"Açıq
dərs" yüksək
qiymətləndirildi
Bakı şəhərindəki
Ələkbər Əliyev
adına 204 nömrəli məktəb
1981-ci ildə fəaliyyətə
başlayıb. 1176 şagird yerlik məktəbdə hazırda
64 sinifdə 1271 şagird
təhsil alır.
Onların təlim-tərbiyəsi ilə 165 müəllim məşğul olur.
Məktəbdə dərslər müasir
metodlarla keçilir.
204 nömrəli
orta məktəb
2008-2009-cu tədris ilini
yüksək göstəricilərlə
başa vurub. 103 məzundan 56-sı ali məktəblərə daxil
olub. Məktəbin 13
məzunu 500-dən, 4 məzunu
isə 600-dən çox
bal toplayıb. 204 nömrəli
məktəb beynəlxalq
İnternet layihəsində
iştirak edərək
300 məktəb arasında
birinci yerə layiq görülüb.
Qazanılan uğurlar,
ilk növbədə, məktəbin
pedaqoji kollektivinin zəhmətinin nəticəsidir.
Burada peşəkar müəllimlərin sayı
onlarcadır. Onlar arasında əməkdar müəllim fəxri adına layiq görülən Dilruba Hüseynovanın, "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibi
Almaz Həsrətin,
8-9-cu siniflər üçün
"Riyaziyyat, test tapşırıqları"
kitabının müəlliflərindən
biri Bəylər Şahməmmədovun və
başqalarının adını
çəkmək mümkündür.
204 nömrəli məktəbin
uğurlarında bu təhsil ocağının
direktoru Ziba Rzayevanın əməyini
də xüsusi qeyd etmək lazımdır.
Məktəbdə tez-tez
"açıq dərs"lər
təşkil olunur, müəllimlər öz
təcrübələrini həmkarları
ilə bölüşürlər.
Cari dərs ilində məktəbdə
keçirilən və
bir növ müsabiqə xarakteri daşıyan "açıq
dərs"lərdə ibtidai
sinif müəllimi Bilqeyis İsmayılova fərqlənib. Onun müasir tədris
metodları ilə apardığı "açıq dərs"lər
çox maraqla qarşılanır. O, "açıq dərs"lərində
kiçikyaşlı uşaqların informasiya-kommunikasiya
texnologiyaları ilə işinə xüsusi diqqət yetirir. Dərsdə
videomateriallardan geniş istifadə olunur.
B.İsmayılovanın bu yaxınlarda IV "B" sinfi ilə
apardığı "açıq dərs" isə
2009-2010-cu tədris ilinin ən maraqlı və fərqlənən
dərslərindən biri hesab olunub. Dərsi dinləyən
mütəxəssislər, ibtidai sinif müəllimləri
müəllimin yaradıcı işini, fəal təlim
metodlarından məharətlə istifadə etməsini
yüksək qiymətləndiriblər.
Arzu ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.6.