Builki buraxılış imtahanlarının keçirilmə tarixləri

 

Ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə buraxılış imtahanları

 

3 iyun

 

Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;

 

7 iyun

 

Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;

 

11 iyun

 

Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;

 

16 iyun

 

Bakı və Sumqayıt şəhərlərində.

 

Qeyd: Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanı 7 iyun 2010-cu il tarixdə keçiriləcəkdir. Bu rayonların işğal altında olan ərazilərinə aid olan və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcəkdir.

 

Ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə buraxılış imtahanları

 

4 iyun

 

Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;

 

8 iyun

 

Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;

 

12 iyun

 

Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 

 

14 iyun

 

Bakı və Sumqayıt şəhərlərində.

 

Qeyd: Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə buraxılış imtahanı 8 iyun 2010-cu il tarixdə keçiriləcəkdir. Bu rayonların işğal altında olan ərazilərinə aid olan və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcəkdir.

XI sinif şagirdləri buraxılış imtahanlarına şəxsiyyəti təsdiq edən sənəd əsasında buraxılacaqlar.

Orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaqdır. İmtahan test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (o cümlədən, 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata), 25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir.

Əsas təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat fənlərindən keçiriləcəkdir. İmtahan test suallarının sayı 50-dir. Bu sualların 25-i ana dilinə, 25-i isə riyaziyyata (o cümlədən, 17-si cəbr, 8-i isə həndəsə fənninə) aiddir.

Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, əsas təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 1,5 saat vaxt ayrılır.

İmtahanda qiymətləndirmə hər bir fənn üzrə ayrılıqda aparılır. Hər bir fənn üzrə sualların 20%-nə müsbət cavab verən şagirdin biliyi 3 (kafi) qiymətləndirilir. Məsələn, ana dili riyaziyyat fənlərinin hər birindən olan 25 sualın 5-nə (yəni, 20%-nə) düzgün cavab verən şagirdin nəticəsi 3 (kafi) olur. Şagird Azərbaycan tarixi xarici dil fənlərinin hər birinə aid olan 15 sualın 20%-nə, yəni 3-nə düzgün cavab verdikdə, o, 3 (kafi) qiymət alır. Digər (fizika, kimya, biologiya coğrafiya) fənlərin hər birinə aid 10 sualın 2-ni (yəni, 20%-ni) düzgün cavablandıran şagirdin biliyi 3 (kafi) qiymətləndirilir.

mumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 38-ci bəndinə əsasən şagirdlərin imtahanlara mobil telefon, dərslik və digər vasitələr gətirməsinə icazə verilmir.

"Qaydalar"ın 39-cu bəndinə müvafiq olaraq şagirdlərin kalkulyatordan istifadə etmələrinə icazə verilir.

Buraxılış imtahanlarında cari dərs ilində çap olunmuş "Buraxılış imtahanlarının test bankı"na daxil olan suallardan istifadə olunacaqdır.

Bu "Qaydalar"ın aşağıda göstərilən (27, 29, 30, 31, 65-70-ci) bəndlərinə uyğun olaraq:

27. Bütün fənlərdən müsbət illik, həmçinin bir-üç fəndən qeyri-kafi illik qiyməti olan IX sinif şagirdləri əsas təhsil kursu üzrə imtahanlara buraxılırlar.

29. Bütün fənlərdən yalnız müsbət illik qiyməti olan XI sinif, peşə liseylərinin III kurs şagirdləri orta təhsil üzrə imtahanlara buraxılırlar.

30. Əvvəlki dərs ilində imtahanlara buraxılmayan ya imtahanlarda qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər  rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi peşə liseyinin müşayiətedici məktubu ilkin mərhələ imtahanlarının qiymətləri mayın 20-dək Təhsil Nazirliyinə təqdim edilir.    

31. Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün imtahanlara buraxılmayan XI sinif, peşə liseylərinin III kurs şagirdləri, habelə müxtəlif səbəblərdən əsas ya orta təhsil pilləsini vaxtında başa vura bilməyən buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər ekstern yolu ilə imtahanlara buraxılırlar.

65. Əvvəlki dərs ilində ən azı bir fəndən illik "qeyri-kafi" qiymət aldığı üçün imtahana buraxılmayan XI sinif şagirdləri növbəti dərs ilində imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Əvvəlki dərs ilində XI sinif şagirdi imtahana düşməyən fəndən (fənlərdən) illik "qeyri-kafi" qiymət almışsa, növbəti dərs ilində əvvəlcə oxuduğu məktəbdə həmin fəndən (fənlərdən) imtahan verir. Bu fənn (fənlər) üzrə imtahandan müsbət qiymət aldığı halda, o, müəyyən edilmiş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir.

66. Əvvəlki dərs ilində XI sinif şagirdi, sayından asılı olmayaraq, imtahan aparılan fənlərdən illik "qeyri-kafi" qiymət almışsa, bu halda növbəti dərs ilində müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir.

67. İmtahanlarda "qeyri-kafi" qiymət alan XI sinif şagirdləri növbəti il yalnız həmin fəndən (fənlərdən) müəyyən olunmuş mərkəzlərdə imtahan verirlər.

