"Heydər
Əliyev və Azərbaycanın inkişafı"
mövzusunda elmi-praktik
konfrans
Mayın 7-də Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma
İnstitutunda
ümummilli
lider Heydər Əliyevin anadan olmasının
87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans keçirildi.
Giriş sözü
ilə konfransı açan rektor, professor Asəf Zamanov görkəmli dövlət
xadimi, tariximizə qurucu xilaskar kimi daxil
olmuş ümummilli lider Heydər Əliyevi xalqımızın taleyində,
iqtisadi-siyasi, mənəvi
həyatında
misilsiz xidmətlər
göstərən dahi şəxsiyyət
kimi səciyyələndirdi.
Qeyd etdi ki, Heydər Əliyev şəxsiyyətinin müdrikliyi, böyüklüyü
ondadır ki, onun düşüncələri,
əməli
fəaliyyəti təkcə bu günlə məhdudlaşmamış, həm
də uzaq gələcəyə
ünvanlanmışdır. Azərbaycan tarixinin 1969-cu
ilin 14 iyulundan sonrakı dövrünün əhatəli təhlili və qiymətləndirilməsi belə bir həqiqəti aşkar edir ki, Heydər Əliyevin respublikaya rəhbər seçilməsindən sonra
ölkəmizin
ictimai-siyasi həyatında,
o cümlədən maarif və təhsil sahəsində açıq müşahidə
edilən tənəzzül prosesinə son qoyuldu. 70-80
-ci illərdə Azərbaycan intibahını
şərtləndirən, onu
səciyyələndirən mühüm amillər sırasında təhsilin,elmin,
mədəniyyətin yüksəlişi xüsusilə diqqəti cəlb edir.Həmin dövrdə məktəblərin texniki
və elmi-metodiki vasitələrlə təminatı əsaslı şəkildə
yaxşılaşdı. 1978-ci ildə fizika və kimya kabinetləri
ilə təminat 92,2 faizə, məktəblərin
kitabxana ilə təminatı isə 97,9 faizə yüksəlmişdi. Ali təhsilin
kəmiyyət və
keyfiyyətcə
yüksəlişinin əsasını da ümummilli lider qoymuşdur. Heydər Əliyevin uzaqgörənliklə əsasını
qoyduğu təhsil ənənələri
sırasında
azərbaycanlı gənclərin
respublikamız
üçün gərəkli ixtisaslara yiyələnmələrindən ötrü keçmiş sovetlər ölkəsinin
qabaqcıl ali məktəblərinə göndərilməsi
təcrübəsi xüsusi
yer tutur. Hər il qabiliyyətli gənclərin
böyük bir hissəsinin SSRİ-nin elm və tədris ənənələri ilə tanınmış
qabaqcıl ali məktəblərinə göndərilməsi
Heydər Əliyevin uzaqgörən siyasətinə ən bariz nümunədir. Bundan əlavə, gənclərin böyük
bir dəstəsi ölkənin ali hərbi məktəblərinə, Kiyev
Mülki Aviasiya İnstitutuna, Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinə, Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutuna qəbul olunurdular. Bu yolla ulu öndər
Azərbaycanın o dövr
üçün ən
vacib olan elm və kadr potensialının möhkəmlənməsinə
nail olmuşdur. Artıq
1981-ci ildə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev və digər şəhərlərin qabaqcıl ali məktəblərində 244 ixtisas üzrə
3600-dən çox azərbaycanlı oğlan və qız təhsil alırdı. Bu gün Azərbaycan
təhsilində
qlobal dəyişikliklər, yeniləşmə
prosesi gedir. Müstəqil Azərbaycanın
gələcəyi, milli
müstəqilliyimizin taleyi çağdaş
təhsilimizin
uğurlarından asılıdır.
Heydər Əliyevin zəngin yaradıcılıq irsi, şəxsi nümunəsi və dövlətçilik fəaliyyəti gənc nəslin milli və ümumbəşəri
dəyərlər zəminində tərbiyə olunması, təhsil alması işinin səmərəli təşkili üçün
ən qiymətli mənbədir.
Heydər Əliyevin bu
günə və gələcəyə ünvanlanan
ideyaları onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir.
Millət vəkili,
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov geniş
və əhatəli çıxışında türk dünyasının
lideri Heydər Əliyevi "Dahiliyin zirvəsi" adlandırdı.
Akademik Asəf Nadirov "Heydər Əliyev və Azərbaycanda sosial-iqtisadi yüksəliş"
mövzusunda danışdı.
BPKİYİ-in Psixologiya
kafedrasının müdiri,
psixologiya elmləri namizədi Hökümə Əliyevanın
hazırladığı təsviri kompozisiyada ulu öndər Heydər Əliyev bir çox tarixi şəxsiyyətlərlə müqayisə
olundu, kafedra müdiri, dosent Aydın Paşayev "Pedaqoji kadrların ixtisasartırmasının formalaşmasında Heydər Əliyevin rolu" mövzusunda məruzə etdi. Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsal İsmayılov,
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
müdir müavini Hüseyn Əsgərov dahi şəxsiyyət Heydər Əliyevin təhsilin
inkişafındakı
böyük xidmətlərindən söz açdılar.
Sonda rektor Asəf Zamanov "Peşəkarlığın inkişaf
vektoru" mövzusunda ustad
dərslərinin
bir qrup müdaviminə sertifikatlar təqdim etdi.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-2010.- 14 may.-S.6.