Veteranlar göstərdikləri şücaətlərdən danışdılar

 

Bakıdakı 46 nömrəli orta məktəbdə Böyük Vətən müharibəsində qələbənin 65 illiyi münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan təhsil ocağının rəhbəri Sevinc Budaqova qonaqları salamlayaraq veteranları təbrik etdi    bu kimi mərasimlərin keçirilməsinin şagirdlərin təlim-tərbiyəsinə müsbət təsir göstərdiyini onların şəxsiyyət kimi formalaşmasına kömək etdiyini bildirdi.

Şagirdlər qələbə gününü şeirlərlə, mahnılarla, müxtəlif rəqslərlə, səhnəciklərlə  unudulmaz xatirəyə çevirdilər.

Müharibə veteranları tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər, şagirdlərə müharibədə göstərdikləri şücaətlərdən bəhs etdilər.

Tədbirin sonunda Böyük Vətən  müharibəsində qələbənin  65  illiyinə  həsr  olunmuş  film  nümayiş olundu.

 

 

R.Ziyadov

 

Azərbaycan müəllimi.-2010.-7 may.-S.6.