"Fizika gecəsi" keçirilib
Bakıdakı 261 nömrəli
orta məktəbdə
"Fizika gecəsi"
keçirilib.
Tədbiri giriş
sözü ilə açan məktəbin direktoru Abuzər Əsədov
bildirib ki, artıq ənənə şəklini alan fənn gecələrinin təşkili rəhbərlik
etdiyi məktəbdə
özünü doğruldub. Bu gecələrin keçirilməsi
fənlərin tədrisi keyfiyyətinin
yaxşılaşmasına, səviyyəsinin yüksəldilməsinə
xidmət edir. Belə tədbirlər proqram
materiallarının dərindən mənimsənilməsinə
kömək etməklə yanaşı, şagirdlərin fənnə
həvəsini artırır, dünyagörüşünü
genişləndirir, elmi məlumatlarını zənginləşdirir.
Sonra şagirdlər tanınmış fiziklərin həyatından danışıblar. Gecədə fizikaya aid təcrübələr aparılıb, tapmacalar və səhnəciklər göstərilib.
Xətai Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsinin əməkdaşı Qüdrət Səfərov, ADPU-nun professoru Şükür Əlizadə, dosent Əfqan Kərimov və başqaları keçirilən tədbirin əhəmiyyətindən danışıb və məktəblilərlə birgə olmalarından məmnun olduqlarını bildiriblər.
Gecədə fənn
olimpiadasının şəhər
turunda I yer tutan IX "A" sinif şagirdi Turan İsgəndərzadə və
XI "A" sinif şagirdi
Zülfiyyə Heydərliyə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
Fəxri fərmanı
təqdim olunub.
Tədbir diskussiya şəklində
başa çatıb.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2010.- 14 may.- S.7.