Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 23.02.2010-cu il tarixli 754 ¹-li Sərəncamını elan edirəm:

 

"Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin noyabr ayında ölkəmizin qocaman ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Neft Akademiyasının yaradılmasının 90 illiyi tamam olur.

Fəaliyyətə başladığı vaxtdan etibarən ötən müddət ərzində Azərbaycan Dövlət Neft Akademiyası respublikamızda onun hüdudlarından kənarda neft, qaz neft-kimya sənayesi üçün yüksək ixtisaslı mühəndis kadrları hazırlayan ali təhsil ocağına elmi-tədqiqatlar mərkəzinə çevrilmişdir.

Ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə 

 

QƏRARA ALIRAM:

 

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2010-cu il,

¹ 754

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamının yerinə yetirilməsi ilə əlaqədar 

 

ƏMR EDİRƏM:

 

1. "Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli 754 N-li Sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər planı" təsdiq edilsin.

2. Nazirliyin Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili (İ.Mustafayev), İqtisadiyyat (Ş.Əliyev), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş (A.İbrahimov) şöbələrinə tapşırılsın ki, yubileylə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

18 mart 2010-cu il

¹ 314

 

Azərbaycan müəllimi.-2010.-7 may.-S.4.