Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar

 

Mayın 7-də Norveçin Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə şöbəsinin direktor müavini Bard Svendsen, Norveçin Azərbaycandakı səfiri Yon Ramberq Azərbaycan Dillər Universitetində olublar. Görüşdə Norveç universitetləri ilə Azərbaycan universitetləri, xüsusilə ADU arasında təhsil sahəsində pilot layihələrin həyata keçirilməsi müzakirə edilib. ADU-nun rektoru, professor Səməd Seyidov Norveç bu ölkənin Azərbaycandakı səfirliyi ilə əlaqələrin genişlənməsindən məmnunluğunu söyləyib. O, ADU-nun müəllim tələbələrinin Norveçin Oslo Universitetində beynəlxalq yay məktəbində iştirakının əməkdaşlığın inkişafında önəmli rol oynadığını bildirib. 

Öz növbəsində Bard Svendsen  ADU ilə gələcəkdə pilot layihəsinin mümkünlüyü bu baxımdan əməkdaşlığın önəmli olduğunu vurğulayıb. O, ADU ilə Norveç universitetlərinin əməkdaşlığının uğurla davam etdiyini nəzərə çatdırıb.

Tədbirdə layihə rəhbəri Vibeke Roqen bildirib ki, ADU ilə Norveçin Azərbaycandakı səfirliyinin uğurlu əməkdaşlığı nəticəsində ADU-da fəaliyyət göstərən Skandinaviya Mərkəzinin kitabxana bazasının daha da zənginləşdirilməsi inkişaf etdirilməsi planlaşdırılır. Sonra Norveçin ölkəmizdəki səfiri Y.Ramberq ADU-nun tələbələrinin səfirlikdə təcrübə keçməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, təcrübə müddətində tələbələr səfirliyin bütün yığıncaq görüşlərində iştirak etmişlər bu təcrübə təhsillə yanaşı, peşəkarlığa da səbəb olmuşdur. Görüşdə gələcəkdə keçiriləcək pilot layihənin detalları xüsusiyyətləri müzakirə olunub. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.2.