Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir

 

Son illər Azərbaycan təhsili özünün inkişaf mərhələsini yaşayır. Ölkə rəhbərliyinin diqqət qayğısı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası gündən-günə gücləndirilir, bu sahəyə büdcə ayırmaları artır. Həm dövlət xətti ilə, həm Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son bir neçə ildə ölkədə xeyli sayda yeni məktəb inşa edilibdir. Özü yeni məktəblər təkcə Bakı şəhərində, rayon mərkəzlərində deyil, hətta ucqar kəndlərdə tikilir. Təhsilin səviyyəsi getdikcə yüksəlməkdədir. Hər il qəbul imtahanlarının nəticələri təhlil edilərkən orta məktəblərdə əldə edilən nəticələrin daha da yaxşılaşdığını müşahidə etmək mümkündür.

Təhsilimizin bu inkişaf tempi Siyəzən rayonunda da hiss olunur. Bu baxımdan rəhbəri olduğum Siyəzən şəhər 6 nömrəli orta məktəbi fərqlənir. Məktəbimiz 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəsaiti hesabına tikilib istifadəyə verilibdir. Üçmərtəbəli 640 yerlik məktəbdə 43 sinif otağı var. Hazırda məktəbimizdə 380 şagird təhsil alır. 47 nəfərlik müəllim kollektivi çalışır. Məktəbin maddi-texniki bazası dövrün tələblərinə tam cavab verir. Belə ki, məktəbimizdə 17 dəst kompüter quraşdırılıb, bütün tədris avadanlıqları yenisi ilə əvəz olunub. Məktəbin kompüter otağı yüksək sürətli İnternetə qoşulub. Təhsil ocağımızda son vaxtlar xeyli diqqətçəkən uğurlar qazanılıb. Həmin uğurların əldə edilməsində məktəbimizin təcrübəli müəllimlərinin  xüsusi rolu vardır. Onlardan biri - respublikanın əməkdar müəllimi Yusif Yusifov kimya fənnini tədris edir. Onun şagirdləri tez-tez respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edirlər. Onların çoxunun sorağı respublikanın ali təhsil ocaqlarından gəlir. Yusif müəllimin hazırladığı dərs vəsaitləri, abituriyentlər üçün vəsait test topluları ali məktəblərə hazırlaşan şagirdlərin stolüstü kitablarına çevrilib.

Məktəbimizin digər təcrübəli müəllimi Əjdər Hüseynov Azərbaycan dili ədəbiyyatı fənnini tədris edir. Görkəmli yazıçı elm xadimi Mir Cəlal Paşayevin tələbəsi olan Əjdər Hüseynovun 2 dərs vəsaiti ("Əruzu necə öyrətməli?" "Əruz testləri") Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərin filologiya fakültələri üçün tövsiyə olunub.

Məktəbimizin digər təcrübəli müəllimi Sima Məmmədova Pedaqoji Universiteti 30 ildir bitirib. O, gözəl yazıçı, alim, ictimai xadim İsmayıl Şıxlının sevimli tələbələrindən olub. Sima müəllim həm Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialında dərs deyir. O, məktəbimizdəki gənc müəllimlərə daim öz tövsiyələrini verir.

Məktəbimizdə ingilis dilinin tədrisinə xüsusi diqqət yetirilir.  Bu dili təcrübəli müəllim Qəmər Hüseynova tədris edir. 

Məktəbimizin əldə etdiyi uğurlarda müəllimlərimizdən İsfixan Cəfərov (kimya), Atakişi Kərimov (biologiya), Bayramqulu Kərimov (coğrafiya), Yalçın Abdullayev (tarix), Şura Əhmədova (dil-ədəbiyyat), Nataşa Şepilova (rus bölməsində dil-ədəbiyyat), Naibə Abdullayeva (rus bölməsində riyaziyyat) digərlərinin əməyini qeyd etmək istərdim.      

