Balaca rəssamın fərdi sərgisi

 

T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq  Dünyası" rəsm qalereyasında  balaca rəssam Leyla Babayevanın  ilk fərdi sərgisi təşkil olunmuşdur. Sərgidə Leylanın  60-a yaxın rəsm işi  nümayiş etdirilmişdir.

Leylanın 10 yaşı var. Artıq 6 ildir ki, "Uşaq Dünyası" rəsm qalereyasında  Aynurə Həşimovanın rəhbərlik etdiyi rəsm dərnəyində  məşğul olur. Dərnək rəhbəri balaca rəssam haqqında yüksək fikirdədir. Leyla çox bacarıqlıdır. Güclü rəng duyumu var. Rəngləri seçməyi bacarır. Yaşının az olmasına  baxmayaraq o, müxtəlif janrlarda  texnikada  sərbəst işləyir. Onun rəsm əsərləri məzmun etibarı ilə  tamaşaçıları düşünməyə  vadar edir. Sərgidə nümayiş etdirilən "Ölkələrin birliyi", "Biz sülh istəyirik", "Təmiz  şəhərim", "31  mart  Azərbaycanlıların soyqırımı günü", 20 Yanvar faciəsinə  həsr olunmuş  "And  yerimiz"    sair   bu  kimi rəsmlərin  önündən durmadan keçə bilmirsən.

Leyla bu illər ərzində  respublikamızda onun hüdudlarından  kənarda  keçirilən bir çox sərgi-müsabiqələrdə iştirak  edib, qaliblər sırasında olub, diplomlara sertifikatlara layiq görülüb.

Balaca rəssamın fərdi sərgisinin açılışı münasibətilə "Uşaq Dünyası" rəsm  qalereyasında  tədbir keçirilmişdir. Tədbirə toplaşan qonaqlar - Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov,Tətbiqi sənət bölməsinin müdiri, əməkdar rəssam Ənvər Qarayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı  Rövşən Əliyev başqaları balaca rəssam Leyla Babayevanı təbrik etmiş, haqqında xoş sözlər söyləmiş, bu yolda ona uğurlar arzulamışlar.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.-2010.-7 may.-S.8.