68. İmtahanlara buraxıldığı halda, imtahanlarda iştirak etməyən XI sinif şagirdləri növbəti il müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Həmin şagirdlərə orta təhsil haqqında attestat oxuduqları məktəb tərəfindən verilir.

69. Əvvəlki dərs ilində illik "qeyri-kafi" qiymətlər aldığı üçün imtahanlara buraxılmayan və ya imtahanlarda "qeyri-kafi" qiymətlər alan şəxslər növbəti dərs ilində keçirilən imtahanda ən azı bir fəndən "qeyri-kafi" qiymətlər aldıqda, yaxud üzürsüz səbəbdən imtahanlarda iştirak etmədikdə, gələcəkdə yalnız ekstern yolu ilə imtahan verə bilərlər.

70. Üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən IX XI sinif, həmçinin peşə liseylərinin III kurs şagirdlərinin məsələsinə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi peşə liseyinin təqdimatı əsasında, fərdi qaydada Təhsil Nazirliyində baxılır. İmtahanda üzürlü səbəbdən iştirak etməməsi təsdiq olunan şagirdlər (o cümlədən, imtahan zamanı xəstələnən şagirdlər) iyunun 25-dək Bakı şəhərində müəyyən edilmiş məktəblərdə mərkəzləşdirilmiş qaydada imtahan verirlər.

Şagirdlərin attestatına yazılacaq yekun qiymət "Qaydalar"ın 12-ci bəndinə əsasən müəyyən olunur: IX XI siniflərin, peşə liseylərinin III kurs şagirdlərinin imtahan aparılan fənlərdən yekun qiymətləri Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq düstur üzrə çıxarılır. Təhsil sənədinə yazılacaq yekun qiymət şagirdin fənn üzrə əsas təhsil pilləsi üçün IX, orta təhsil pilləsi üçün XI sinifdə yoxlama imtahanının nəticələri, IX siniflərdə VIII IX, XI siniflərdə X XI siniflərin, peşə liseylərinin II-III kurs şagirdlərinin illik qiymətləri buraxılış imtahanı qiymətləri əsasında hesablanır.

"Qaydalar"ın 13-cü bəndinə əsasən, əsas orta təhsil pilləsi üzrə yoxlama imtahanında üzürsüz səbəbdən iştirak etməyən şagirdlərin imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən yoxlama imtahanının nəticəsi "0" (sıfır) qəbul edilir. Şagird yoxlama imtahanında üzürlü səbəbdən iştirak etmədiyi halda, onun imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən imtahanda aldığı qiymət həm yoxlama imtahanının qiyməti hesab olunur. İmtahanda üzürlü səbəbdən iştirak etmədiyi barədə şagirdin imtahan başlanan müddətədək təhsil aldığı məktəbə müvafiq sənəd təqdim etməsi zəruridir.

Mobil telefondan istifadə etdikləri üçün imtahandan kənarlaşdırılan şagirdlərin nəticələri "0" (sıfır) qəbul edilir.

İmtahan cavab kartı ilə düzgün rəftar etməyən şagirdlərin nəticələri oxuyucu qurğu tərəfindən oxunmadığına görə ləğv edilir.

Bu dərs ilində əvvəlki dərs ilində buraxılış imtahanında müəyyən fənlərdən qeyri-kafi qiymət alan şagirdlər təkrar buraxılış imtahanında iştirak edə bilər onlar ancaq qeyri-kafi qiymət aldıqları fənlərdən imtahan verirlər. 2007-2008-ci dərs ilində buraxılış imtahanında qeyri-kafi qiymət almış, lakin 2008-2009-cu dərs ilində üzürlü səbəbdən imtahanda iştirak etməmiş şagirdlər təkrar buraxılış imtahanında iştirak edə bilərlər.

Qeyd edək ki, əsas təhsil kursu üzrə şəhadətnaməsinə yazılacaq qiymətləri 2 (qeyri-kafi) olan IX sinif şagirdləri cari dərs ilində sentyabr ayının 2-dən 12-dək olan müddətdə Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məktəblərdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verirlər. Bununla bağlı onların oxuduqları məktəblərin rəhbərlərinə müraciət etmələri yerli təhsili idarəetmə orqanları tərəfindən müvafiq sənədlərin hazırlanması vaxtında Təhsil Nazirliyinə təqdim edilməsi vacibdir. Üzürlü səbəbdən payız imtahanında iştirak etməyən IX sinif şagirdləri sentyabrın 20-dək Təhsil Nazirliyinin müəyyən etdiyi məktəbdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verirlər. Üzürsüz səbəbdən payız imtahanına gəlməyən şagirdlər təkrar sinifdə saxlanılırlar.

Yoxlama və ya buraxılış imtahanlarının birindən müsbət qiymət almış şagirdlərin imtahan fənləri üzrə attestata yazılacaq yekun qiyməti müvəffəq ola bilər.

 

 

Azərbaycan müəllimi.-2010.-14 may.-S.5.