Ali məktəb
tələbələri arasında
informatika üzrə ümumrespublika olimpiadası
Artıq dörd
ildir ki, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun
birgə təşkilatçılığı
ilə ali məktəb tələbələri
arasında informatika fənni üzrə ümumrespublika olimpiadası
keçirilir. Bu olimpiada
digər fənn olimpiadalarından fərqlənir,
yarışma xarakterlidir
və burada hər biri üç
nəfərdən ibarət
olmaqla ali
məktəb tələbələrindən
ibarət komandalar iştirak edirlər.
Hər il olduğu kimi, bu il
də olimpiada iki mərhələdə
keçirilir. Bu olimpiadanın keçirilməsində
əsas məqsəd gənclərin İKT biliklərinin
təkmilləşdirilməsi, informatika və proqramlaşdırma sahəsində
istedadlı tələbələrin
aşkara çıxarılmasından,
respublikamızda bu istiqamətdə həyata
keçirilən işlərə
dəstək olmaqdan ibarətdir.
Xatırladaq ki, olimpiadanın birinci seçim mərhələsi
10 aprel 2010-cu il tarixdə Qafqaz Universitetində olmuşdur. 17 may Ümumdünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti
gününə həsr
olunan bu olimpiadanın birinci mərhələsində ölkəmizin
10 ali məktəbini
təmsil edən 42 komanda iştirak etmişdir. Onlardan 6 ali məktəbi
təmsil edən 20 komanda ikinci mərhələyə vəsiqə
qazanmışdır.
Bu il mayın 8-də isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda
"Ali məktəb tələbələri
arasında informatika üzrə ümumrespublika
olimpiadası"nın ikinci,
final mərhələsi keçirildi.
Qeyd edək
ki, olimpiadanın final
mərhələsinə vəsiqə
almış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan
Dövlət Universiteti
və Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrindən ibarət
komandalar iştirak edirdilər.
Söhbət zamanı olimpiadanın təşkilat komitəsinin
sədri Ramin Mahmudzadə MDB ölkələri
arasında informatika üzrə olimpiadanın cari ilin oktyabrında
keçiriləcəyini bildirdi. O, qalib komandanın ölkəmizi
informatika üzrə beynəlxalq yarışların
yarımfinalında təmsil
edəcəyini vurğuladı.
Olimpiadanın şərtlərinə
görə, hər bir komanda beş saat ərzində 7 məsələ
həll etməli idi. Bu məsələləri
tam həll edən komandanın 250 bal toplaya bilməsi nəzərdə tutulmuşdu.
Nəhayət, həmin gün gərgin keçən olimpiadanın ikinci turunun qaliblərinin adlarını Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov elan etdi. Məlum oldu ki, I yeri Bakı Dövlət Universitetinin,
II yeri Azərbaycan Dövlət Neft Akademiyasının, III yeri
isə Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrindən ibarət
komandalar tutublar.
Bu olimpiadada
müsabiqədənkənar iştirak edən VIII, IX və X sinif şagirdlərinin təmsil
etdikləri "Hli
school" komandası da
yüksək bal toplayaraq
özünü sınadı.
Qaliblər 17 may Ümumdünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti
günündə qiymətli
hədiyyələrlə mükafatlandırılacaqlar.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.1.