Bu təhsil ocağı təkcə yüksək səviyyəli, keyfiyyətli tədrisi ilə seçilmir. Burada müstəqil Azərbaycanın tarixində qalan hadisələr, müxtəlif tədbirlər yüksək səviyyədə qeyd olunur. Bu işdə məktəbin təşkilatçısı Xalidə Fərzəliyeva uşaq-gənclər təşkilatının sədri Gülnar Əliyevanın əməyi xüsusi qeyd olunmalıdır. Məhz onların təşkilatçılığı ilə hər il məktəbimizdə Müstəqillik Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı ilə bağlı tədbirlər təşkil edilir. Şagirdlərimiz hər il tariximizin qanlı səhifələri olan 20 Yanvar, Xocalı faciələri ilə bağlı anım mərasimlərini yüksək səviyyədə keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il ölkəmizdə "Ekologiya ili" elan olunduğundan biz bu işə öz töhfəmizi verməyə çalışırıq. İlin əvvəlindən məktəbin təkcə daxilini deyil, ətrafını da təmiz saxlamağa səy göstəririk. İl ərzində məktəbin həyətində ətrafında ağac gül kolları əkilibdir. Ümumiyyətlə, məktəb kollektivinin yaşıllıqlara böyük rəğbət bəslədiyini məktəbimizin yaxınlığından keçən hər bir insan hiss edə bilər.

Respublikamızda bədən tərbiyəsi idmanın inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə respublikanın müxtəlif bölgələrində olimpiya-idman kompleksləri tikilir, idman infrastrukturu yaradılır. Siyəzən şəhər 6 nömrəli orta məktəbi bu proseslərdən kənarda qalmamağa çalışır. Təbii ki, biz, ilk növbədə, məktəbimizdə fiziki tərbiyə fənninin yüksək səviyyədə tədris edilməsinə çalışırıq. Bu işdə məktəbimizin fiziki tərbiyə müəllimi Şahin Kərimlinin rolunu xüsusi qeyd etmək istərdim. Məhz onun təşkilatçılığı ilə məktəbimizin şagirdləri tez-tez "İpək yolu" boks yarışlarında iştirak edir uğurlu nəticələr əldə edirlər. 

Rayonun Gənclər İdman İdarəsi məktəbimizlə müntəzəm əlaqə saxlayır. Şagirdlərimiz idarə tərəfindən təşkil olunan "Cəsurlar", "Şahin" idman oyunlarında fəal iştirak edirlər. Onlar həmçinin "Bilik yarışı" intellektual oyununda, "Heç kim unudulmur, heç yaddan çıxmır" mövzusundakı inşa müsabiqəsində həvəslə iştirak edir uğurlu nəticələr qazanırlar. Məsələn, məktəbimizin 7-ci sinif şagirdi Əfsanə Bayramova bu il keçirilən inşa yazı müsabiqəsinin qalibi olubdur. Bu kimi müsabiqələrdə yaxşı nəticələr əldə edən şagirdlərimizin aldıqları tərifnamələr məktəbdə ayrılmış xüsusi güşədə sərgilənir.

Respublikamızın müharibə şəraitində olması da yaddan çıxarılmır. Bu baxımdan, məktəbimizdə gənclərin çağırışaqədərki hazırlıq dərslərinə xüsusi diqqət yetirilir. Eyni zamanda şagirdlərimiz mütəmadi olaraq hərbi-idman xarakterli oyunlara da qatılırlar. Bütün bunlar təbii ki, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.  

Məktəbimizin şagirdləri rayon olimpiadalarında da fəal iştirak edirlər. Məsələn, bu il keçirilən olimpiadanın ikinci turunda məktəbimizin 10-cu sinif şagirdləri Nicat Həşimov tarix, Səfər Rufullayev riyaziyyat, Şərbət Nəzərov kimya, rus bölməsi üzrə 11-ci sinif şagirdləri Nicat Nuriyev fizika, Şəfəq Ramazanova isə informatika fənni üzrə qalib olublar. 

Təbii ki, müasir dövrdə şagirdlərin təhsil səviyyəsi ilə yanaşı, psixoloji durumlarının normal olması da önəmli amillərdəndir. Məktəbimizdə bu psixoloq Könül Məmmədova tərəfindən təşkil edilir. O, tez-tez müxtəlif dərslərdə olur, psixoloji təhlillər aparır, şagirdlərin idraki durumu ilə bağlı məlumatlar toplayır. Sonradan bu məlumatlar ümumiləşdirilir şagirdlərlə işin yüksək səviyyədə qurulması üçün müəllimlərə tövsiyələr verilir. Psixoloqumuz məktəbimizin çətin tərbiyə olunan, stress keçirmiş, zəif oxuyan uşaqlarının problemlərinin həllinə yardımçı olur. Kollektivimiz təhsilin keyfiyyətini daha da yüksəltmək üçün bütün imkanlardan istifadə edir.    

 

 

Yeganə İSMAYILOVA

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.6.