ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
Mayın 12-də Azərbaycan
Dövlət Pedaqoji Universitetində görkəmli
ədəbiyyatşünas alim, tənqidçi və şair Cəfər Xəndanın
(Cəfər Zeynal oğlu Hacıyev) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş
sözü ilə
ADPU-nun rektoru, professor Yusif
Məmmədov açaraq
alimin həyat və yaradıcılığından
qısa məlumat verdi.
Qeyd etdi ki, Cəfər Xəndan bir müddət APİ- də (indiki ADPU) kafedra müdiri işləmiş
və 1947-1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU) filologiya fakültəsinin
dekanı, 1950-1954-cü illərdə isə universitetin rektoru vəzifəsində
çalışmışdır.
Sonra
filologiya
fakültəsinin dekanı,
professor Buludxan Xəlilovun
"Cəfər Xəndanın
həyat və yaradıcılığı", universitetin professorlarından Tərlan Novruzovun "Cəfər Xəndanın
poeziyası" və Təyyar Cavadovun "Cəfər Xəndan tənqidi ədəbi proses və zaman kontekstində"
mövzularında çıxışları
dinlənildi.
Alimin həyat
və fəaliyətinə
həsr olunmuş tədbir ayrı-ayrı bölmələrdə öz
işini davam etdirdi.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.7.