Təlim kurslarının təşkili haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) yerinə yetirilməsi ilə əlaqədar təsdiq edilmiş İcra Planına uyğun olaraq, 2010-2011-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə  

 

ƏMR EDİRƏM: 

 

1. 2010-cu il iyun-avqust aylarında Naxçıvan MR-in, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərinin, respublika rayonlarının təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ilində I siniflərdə işləyəcək ibtidai sinif müəllimləri üçün 6 günlük təlim kursları təşkil edilsin.

2. Təlim kursunun tədris planı və proqramı təsdiq olunsunlavə olunur).

3. Nəzərə alınsın ki:

3.1. Naxçıvan MR-də təlim kursları "öyrədənlərin öyrədilməsi" kursunu bitirib xüsusi sertifikat almış məşqçi-müəllimlər tərəfindən aparılır.

3.2. Respublikanın şəhər və rayonlarında təlim kursları TSİİL çərçivəsində tender qaydasında bu təlimləri keçirmək hüququ qazanmış təşkilatlar tərəfindən aparılır.

3.3. Bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya və s.) I sinifdə işləyəcək ibtidai sinif müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin müəllimləri məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunurlar.

3.4. Təlim kursunu uğurla başa vurmuş müəllimlərə  Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş formada sertifikat verilir.

3.5. Ümumtəhsil məktəblərinə yeni işə qəbul olunan I sinifdə işləyəcək müəllimlər, habelə uzürlü səbəbdən təlimdə iştirak etməyən müəllimlər üçün 2010-cu il sentyabr ayı ərzində təlim kursları təşkil edilə bilər.

4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

4.1. Bu əmrin icrasının təmin olunması ilə bağlı fəaliyyət planı hazırlayıb təsdiq etsinlər.

4.2. Təlim kursları başlanana qədər 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin siyahısını bir daha dəqiqləşdirsinlər, yeni fənn kurikulumları ilə tədrisə başlanacaq I siniflərdə ən səriştəli və müasir tələblər baxımından yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin işləməsini təmin etsinlər.

4.3. Ərazilər üzrə təlim kursları təşkil olunacaq məktəblərə (ixtisasartırma müəssisələrinə) təhkim olunan məsul əməkdaşları və Təhsil Nazirliyi ilə kursların təşkili ilə bağlı məsələləri əlaqələndirəcək şəxsi müəyyənləşdirsinlər.

4.4. Təlim kurslarını təşkil edəcək təşkilatla birlikdə 2010-cu ilin iyun-avqust aylarında keçiriləcək kursların cədvəlini tərtib etsinlər, təlim kursu təşkil edilən müəssisələrdə məşğələlərin səmərəli keçirilməsi üçün lazımi şərait yaratsınlar, hər bir təlim otağının zəruri texniki vasitələrlə (kompüter (noutbuk), proyektor və s.) təchizatını təmin etsinlər.

4.5. Təlim kurslarına cəlb edilən müəllimlərin, kurs keçirilən müəssisələrin və onlara təhkim olunan əməkdaşların siyahısını əmrlə təsdiq etsinlər və əmrin surətini nazirliyə təqdim etsinlər.

4.6. Məcburi köçkün rayonların təhsil şöbələri (E.Şükürova, Zbrahimov, M.Bağırov, H.Tahirov, Ş.Xəlilov, V.Həsənova, M.Şükürov, A.Allahverdiyeva, Ş.Yusifov, Tliyev) ərazilər üzrə I sinif müəllimlərinin təlim kurslarında müntəzəm iştirakına ciddi nəzarət etsinlər.

4.7. Təlim kurslarının yekunlarına dair müəllimlərin adlı siyahısı əlavə olunmuş geniş hesabatı və üzürlü səbəbdən təlimdə iştirak etməyən, yeni işə qəbul edilmiş I sinifdə işləyəcək müəllimlərin siyahısını 2010-cu il sentyabrın 5-dək Təhsil Nazirliyinə təqdim etsinlər.

5. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi (Ə.Abbasov) Naxçıvan MR-in ümumtəhsil məktəblərində 2010-cu dərs ilində birinci siniflərdə işləyəcək ibtidai sinif müəllimləri üçün təşkil ediləcək təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və məşğələ aparan müəllimlərə əməli kömək göstərmək, kursların keçirilməsinə nəzarəti yerinə yetirmək üçün müvafiq əməkdaşların Naxçıvan MRezam olunmasını nəzərdə tutsun.

6. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), TSİİL üzrə əlaqələndirici qrupun direktoru (E.Rüstəmov) təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və təlimçi müəllimlərə əməli kömək göstərmək, kursların keçirilməsinə nəzarəti yerinə yetirmək üçün müvafiq əməkdaşların rayon və şəhərlərə ezam olunmasını nəzərdə tutsunlar.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, təlim kurslarının kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL üzrə milli koordinator İ.İsgəndərova həvalə olunsun.  

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

 

30 aprel 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.2.