd edildiyini vurğulayıb.
Məktəbin kiçikyaşlı şagirdləri
ulu öndərə və onun layiqli
davamçısı Prezident
İlham Əliyevə
həsr edilmiş müxtəlif şeirlər
söyləyib, mahnılar
oxuyublar. Monitor vasitəsilə
ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş
etdirilib.
Çıxışlarda müstəqil Azərbaycan
Respublikasının memarı
və qurucusu Heydər Əliyevin 50 milyonluq azərbaycanlılar
tərəfindən həmişə
hörmətlə anılacağı
və sevgi ilə xatırlanacağı
qeyd edilib.
***
Aprelin 27-də Bakıdakı 15 nömrəli
orta məktəbdə
xalqımızın ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü
münasibətilə tədbir
keçirildi. Məktəbin
direktoru Şəhla Əmrahova tədbir iştirakçılarına ömrünü,
taleyini, bütün varlığını xalqına
bağışlayan əvəzolunmaz
şəxsiyyət, xalqımızın
ümummilli lideri Heydər Əliyevin həyat yolu, misilsiz xidmətləri haqqında geniş məlumat verdi.
Qeyd edildi ki, Heydər
Əliyev xalqı üçün, Vətəni
üçün yaşadı,
yaratdı. O, sevgisini
öz əməlləri
ilə sübuta yetirdi. Müstəqil Azərbaycanın həm rəhbəri, həm də memarı olan bu dahi şəxsiyyət
xalqımız yaşadıqca
yaşayacaqdır.
Tədbirin aparıcıları Aygün
və Arzu ulu öndər Heydər Əliyevin xalqımız üçün
misilsiz xidmətlərindən
danışdılar. Onlar şagirdlərin
ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl işlərini nümayiş etdirdilər.
Şagirdlər Heydər Əliyevə həsr etdikləri mahnı, şeir və rəqslərlə həmin günü daha da yaddaqalan
etdilər.
Tədbirin sonunda ulu öndərə
həsr olunan film nümayiş olundu.
***
Bakıdakı A.Eyvazov adına
275 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə
həsr edilmiş
"Ulu öndər və Azərbaycan məktəbi" mövzusunda
tədbir və gül bayramı keçirilib.
Tədbir iştirakçıları
məktəbin foyesində
və dəhlizində
açılmış şagirdlərin
əl işlərindən
ibarət sərgi ilə
Toplantını giriş sözü ilə açan məktəbin direktoru
Sonra Azərbaycan Respublikasının
Dövlət himni səsləndirilib. Çıxış
edənlər dünya
siyasətinin nəhəngi,
Azərbaycan xalqının
müdrik oğlu, müstəqil Azərbaycan
Respublikasının memarı
və qurucusu Heydər Əliyevin uzaqgörən siyasətindən,
xalqı üçün
yaratdığı xarüqələrdən,
ömrünü Vətəninə
və millətinə
həsr etməsindən
söz açıblar.
Natiqlər, bu gün ümummilli lider Heydər Əliyevin siyasətini ləyaqətlə
davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev cənablarının gərgin
əməyi sayəsində
ölkəmizin gündən-günə
çiçəklənməsindən, xalqımızın firavan
yaşamasından danışıblar.
Sonra məktəbdə çoxdan
yaradılmış, son zamanlar
zənginləşdirilərək yeniləşdirilmiş "Ulu
öndər və Azərbaycan məktəbi"
guşəsinin açılışı
olub. Açılışdan sonra bir sıra müsabiqə və yarışların
qalibi olmuş məktəbin müəllim
və şagirdlərinə
medallar, diplomlar və fəxri fərmanlar təqdim edilib.
Söz şagirdlərə verilib. Onlar ümummilli
lider Heydər Əliyevə həsr edilmiş mahnılar oxuyub, şeirlər söyləyiblər. Monitor vasitəsilə ulu öndərin həyat və fəaliyyətindən
bəhs edən görüntülər nümayiş
etdirilib. Ümummilli liderin layiqli davamçısı hörmətli
Prezidentimiz İlham Əliyevin apardığı
daxili və xarici siyasəti işıqlandıran görüntülər
də monitor vasitəsilə
göstərilib.
***
Respublikamızın bütün bölgələrində
olduğu kimi, Bərdə rayonunda da ulu öndər
Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə
silsilə tədbirlər
keçirilir. Belə tədbirlərdən biri də rayon təhsil şöbəsi
və Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının
birgə keçirdikləri
"Bir xalqın borclu olduğu soyad" mövzusundakı
inşa müsabiqəsidir.
Müsabiqədə ümumtəhsil məktəblərindən
120 şagird iştirak
edib. Ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən inşalar münsiflər heyəti tərəfindən
qiymətləndirilib.
Qaliblər fəxri diplom və hədiyyələrlə
mükafatlandırılıblar.
Azərbaycan
müəllimi.-2010.-7 may.-S.1.